Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə110/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   106   107   108   109   110   111   112   113   ...   216

ilə  əlaqəcfer  bataqlaşma  və  təkrar  şorlaşma  kimi  neqativ  nəticələri  istisna 

etsək,  suvarma  yer  səthi  havasında  və  torpağın  üst  qatlarında  bitki  üçün 

əlverişli  istilik  və  rütubət  nisbəti  yaradır,  yüksək  temperaturun  və  bitki 

vegetasiyasmm  ayrı-ayrı  dövrlərində  rütubət  çatışmazlığını  aradan  qaldırır. 

Suvarma  torpaqların  mikroiqlimini  və  su  rejimini  dəyişir:  radiasiya  balansı 

yüksəlir,  torpağın  nəmliyi  və  onun  səthindən,  həmçinin  bitkinin  özündəQ 

\gkuxarlanma  çoxalır,  havanın  rütubətliyi  artır,  havänın  və  torpağın 

ternperaturu aşağı  düşür. Biokimyəvi  proseslərin intensiv  gedişi üçün şərait 

yaranır,  torpağın  münbitliyi  artır.  Hidroloji  və  hid-  rogeoloji  şəraitin 

dəyişməsilə bitki  örtüyü də dəyişir. Kanal  boyu  zəngin  hidrofıl və mezofıll 

bitki örtüyü inkişaf edir, ağac bitkiləri peyda olur, yerli fauna yeni növlərlə 

zənginləşir, yerli növlərin əksəriyyətinin sayı çoxalır, lakin onların bir hissəsi, 

xüsusən kserofıllər sıradan çıxır və sayı azalır. Vahələrdə çoxlu miqdarda həm 

təsərrüfat üçün faydalı, həm də zərərli heyvanlar və həşəratlar toplanır. 

Kanalların  sahili  boyu  qarğı,  qamış  və  cil  bitkiləri  ilə  zəbt  olunan 

sahələrdə müxtəlif rütubətsevən gəmiricilər geniş məskunlaşır. 

Avropanın  bozqır  zonasında  hər  cür  suvarma  üsulları  nəticəsində 

sahələrdən ilk növbədə gəmiricilərin bozqır, kserofıt növləri (ərəb dovşanı, çöl 

siçanı,  cənub  siçanı  və  s.)  sıxışdırılır.  Şırımlarla  suvarma  aparılan  çəltik 

tarlalarında ev siçanı məskunlaşır. Səthi suvarma aparılan sahələrdə, zolaqlar 

boyu ev siçanı, meşə siçanı, adi çöl siçanı, pis plani- rovka aparılan yerlərdə və 

zolaq boyu təpəciklərdə isə sünbülqıran qalır. Drenaj suvarmada bu növlərə 

boz  dağ  siçanı  da  əlavə  olunur.  Səthi  suvarma  aparılan  sahələrdə  torpaq 

quruduqdan sonra ev siçanı və meşə siçanı  yenidən qayıdır, həm də onların 

sayı  burada  yaxşı  yem  olduğundan  dəmyə  tarlalara  nisbətən  daha  çox  olur. 

Qaraqum  kanalı  tikildikdən  sonra  kanal  boyu  və  ona  bitişik  suvarılan 

sahələrdə rütubəlsevər faunanın nümayəndələri (ağcaqanad, mığmığa, milçək, 

ev siçanı, boz dağ siçanı, lövhədişli siçovul, qırmızıquyruq qum siçanı və b.) 

burada  əlverişli  mikroiqlim  və  yem  şəraiti  tapdığından  bir  çox  kserofil 

heyvanları sıxışdıraraq uzaq məsafələrə çəkilməyə məcbur edir. 

Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının tikilməsi Şirvan, 

Mil,  Muğan  və  Qarabağ  düzlərinin  yarımsəhra  mənzərəsini  dəyişdirərək 

oradakı biotopların xarakterik əlamətlərini və növ strukturunu də dəyişmişdir. 

Belə  ki,  tulyaremiya  xəstəliyi  infeksiyasmm  əsas  yayıcısı  olan  su  siçovulu 

suvarma  kanalları  ilə  yarımsəhranın  dərinliklərinə  soxularaq  bura  özü  ilə 

tulyaremiyanın  spesifik  parazit  daşıyıcılarını  (L.muris,  H.anphibius, 

H.glasgowi) (Hacıyev və b., 1970) gətirdi. 

