metafos, xlorofos, fosfamid, heksaxloran və s.);
akarisidlər - gənələrlə mübarizə vasitəsi (akreks, tedion və s.);
funqisidlər - bitki xəstəliklərinə (göbələk, bakterial, virus) qarşı
mübarizə vasitələri (polikarbasin, sineb, bayleton , tilt və s.);
nematisidlər - nematodlarla mübarizə vasitəsi (karbation, tiazon, DD,
heterofos və s.);
rodentisidlər - gəmiricilərlə mübarizə vasitəsi (zookumarin, difena-
kum, qliftor və s.);
Orqanizmə daxil olma xüsusiyyətlərinə görə pestisidlər aşağıdakı
qruplara bölünür: 1) qida vasitəsilə daxil olanlar; 2) səth örtüyü vasitəsilə daxil
olanlar; 3) tənəffüs vasitəsilə daxil olanlar.
Pestisidlərin tətbiq metodları müxtəlifdir: tozlandırmaq, çiləmək,
toxumları zəhərləmək, zəhərli tələlərdən istifadə etməklə.
Karantin üsulu - zərərvericilərin və xəstəliklərin xarici ölkələrdən daxil
olmasının qarşısını almaq və ya ölkə daxilində hərəkətini məhdudlaşdırmaq
üçün həyata keçirilən dövlət tədbirləri hesab olunur.
Zərərvericilərlə yeni mübarizə üsulları. Zərərvericilərlə yeni mübarizə
metodları feromonlardan, hormonlardan və onların sintetik analoqlarından
istifadə etməklə, həmçinin sterelizə olunmuş fərdlərin təbiətə buraxılması ilə
həyata keçirilir. Feromonlar - xüsusi iyli maddələr olub, əks cinsdən olan
fərdləri cəlb etmək və tələyə salmaq məqsədilə tətbiq olunur. Hormonlar -
həşəratlarda fizioloji prosesləri sürətləndirmək və ya ləngitməklə onların
inkiaşf tsikllərini pozur.
12.3.
TORPAĞIN ƏHƏNGLƏNMƏSİNİN
EKOLOJİ ASPEKTLƏRİ
Atmosfer, hidrosfer və quruda turşuluq proseslərinin aktivləşməsi ilk
növbədə antropogen faktorlarla - kükürd və azot birləşmələrinin tex- nogen
tullantılarının təsiri nəticəsində baş verir. Y.A.İzraelin (1984) məlumatına
görə yalnız keçmiş SSRİ-nin qərb sərhədindən gətirilən turşulu yağışlar
nəticəsində ölkənin şimal-qərb hissəsində kənd təsərrüfatına hər il 100 mln.
rubl, zərər dəyir (burada torpağın turşusuzlaşdırılması üçün hər il 3,5 mln. ton
əhəng lazımdır).
Antropogen turşulu yağışların mənbəyi qazıntı yanacaqlarının, xüsusilə
daş kömürün İES-də, qazanxanalarda, metallurgiyada, neft- kimya
sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır.
Ümumiyyətlə, turşuluğu (pH) 5,6-dan aşağı olan yağıntıların «turşulu
yağışlar» adlandırılması qəbul olunmuşdur, indiyə qədər məlum olan ən turş
yağış Kanadada (pH 2,4) və ABŞ-m Los-Anceles şəhərində (pH 2,3) qeydə
alınmışdır. Bu yağışlarda turşuluq mətbəx sirkəsi tündlüyünə,
275
yaxud da limon şirəsi turşuluğuna bərabər olur.
Məlum olduğu kimi, turş torpaqlarda mineral gübrələrin effektliyi
30..
.40% aşağı düşür, azotun səmərəli (məhsuldar) olmayan itkisi çoxalır,
qida elementlərinin mədəni bitkilərə daxil olması pozulur, məhsullarda ağır
metallar və radionuklidlər intensiv toplanır, məhsulun keyfiyyəti aşağı düşür,
aqrosenozların əlverişsiz hava şəraitinə davamhğı azalır. Torpağın əlverişsiz
turşuluğunun təsirilə hər il itirilən məhsulun miqdarı taxıl dəni hesabı ilə 10-12
mln. ton qiymətləndirilir.
Torpağın əhənglənməsi hidrogen və alüminium ionlarının Ca və Mg-la
əvəz olunmasına əsaslanıb turş torpaqların əsaslı yaxşılaşdırılmasının əsas
üsulu sayılır. Torpaqlar turşuluq dərəcəsinə və melioranta tələbinə görə
aşağıdakı kimi bölünür:
Kənd təsərrüfatı bitkilərinin əksəriyyəti torpağın pH-ı 6,0...6,5 olduqda
yaxşı inkişaf edir. Torpağın turşuluğa münasibəti və əhəngləməyə həssaslığına
görə bitkiləri beş qrupa ayırırlar.
