ta keçirilir, o cümlədən suvarılan ərazilərdə torpaqların şorlaşmasına qarşı
mübarizə tədbirləri kompleksi regionlar üzrə işlənib hazırlanır. 1966-1990-cı
illərdə suvarılan sahələr 1094 min hektardan 1444 min hektara çatdırılmış,
778,2 min hektar sahənin su təminatı yaxşılaşdırılmış,
541,8
min hektarda kollektor-drenaj şəbəkəsi də tikilməklə suvarılan ərazinin
meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Məhz bu kimi tədbirlərin görülməsi
nəticəsində 1986-1988-ci illərdə suvarılan torpaqlarda orta illik məhsulun
həcmi 1966-1970-ci illərə nisbətən taxıl üzrə 2,16, pambığa görə 2,13,
tərəvəz-bostan bitkiləri üzrə 2,55, meyvələrə görə 3,57, üzüm istehsalı 7,46
dəfə artmışdır.
Keçən əsrin 90-cı illərinin əvvəllərində keçmiş Sovetlər İttifaqının
dağılması ilə sovet respublikaları, o cümlədən Azərbaycan müstəqillik əldə
edir. İlk illər ölkədə yaranmış iqtisadi çətinliklər, xüsusilə də erməni təcavüzü
ilə əlaqədar maddi vəsait və maliyyə çatışmazlığı səbəbindən suvarma
sistemlərini lazımi səviyyədə saxlamaq və meliorasiya tədbirlərini davam
etdirmək bir müddət mümkünsüz vəziyyətdə oldu. Kollektor-drenaj
sistemlərinin lillənməsi, bəzi yerlərdə onların tamamilə sıradan çıxması
nəticəsində ayrı-ayrı ərazilərdə təkrar şorlaşmanın yaranması üçün əlverişli
şərait yarandı. Bu proses kollektor-drenaj sistemlərinin və suvarma
qurğularının kifayət qədər mükəmməl olmadığı ərazilərdə, xüsusən də Şirvan
düzündə özünü daha qabarıq şəkildə göstərmişdir.
Torpaqları duzlardan yuyub təmizləmək üçün onun hansı dərəcədə
şorlaşdığını bilmək lazımdır. Torpaqda olan duzların miqdarı şərti olaraq
müəyyən hədlərə bölünür və onlara adlar verilir. Buna torpaqların şorlaşma
dərəcəsinə görə təsnifatı deyilir. Təsnifatın əsasını bitkilərin düzlara
davamlılıq qabiliyyəti və onların buraxıla bilən həddi təşkil edir. Kənd
təsərrüfatı bitkiləri duza davamlılığına görə üç qrupa bölünür (cədvəl 13.3).
Cədvəl 13.3
Bitkilərin duza davamlılığı (Orohenie, Spravoçnik, 1980)
Duza zəif davamlı
Duza orta davamlı
Duza davamlı
üçyarpaq yonca
buftda
şəkər çuğunduru
yonca
küncüt
yem çuğunduru
Esparset (xaşa)
soğan
düyü
alma
pambıq
qarpız
alça
əncir
yemiş
armud
nar
tut
Respublikamız üçün torpaqların duz miqdarı və tipinə görə təsnifatını
təyin etmiş Q.Əzizov (1999) tərəfindən torpaqlar şorlaşma tipinə
296
görə sodalı, xlorlu, sulfatlı-xlorlu, xlorlu-sulfatlı və sulfatlı tipə bölünmüşdür.
Bu təsnifat respublikamız üçün təklif edilmiş təsnifatlardan (V.R.Volobuyev,
1948, 1965) fərqlənsə də, bütövlükdə real vəziyyəti düzgün əks etdirir (cədvəl
13.4).
Duzluluq dərəcəsi zəhərlilik göstəriciləri ilə xarakterizə olunur. Suda asan
həll olunan duzlardan NaCI, Na
2
S
04
, MgCb, CaCb, MgS04, Na:C
03
,
Na(HC
03)2
bitkilər üçün daha zəhərlidir.
Cədvəl 13.4
Torpaqların duz miqldarı və tipinə görə təsnifatı, %
Qradasiyanm adları
Duz tipi
sodalı
xlorlu
sulfatlı-
xlorlu
xlorlu-
sulfatlı
sulfatlı
şorlaşmamış
<0,15
<0,2
<0,25
<0,4
<0,6-1,0
zəif şorlaşmış
0,15-0,3
0,2-0,4
0,25-0,5 0,4-0,8
1,0-1,5
orta şorlaşmış
0,3-0,5
0,4-0,8
0,5-1,0
0,8-l,5
1,5-2,0
şiddətli şorlaşmış
0,5-0,8
0,8-1,2
1,0-2,0
1,5-2,5
2,0-3,0
şoranlar
>0,8
>1,2
>2,0
>2,5
>3,0
Torpaqların yuyulmasında başlıca məqsəd duzları bitki kökləri yayılan
torpaq qatından kənar etməkdir. Bitki kökləri yayıla bilən qat dedikdə, əsasən,
torpağın bir metrlik üst qatı nəzərdə tutulur. Çünki, əksər kənd təsərrüfatı
bitkilərinin kök sistemi ya tamamilə, ya da onun əsas hissəsi bir metrlik qatda
yerləşir. Bu qata hesabat qatı deyilir. Yüngül və orta mexaniki tərkibli
torpaqların susızdırma qabiliyyəti böyük olduğu üçün onları duzlardan
təmizləmək asandır.
Odur ki, bu amilləri nəzərə alaraq müvafiq meliorativ tədbirlərin
xüsusiyyətləri əsas götürülməklə Kür-Araz ovalığında şorlaşmış torpaqlar
şərti olaraq üç səciyyəvi qrupa ayrılmışdır (M.P.Abduyev, 1968, 1977;
Ə.Q.Behbudov,
M.K.Rəhimov,
X.F.Cəfərov,
1973;
Ə.Q.Behbu-
dov,X.F.Cəfərov, 1980; A.K.Alimov, 1997):
1.
Yüngül qranulometrik tərkibli, yüksək su sızdırma qabiliyyətli,
asan həll olunan (xlorlu, sulfatlı-xlorlu) şorlaşmış torpaqlar. Bu torpaqlar
şimali və mərkəzi Muğanda, Salyan düzündə, cənubi-şərqi Şirvanda və Şirvan
düzünün Kür sahili zonasında yayılmış və inzibati baxımdan Sabirabad,
Salyan, Neftçala və Zərdab inzibati rayonlarını əhatə edir. Bu torpaqların
yuyulmasında su itkilərinə yol verilməməsi və yüksək meliorativ səpıərənin
təmin olunması çox vacibdir. Bu baxımdan zolaqlarla və fasiləli yuma
texnologiyası özünü doğrultmuş və səmərəliliyi təsdiq olunmuşdur.
Zolaqlarla yuma texnologiyasının mahiyyəti ondan ibarətdir ki, ümumi
qaydada yuma üçün hazırlanmış sahə drenarası məsafədən asılı
297