Kürdəmir rayonu ərazisində şorlaşmış torpaq.
Ağcabədi rayonu ərazisində şorlaşmış torpaq.
293
Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da,
vaxtında lazımi tədbirlər görülməyəndə, o arealını genişləndirərək, həm kənd
təsərrüfatı məhsullarının istehsalına, həm də təbii biosenozlara, o cümlədən
düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və düzən
meşələrinə mənfi təsir göstərir. Odur ki, belə torpaqlar həm meliorativ, həm də
ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların mənfi dinamikasının
xəbərdarlıq edilməsi, qarşısının alınması və onların yararlı hala salınması üçün
müvafiq ekoloji tədbirlərin (drenaj tətbiqi, yuma aparılması, kimyəvi
meliorasiya, müəyyən inzibati və hüquqi və s.) görülməsi zəruridir.
Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin nəticəsi
respublika ərazisində 385,1 min hektar sahənin qeyri-qənaətbəxş olduğunu
göstərir, o cümlədən 103,4 min hektar sahədə qrunt sularının səviyyəsinin
yerin səthinə çox yaxın olması, 115,1 min hektar sahədə torpağın yüksək
dərəcədə şorlu olması, 166,6 min hektarda isə hər iki amilin birgə təsiri əsas
səbəb kimi göstərilir. Bu kateqoriyadan olan torpaqlar əkinə tam əlverişsiz
hesab olunur və onların meliorasiyası üçün kompleks tədbirlərin görülməsi
tələb edilir.
Respublikanın suvarılan torpaqlarının təxminən 670 min hektarı
(46,4%-i) Kür-Araz düzənliyindədir. Burada suvarma çox qədim tarixə
malikdir. Mil düzündə və Muğan düzünün cənubunda suvarma kanallarının
izlərinə və qalıqlarına indinin özündə də rast gəlinir. Bununla belə XIX əsrdə
Azərbaycanda suvarılan əkinçilik əsasən Kür-Araz düzənliyində - Şirvan və
Qarabağ çayları axınlarının aşağı hissələrində. Kür və Araz çaylarının sahilləri
boyunca yerləşmiş, suvarma isə bir qayda olaraq primitiv üsullarla həyata
keçirilmişdir. Kür və Araz çaylarının daşqın suları ilə sahələr suya basdırılmış,
torpağın səthi quruduqdan sonra yaranmış çatlara toxumlar (arpa və pambıq)
səpilmiş, vegetasiya suvarmaları aparılmasa da nisbətən yüksək məhsul
götürülmüşdür. Mövcud olan belə bir şəraitdə XIX əsrin 60-cı illərindən çar
hökuməti pambıq istehsalının təşkili məqsədilə Muğan-Salyan zonası
torpaqlarının suvarılması üçün bir sıra tədbirlər görmüş və 1900-cü ildə
suvarma kanallarının tikilməsinə başlanılmışdır. Beləliklə, 1901-1917-ci
illərdə magistral kanalların ümumi sərflərinin 130 mVsan və uzunluqlarının
209 km olduğu dörd suvarma sistemi tikilib istifadəyə verilmişdir. Bununla da
169 min hektar sahə suvarma suyu ilə təmin edilmişdir. Həmin dövrdə Salyan
düzündə sahələrin bilavasitə Kür çayından götürülən su ilə suvarılmasında
qoşqu heyvanları ilə işləyən suqaldıncı qurğulardan istifadə edilmişdir.
Suvarma sistemilərinin əsas qüsuru suvarma şəbəkəsinin seyrəkliyi və suatıcı
şəbəkənin olmaması idi.
Məhz ona görə də suvarmanın başlandığı ilk illərdə əkin sahələrinin
294
kütləvi şorlaşması müşahidə olunmuş, əhali isə hər dəfə yeni sahələrdən
istifadə etməyə başlamışdır. Basdırma üsulu ilə aparılan suvarmalar
nəticəsində hər hektara 15-20 min m^ suvarma suyu sərf olunmuş, qrunt
sularının səviyyəsi yer səthinə yaxınlaşmış, şorlaşma prosesi geniş miqyasda
yayılmışdır.
Yaranmış vəziyyətlə əlaqədar əhali və hətta texniki xidmət işçiləri
Muğanı tərk etməyə, digər bölgələrə getməyə başlamışdır. Birinci Dünya
müharibəsi illərində suvarma sistemləri bərbad hala düşmüş, hidrotex- niki
qurğular dağıdılmış, şorlaşma prosesi daha da sürətlənmişdir. Nəticədə Şimali
Muğanın 96%, Salyanın 98% torpaq sahələri müxtəlif dərəcədə şorlaşmaya
məruz qalmışdır (Q.Əzizov, Ə.Həsənəliyev, 2001). Oxşar proseslər digər
bölgələrdə də baş vermişdir. Məsələn, Yevlaxdan Hacıqabula kimi olan
ərazidə Kürün sol sahili boyunca «Qara su» bataqlığı yaranmış, ətraf ərazi
şorlşamaya məruz qalmışdır.
Araşdırmalar göstərir ki, təcrübənin olmaması ucbatından, torpaq və
hidroloji şəraiti nəzərə almadan irriqasiya tədbirlərinin görülməsi tez bir
zamanda özünü göstərmiş, bataqlaşma və şorlaşma prosesi geniş əraziləri
əhatə etmişdir. Çar hökuməti təcili tədbirlərə əl atmağa məcbur olmuş və
1910-cu ildən başlayaraq Cənubi Qafqazda sistemli hidrometriya işlərinə
başlanılmış 1912-ci ildə ilk kimya laboratoriyası yaradılmış, 1913-cü ildən isə
hidroloji tədqiqatların əsası qoyulmuşdur.
Sovet hakimiyyətinin ilk illərindən etibarən 1921-1925-ci illərdə kanallar
lil çöküntülərindən təmizlənmiş, hidrotexniki qurğular təmir edilmiş, sonrakı
illər mövcud suvarma kanallarının yenidən qurulması həyata keçirilmiş, yeni
suvarma sistemlərinin tikilməsinə başlanılmış, mexaniki suvarma inkişaf
etdirilmişdir. 1920-1930-cu illərdə dizel mühərrikləri ilə işləyən 5 sudartıcı
qurğu işə salınmışdır. Elmi-tədqiqat və layihə axtarış işlərinin aparılmasına
xüsusi diqqət yetirilmiş və 1930- cu ildə Muğan təcrübə meliorativ stansiyası
təşkil edilmişdir. Lakin 1937-ci ildə irriqasiya-meliorasiya tədbirləri tamamilə
dayandırılmış, yalnız 1945-ci ildən sonra onlar yenidən bərpa edilmiş, o
cümlədən nəhəng Mingəçevir kompleksi tikilib istifadəyə verilmişdir.
Sonrakı illərdə respublikada suvarma sistemləri, kollektor-drenaj
şəbəkəsi, su anbarları və digər qurğular inşa edilmiş, torpaqların yuyulub
yararlı hala salınması, Şirvanda, Qarabağda, Cənubi Muğanda stasionar
təcrübə-drenaj məntəqələrinin təşkili, bir çox təsərrüfatların ərazisində qısa
(1-3 il) müddətli eksperimental bazaların təşkili və s. kimi mühüm əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir.
1965-ci ildə keçmiş SSRİ-də meliorasiyanın inkişaf etdirilməsi haqqında
qəbul olunmuş qərardan sonra bütün ölkə ərazisində olduğu kimi,
Azərbaycanda da geniş miqyasda irriqasiya-meliorasiya tədbirləri həya
295