Kəskin yoluxucu xəstəlik leptospirozların törədicilərinin yayıcıları olan 

gəmiricilər çəltik tarlalarında da müşahidə olunur, burada onların 

286 



yayılması suyun bolluğu, müxtəlif cür heyvan və bitki yeminin mövcudluğu 

və  yuva qurmaları üçün əlverişli  yerlərin olmasıdır. Açıq  suvarma kanalları 

şəbəkəsi  inkişaf  etmiş  Şimali  İsraildə,  su  tarlalara  borularla  verilən  ölkənin 

cənubuna  nisbətən  leptospirozdan  əziyyət  çəkənlər  daha  çoxdur.  Çində 

leptospiroz xəstəliyinə çox vaxt kənd əhalisi tutulur, onlar bu xəstəliyə əsasən 

çəltik tarlalarında alaq işləri və məhsulun yığımı zamanı yoluxurlar. İtaliyanın 

Po  çayı  vadisində  yerləşən  əyalətlərində  (Paviya,  Modena,  Kremona, 

Mantuya, Balonya) çəltik tarlalarında çalışan mövsümi fəhlələr arasında hər il 

düyü  məhsulu  yığımı  dövründə  leptospiroz  xəstəliyinə  yoluxanlar  qeydə 

alınmışdır, çəltik tarlalarından kənar yerlərdə isə bu xəstəliyə yoluxanlara rast 

gəlinmir. Leptospiroz xəstəliyinin yayıcıları həm suvarma kanallarından və ya 

çöldə olan və yol- kənarı gölməçələrdən xəstəliyə yoluxan ev heyvanları (iri 

və  xırda  buynuzlu  mal-qara,  donuz),  həm  də  vəhşi  heyvanlar,  əsasən 

gəmiricilər  ola  bilər.  Bataqlıqlarda  və  ya  bataqlaşmış  su  kanalları  boyu 

yerləşən  kolluqlarda,  həmçinin  çox  suvarılan  bağlarda  bu  xəstəliyin  yayıcı 

mənbəyi  ev  siçanları  hesab  olunur.  Qrunt  sularının  səviyyəsinin  qalxması, 

sahil xəttinin su ilə basılması, suvarılan torpaqdan düzgün istifadə edilməməsi 

müxtəlif  qızdırma  xəstəliyi  növləri,  ensefalit  və  ilk  növbədə  malyariya 

yoluxucu xəstəliklərinin yayıcılarının artmasına səbəb olur. Belə xəstəliklərin 

yayıcılarının yayılmasında çəltik tarlalarında günəşlə yaxşı qızdırılan dayaz su 

hövzələri  və  işin  qeyri  səmərəli  təşkil  olunması  hesab  edilir.  Çəltik  tarlası, 

bəzən su alaq bitkiləri ilə birlikdə ağcaqanadların, o cümlədən Culex cinsinin 

ən sevimli yerinə çevrilir. 

Quruducu  kanalların  və  nasos  qurğulu  suqəbuledicilərin  tikilməsi, 

lazımsız  su  hövzələrinin  torpaqla  örtülməsi,  ağcaqanadların  sürfə  qoyduğu 

yerlərin  şumlanması,  suvarıcıların  sudan  istifadə  qaydalarına  riayət  etməsi, 

həm  ağcaqandlarm  artmasının  qarşısını  alar,  həm  də  kənd  təsərrüfatında 

istifadə üçün münbit torpaq sahələrini artırar. 

Beləliklə, quraqlıq ərazilərin suvarılması deyil, onun layihələşdiril- məsi, 

tikilməsi  və  irriqasiya  qurğularının  istismarı  zamanı  buraxılan  ayrı-ayrı 

səhvlər təbii infeksiya ocaqlarının aktivləşməsinə səbəb olur. Bu nöqsanların 

aradan qaldırılması suvarılan ərazilərin sağlamlaşdırılması- na şərait yaradar. 

13.3.

 

SUVARMA VƏ TORPAĞIN ŞORLAŞMASI 



Torpağın  suvarılmasının  ən  təhlükəli  nəticəsi  onun  şorlaşması  (duz- 

laşması) sayılır. Planetimizdə hər il şorlaşma nəticəsində 300 min ha suvarılan 

torpaq sahəsi yararsız hala düşüb istifadədən çıxır, dünyada şorlaşmış bəhrəsiz 

torpaqların sahəsi 25 mln. ha-a çatır. 



287 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə