bölünür. Aşağıdakı həşəratlar kənd təsərrüfatı bitkilərinin ən qəddar
zərərvericiləri hesab olunurlar: məftilqurdu, payızlıq sovka, danadişi, taxıl
milçəyi, taxıl mənənəsi, zolaqlı çörək birəsi, taxıl sovkası, ziyanlı bağacıq,
Kolorado böcəyi, qarayonca taxtabitisi, kələm sovkası, kələm, soğan və
yerkökü milçəyi, kələm güvəsi, kələm mənənəsi və s.
Gənələr (0,2-1,5 mm). Həşəratlarla müqayisədə kiçik ölçülü olur.
Gənələrdən un gənəsi (un və emal olunmuş digər taxıl məhsullarını), tumurcuq
gənəsi (qarağat üzərində) və s. daha böyük ziyan gətirir.
Nematodlar (2 mm-ə kimi). Nematodlar girdə soxulcan formasında olur.
Nematodlarm qışlama fazası torpaqla əlaqədardır. Nematodlar- dan yulaf,
kartof nematodları daha çox ziyanverici hesab olunur.
İlbizlər. İlbizlər nəmlik sevən olub, yağışlı illərdə kənd təsərrüfatı
bitkilərinə, xüsusən də tərəvəz bitkilərinə daha çox ziyan vurur.
Gəmiricilər. Ayrı-ayrı illərdə gəmiricilərin (siçan, çöl siçanı, sünbül-
qıran, dağsiçanı, köstəbək və s.) külli miqdarda çoxalması tarla şəraitində kənd
təsərrüfatı bitkilərinə, xüsusən də dənli bitkilərə zərər yetirir.
Xəstəliklərin təsnifatı. Bitkilərin xəstəliyi dedikdə, fıtopatogen və ya
əlverişsiz mühit şəraitinin təsiri altında bitkinin hüceyrəsində, ayrı-ayrı
orqanlarında və ya bütövlükdə orqanizmdə maddələr mübadiləsinin pozulması
başa düşülür. Bitki xəstəlikləri iki qrupa bölünür: 1) əlverişsiz mühit
amillərinin təsiri (nəmlik və ya qida elementlərinin azlığı və ya izafi çoxluğu,
yüksək və aşağı temperaturlar və s.) ilə yaranan yoluxucu olmayan xəstəliklər;
2) müxtəlif fitopatogen orqanizmlərin (göbələklərin, bakteriyalarm, virusların
və s.) törətdikləri yoluxucu xəstəliklər.
Göbələklər xlorofilsiz ibtidai bitkilər qrupuna aid edilir. Göbələklər
sporlar və mitsellər vasitəsilə çoxalır. Müxtəlif növ göbələklərdə sporla- rın
forması, ölçüləri, rəngi və digər əlamətləri müxtəlifdir. Sporlar külək, su,
həşəratlar, əmək alətləri vasitəsilə asanlıqla yayılır. Sporlar sağlam bitkilərə
düşərək mühitin əlverişli şəraitində göbələk tellərinin inkişafına səbəb olur.
Göbələk telləri bitkinin orqanizminə daxil olaraq onu yoluxdurur. Tədricən
bitkidə ləkələr, solma, kif və s. şəklində xəstəlik əlamətləri yaranır. Qış
dövründə göbələklər toxum, kök yumrusu, soğana- qda, bitki qalıqlarında,
anbarlarda, torpaqda və s. qışlayır. Ən geniş yayılmış göbələk xəstəlikləri
aşağıdakılardır: buğdanın qonur pas xəstəliyi (bitki yarpağının üst hissəsində
yastıqcıqlar şəklində əmələ gəlir),
272
buğdanın sarı pas xəstəliyi (bitki yarpağında, sünbüllərdə xətvari sarı ləkələr
əmələ gəlir), buğdanın xətli və ya gövdə pas xəstəliyi, arpanın cırtdan pas
xəstəliyi, buğda və arpanın sürmə xəstəlikləri, buğdanın bərk sürmə xəstəliyi,
buğdanın kök çürüməsi xəstəliyi və s.
Bakteriyalar - bir hüceyrəli xırda mikroorqanizmlərdir. Onlar hərəkətli
və hərəkətsiz ola bilirlər, sadə bölünmə yolu ilə çoxalırlar. Bitkinin daxilinə
bakteriyalar ağızcıqlar, bitkiyə əmək alətlərinin və həşəratların vurduğu
zədələr vasitəsilə daxil olurlar. İnfeksiya toxumlar, bitki qalıqları, torpaq və s.
vasitəsilə ötürülür. Buğdada əsasən bazal və qara ləkəli bakterioz xəstəlikləri
geniş yayılmışdır, bu zaman yarpaq üzərində bozumtul-nəmli, sonra isə
çəhrayı ləkələr əmələ gəlir.
Viruslar - bitki hüceyrəsi daxilində hüceyrə quruluşu olmayan canlı
zülaldır. Virus xəstəlikləri həşəratlar tərəfindən bir bitkidən digərinə ötürülür.
Virus xəstəliklərinin yayılmasında mənənələr, gənələr, nema- todlar da iştirak
edir. Virus xəstəlikləri yarpaqlar üzərində ləkələrin yaranması ilə başlayır,
sonra yarpaqların və meyvələrin eybəcər formaya düşməsi ilə özünü göstərir.
Kənd təsərrüfatı bitkilərindən kartof, örtülü qrunt şəraitində becərilən xiyar və
pomidor virus xəstəliklərindən daha çox əziyyət ççəkir.
Zərərvericilər və xəstəliklərlə mübarizə tədbirləri. Kənd təsərrüfatı
bitkilərinin zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizə tədbirləri
aşağıdakılardan ibarətdir; aqrotexniki, mexaniki, flziki, bioloji, kimyəvi,
karantin.
Aqrotexniki üsul. Bitki mühafizəsi sisteminin əsasını yüksək əkinçilik
mədəniyyəti təşkil edir. Aqrotexniki tədbirlər aşağıdakılardan ibarətdir: əkin
dövriyyəsinin tətbiqi, ərazi izolyasiyasmm gözlənilməsi (yəni sahə ətrafında
sanitar zonanın yaradılması), becərmə və gübrələmə sisteminin gözlənilməsi,
əkin və əspin müddətinə düzgün riayət edilməsi, toxumun səpinə hazırlanması
(təmizlənməsi, sortlaşdırılması və s.), əkinlərə qulluq edilməsi və alaqlarla
mübarizə, xəstəliklərə davamlı sortlann seçilməsi, məhsulun vaxtında
yığılması, məhsulun anbarlarda düzgün saxlanılması və başqa tədbirdər
daxildir.
Mexaniki üsula zərərvericilərin tutulmasına, onların hərəkətinə və ya
bitkinin zədələməsinə mane olan qurğuların qurulması, həmçinin qış- layan
zərərvericilərin yuvalarının ağacdan təmizlənməsi, bağda və tarlada xəstə və
qurumuş budaqların və bitki qalıqlarının kəsilməsi, sahədən
273
kənarlaşdınlması və s. aiddir.
Fiziki üsul zərərvericilərin və xəstəlik törədicilərin yüksək və aşağı
temperaturlar, yüksək gərginlikli elektrik cərəyanı, ultrasəs və s. vasitəsilə
məhv edilməsindən ibarətdir.
Bioloji üsul hər hansı bir ərazidə mövcud olan bitki, heyvan və mik-
roorqanizmlər biosenozunun məcmusunu ətşkil edir. Kənd təsərrüfatı
yerlərinin biosenozu aqrobiosenozlar adlanır. Bu da onların təbii
biosenozlardan fərqləndiyini göstərir. Orqanizmlər arasında bilavasitə və ya
dolayı yolla olan əlaqələr biosenotik əlaqələr adlanır. Orqanizmlər arasında
əlaqənin üç əsas forması var: simbioz, yırtıcı-şikar, parazit-sahib. Yırtıcıhq və
parazitizm təbiətdə geniş yayılmışdır. Bir orqanizmlərdən istifadə etməklə
digər orqanizmlərlə mübarizə vasitələri qədimlərdən insanlar tərəfindən
istifadə olunur. Parazit və yırtıcı həşəratlar adətən en- tomofaqlar adlanır.
Zərərvericilərlə bioloji mübarizə üsulları onların təbii düşmənlərindən
(parazit və yırtıcı) - həşəratlardan, mikroorqanizmlərdən, quş və heyvanlardan
istifadə edilməsi prinsipinə əsaslanır, bu metoddan bir neçə istiqamətdə
istifadə edilir:
1)
təbii düşmənlərin süni şəkildə çoxaldılması və kütləvi şəkildə
təbiətə buraxılması. Bu məqsəddən ötrü, məsələn, yumurtayeyən trixoqram-
dan istifadə olunur. Bu həşərat, uzunluğu 3 mm olub, kənd təsərrüfatı və meşə
bitkilərinin qəddar zərərvericilərinin paraziti kimi çıxış edir. Trixoqram öz
yumurtalarını sahibinin yumurtaları üzərinə qoyaraq onu məhv edir, bu qayda
ilə onun 80 növ zərərvericini məhv etməsi məlumdur. Kənd təsərrüfatı
bitkisinin növündən asılı olaraq 1 hektar sahəyə 15-50 min trixoqram
buraxılır.
2)
təbii entomofaqların mühafizəsi və fəallaşdırılması. Bu cür
entomo- faqlara apanteles, parabüzən, taxıl milçəyi və s. aiddir. Faydalı
entomo- faqları qorumaqdan ötrü kimyəvi vasitələrdən ehtiyatla istifadə
olunmalı, aqrotexniki tədbirlər optimal müddətdə həyata keçirilməlidir.
3)
biopreparatların tətbiqi. Entobakteriyalar - bakteriya sporlarm- dan,
toksiki zülal kristallarından ibarət bakterial preparatlardır. Qida ilə
həşəratların orqanizminə daxil olaraq onları xəstələndirir. Bu üsulla təqribən
50 növ həşərat məhv edilir.
Kimyəvi üsul - kimyəvi vasitələrin (pestisidlərin) tətbiqi ilə zərərli
orqanizmlərlə mübarizədir. İstifadə istiqamətindən asılı olaraq onlar aşağıdakı
qruplara bölünürlər:
insektisidlər - zərərverici həşəratlarla mübarizə vasitəsi (karbofos.
274
Dostları ilə paylaş: |