üçün suvarılan tarlaların planlaşdırılması düzgün aparılmalı, həmçinin
yarıqaçma (Şelevaniye) yolu ilə torpağın susızdırma qabiliyyədni yüksəltmək
lazımdır, trriqasiya eroziyasının qarşısını almaq üçün aşağı və orta intensivli
yağışyağdıran (0,3 mm/dəq.) qurğulardan istifadə edilməsi məsləhətdir, bu,
suvarma normasını 800 mVha artıraraq səthi axının qarşısının alınmasına
imkan yaradır.
İrriqasiya eroziyasının baş verməsinin əsas səbəbləri aşağıdakılardır:
kanalların dib və yamac səthlərinin zəif bərkidilməsi; torpağın kifayət qədər
sukeçirmə qabiliyyətinin olmaması; kanalın normal profilinin pozulmasına
səbəb olan qruntun (torpağın) çökməsi, suvarma şəbəkəsinin zibillənməsi;
suvarma şırımlarına yüksək miqdarda suyun buraxılması. Suvarma prosesinə
düzgün riayət olunarsa, bütün bu göstərilən səbəblər aradan qaldırıla bilər.
B.A.Zimovets və b. (1998) suvarma zamanı torpağın deqradasiyası ilə
əlaqədar antropogen təsirlərin ekoloji məhdudlaşdırma sistemini təklif
etmişlər. Mümkün olan ekoloji məhdudiyyətə və tələblərə aşağıda
göstərilənlər aiddir:
—
suvarma zamanı torpağın fiziki xassələrinin deqradasiyası;
—
torpağın şorlaşması, şorakətləşməsi və qələviləşməsi;
—
torpağın turşuluğunun artması;
—
torpağı su basması və bataqlaşma;
—
suvarma (irriqasiya) eroziyasının inkişafı;
—
torpağın humusluğunun azalması;
—
torpağın mineral tərkibinin bərpa olunmaz kasatlaşması;
—
torpağın çirklənməsi;
—
suvarılan torpaqlarda biotanm sayının və növ tərkibinin əlverişsiz
dəyişməsi.
Yalnız təbii və antropogen faktorların aşağıda göstərilən balanslaş-
dırılmış qarşılıqlı əlaqəsini nəzərə almaqla, suvarılan aqroekosistemlərin
ekoloji təhlükəsiz fəaliyyətinə nail olmaq olar:
—
becərilən kənd təsərrüfatı bitkilərinin və ya aqrofitosenozlarm inkişaf
fazalarına (mərhələlərinə) uyğun olaraq, torpağın tələb olunan hidrotermik,
hava, oksidləşmə-reduksiya və qida reimini;
—
torpağın deqradasiyasına səbəb olan suvarılan torpaqlara optimal və
hidromeliorativ yüklər;
—
torpağa vacib olan və yolverilən aqro və hidromeliorativ təsirlər;
—
qrunt və yeraltı suların hidroloji və geokimyəvi rejimlərinin yol-
verilən dəyişkənliyini (ilk növbədə içləmi şirin, müxtəlif mineral və s. sular);
—
səth sularının hidroloji və geokimyəvi rejimlərinin dəyişməsinin
normallaşdırdmasmı;
282
—
müəyyən aqrosenozun və ona tabe olan landşaftların bütün
komponentlərinin vacib olan və ya yolverilən sanitar-gigiyena vəziyyətini;
—
suvarılan aqrosenozlar yaradılan regionların və ya kollektor- drenaj
axmtılar atılan və tranzit rayonların əsas və nadir bitki və heyvan növlərinin
(bioloji müxtəlifliklərin) qorunub saxlanmasını;
—
mühəndis sistemlərinin istismarının texniki vəziyyətini.
Suvarılan torpaqlara edilən mümkün təsirlərin ekoloji yolverilən
dərəcəsini qiymətləndirmək üçün aqrofiziki, fıziki-kimyəvi, biokimyəvi,
hidrokimyəvi göstəricilərə, həmçinin eroziya təhlükəlilik göstəricisinə
əsaslanan torpağın normal və əlverişsiz vəziyyətinin meyarları və parametrləri
hazırlanmışdır.
13.1.1.
Azərbaycanda suvarmanın ekoloji problemləri
Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Yunan
coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada suvarma Mesopotamiya və
Misirə nisbətən yüksək inkişaf etmişdir. Şirvan düzündə suvarma işləri Gir-
diman dövlətinin vaxtında daha geniş ərazilərdə aparılırdı. Azərbaycanda
suvarmanın tarixi Q.Əzizov, Ə.Həsənəliyevin (2001) kitabında ətraflı
verilmişdir.
Qeyd etmək lazımdır ki, respublikamızın quraqlıq rayonlarında kənd
təsərrüfatı istehsalını intensivləşdirmək üçün suvarma ən mühüm tədbir
sayılır.
Suvarmanın müxtəlif növləri və üsulları mövcuddur. Torpaq qatını
nəmləndirmək məqsədilə aparılan suvarma müntəzəm və birdəfəlik
suvarmalara bölünür. (Aslanov, 1999). Müntəzəm suvarmada, bitkinin tələb
etdiyi vaxtlarda sahə təyin olunmuş normalarda su ilə təmin olunur. Birdəfəlik
suvarma (və ya liman suvarması) yaz fəslində çay subasarlarında daşqın suyu,
qar suyu və su anbarından birdəfəlik verilən suyun hesabına həyata keçirilir.
Gübrələmə suvarmasında torpağa su ilə birlikdə, suda əridilmiş gübrə də
verilir. Buraya çirkab suları və bulanıq su (tərkibində lillərin ölçüsü
0,005mm-dək kiçik hissəciklər olan su) aid edilir.
Hazırda beş suvarma üsulundan istifadə olunur: öz axımı ilə suvarma,
yağışyağdırma, yeraltı suvarma, damcılarla suvarma və aerozol (kiçik dis-
persH) suvarma. (B.Əliyev, Z.Əliyev, 1998, Aslanov, 1999).
Öz axımı ilə suvarma üsulunda su nəqledici açıq kanallar (və ya boru
kəməri) ilə suvarılan sahəyə çatdırılır. Burada su müvəqqəti arxlar, elastik və
ya sərt borular vasitəsilə şırımlara və xüsusi ləklərə verilərək torpağa
hopdurulur.
Yağışyağdırma ilə suvarma üsulunda su nəqledici kanal və boru kəməri
ilə sahəyə çatdırıldıqdan sonra maşın, qurğu və cihazlar vasitəsilə
283