I
qrup - turşuluğa olduqca həssas bitkilər: pambıq, xaşa, şəkər, yem və
mətbəx çuğunduru, kələm, kənaf (çətənə), yonca. Bu bitkilər yalnız neytral və
ya zəif turş (pH7...8) torpaqlarda yaxşı bitir və hətta zəif turş torpaqlarda
əhəngin verilməsinə olduqca həssasdırlar.
Cədvəl 12.7
KCl-da
Torpağın
turşuluq
dərəcəsi
Əhənglənməyə tələbat
<4,5
Çox güclü turş Güclü turş Çox yüksək Yüksək
4,6...5,0
Orta turş
Orta
5,1...5,5
Zəif turş
Aşağı
5,6...6,0
Neytral turşuluğa yaxın Çox aşağı
>6,0
Neytral
Yoxdur
II
qrup - yüksək-turşuluğa qarşı həssas olan bitkilər: arpa, yazlıq və
payızlıq buğda, qarğıdalı, soya, paxla, noxud, yem paxlalıları, yonca,
günəbaxan, xiyar, soğan. Bu bitkilər az zəif və neytral reaksiyalı torpaqlarda
(pH 6...7) yaxşı bitir və həm güclü, həm də orta turş torpaqlarda əhəngləməyə
həssasdırlar. Əhəng verilmiş torpaqlarda bu bitkilərin məhsuldarlığı xeyli
yüksəlir.
III
qrup - yüksək turşuluğa az həssas bitkilər: çovdar, vələmir, darı,
qarabaşaq, pişikquyruğu, pomidor, turp, yerkökü. Bu bitkilər pH-ın geniş
hüdudunda (pH 4,5...7,5) kifayət qədər yaxşı bitir. Lakin onların becərilməsi
üçün zəif turş torpaqlar daha əlverişli sayılır. Güclü və orta turş torpaqların
tam normada əhənglənməsinə bu bitkilər müsbət reak
276
siya verir, bu həm torpağın turşuluğunun aşağı düşməsi, həm də bitkinin azot
və kül elementləri ilə qidalanmasının yaxşılaşması ilə izah olunur.
IV
qrup - kətan və kartof. Bu bitkilər yalnız güclü turş toraqlarda
əhənglənməyə ehtiyac göstərir^ Kartof yüksək turşuluğa az həssasdır və turş
torpaqlarda yaxşı bitir. Kətan bitkisi üçün dar çərçivədə optimal reaksiya
səciyyəvidir. O, torpağın yüksək turşuluğuna və qələvi reaksiyaya qarşı
həssasdır. Onun böyüməsi üçün zəif turş torpaqlar daha əlverişlidir.
V
qrup - göy və sarı acı paxla (lüpin), seradella, çay və portağal kolu. Bu
bitkilər turş torpaqlarda yaxşı bitir (pH 4,5...5,0), qələvi, hətta neytral
torpaqlarda isə pis bitir. Bu bitiklər suda həll olan izafi kalsiuma qarşı
həssasdır (xüsusilə vegetasiyanın başlanğıcında), odur ki, əhəngin yüksək
dozasına mənfi reaksiya göstərir.
Əhəngləmə zamanı faydalı mikrofloranın aktivliyi artır, üzvi
birləşmələrin daha aktiv transformasiyası nəticəsində bitkinin mineral
qidalanması yaxşılaşır, torpağın fiziki xassələri yaxşılaşmağa doğru dəyişir,
mineral və üzvi gübrələrdən istifadənin effektliyi yüksəlir. Toksiki ağır
metalların ionlarının mütəhərriyinin azalması da əhəngləmənin müsbət
nəticəsinə aiddir.
Əhəngin hər bir tonunun 5 il ərzində təsiri kənd təsərrüfatı məhsulunu
0,5...0,6 ton/ha artırır (taxıl dəni hesabı ilə). Əhəngləmənin sonrakı təsir
müddəti meliorantm dozasından asılıdır. 1 ha-ra 3...4 ton əhəng verdikdə onun
təsiri 5...7 il, 6...8 ton verdikdə isə 10... 15 il və daha uzun müddət təsir
göstərir.
Torpağın turşuluğunun aşağı salınmasında əksər hallarda üst qatın
əhənglənməsindən istifadə olunur. Bununla belə, ABŞ-m Alabama ştatının
kənd təsərrüfatı eksperiment təcrübə stansiyasında turş torpağa əhəng müxtəlif
dərinliklərdə - səthinə, 15, 30 və 45 sm dərinlikdə verilmişdir. Əhəng
maksimal dərinliyə verildikdə (45 sm) kontrol sahəyə (əhəng verilməyən)
nisbətən pambığın məhsuldarlığı təxminən 3 dəfə yüksək olmuşdur.Bitkilərin
boyu uyğun olaraq 125,0 və 47,5 sm təşkil etmişdir.
277
Dostları ilə paylaş: |