Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə116/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   112   113   114   115   116   117   118   119   ...   216

b.  Mübadiləli  natriumun  miqdarı  udma  tutumunun  5-10%-ni  təşkil 

etdikdə  torpağın  aqrofiziki  xassələri  pisləşir.  Bunun  qarşısını  almaq  üçün 

torpağın  yüksək  aqrotexniki  qaydalarla  becərilməsi,  növbəli  əkinin  düzgün 

tətbiq edilməsi vacibdir; 



C. 

Mübadiləli  natriumun  miqdarı  udma  tutumunun  10-20%-ni  təşkil 

etdikdə  torpaqda  yüksək  şörakətlilik  yaranır,  torpağın  aqrofiziki  xassələri 

kəskin surətdə pisləşir. Bitkilərin məhsuldarlığı da xeyli aşağı düşür. Bununla 

mübarizə etmək üçün kimyəvi meliorasiya tətbiq olunmalıdır; 

d.  Mübadiləli  natriumun  miqdarı  udma  tutumunun  20-40%-ə  qədəri 

olduqda  torpağın  şörakətlilik  dərəcəsi  öz  yüksək  həddinə  çatır,  onun 

münbitliyi  kəskin  şəkildə  azalır,  təbii  olaraq  kənd  təsərrüfatı  bitkilərinin 

inkişafına şərait qalmır. 

Şorakətliyin yaranması prosesində torpaqda olan üzvi maddələr suda asan 

həll ola bilən formalarda suyun təsiri ilə üst qatlardan aşağı qatlara yuyulur, 

əkinaltı qatda bərkimə baş verir, torpağın su və hava xassələri pisləşir və belə 

torpaqların strukturu tədricən pozulur. Bu cür torpaqlar nəm halda yapışqanlı 

olub, çox gec quruyur, quru halda isə çox bərk olur və qaysaq əmələ gətirir, 

səthi çat-çat olur, onu yumşaltmaq, becərmək üçün böyük zəhmət tələb olunur. 

Belə torpaqlar adətən quru və isti iqlim şəraitinə malik olan bozqır, yarımsəhra 

və səhra torpaqları arasında ayrı-ayrı ləkələr şəklində yayılmışdır. 

V.R.Volobuyev  (1953)  Kür-Araz  düzənliyində  şorakətliyin  əmələ 

gəlməsinin dörd yolunu göstərmişdir: 

1.

 



Torpaqəmələgəlmə  və  aşınma  proseslərində  torpaq  məhlullarının 

natrium ionları ilə zənginləşməsi nəticəsində baş verən elüvial şorakətləşmə; 

2.

 

Zəif mineralhşmış səth sularının torpağa hopması prosesi nəticəsində 



yuyulma və delüvial yolla əmələ gələn şorakətləşmə; 

3.

 



Qrunt  sularının  kapilyar  təsiri  nəticəsində  şorlaşmadan  əvvəl  əmələ 

gəlmiş şorakətləşmə; 

4.

 

Şorlaşımş  torpaqların  duzlaşması  nəticəsində  əmələ  gələn 



şorakətləşmə. 

Kür-Araz  ovalığında  şorakət  torpaqlar  əsasən  Muğan  və  Salyan 

(M.R.Abduyev, 1960, 1961) düzlərində, Şirvan düzünün qərbində. Kür sahili 

zonada.  Mil  düzünün  cənub  və  şimal  hissələrində  yayılmışdır.  Şo-  rakətli 

torpaqlar  Antipov-Karatayevə  görə  (1953)  udulmuş  natriumun  miqdarından 

asılı olaraq aşağıdakı kimi səciyyələnir (cədvəl 13.5). 

Qeyd etmək lazımdır ki, respublika ərazisində təsadüf olunan şorlaşmış 

şorakət  torpaqlar  öz  növbəsində  neytral  və  qələvi  (sodah)  olaraq  iki  qrupa 

ayrılır. Bütün sodah şorlaşmış torpaqlar bu və ya digər dərəcədə şorakətli olur. 

300 



Cədvəl 13.5 

Şorakətləşmiş torpaqların təsnifatı 

Şorakətlilik dərəcəsi 

Na, %-lə 

Şorakətləşməmiş torpaqlar 

<5 

Zəif şorakətli torpaqlar 

5-10 

Orta şorakətli torpaqlar 



10-15 

Şiddətli şorakətli torpaqlar 

15-20 

Şorakətli torpaqlar 



>20 

Sodalı  şorlaşmış  torpaqlar  əsasən  Qarabağ  düzündə  yayılmışdır.  Belə 

torpaqlara Mil və Muğan düzlərində də ləkələr şəklində rast gəlinir. Bununla 

yanaşı  respublikada  maqnezium  mənşəli  şorakət  torpaqların  da 

(R.H.Məmmədov,  1975)  mövcudluğu  məlumdur.  Bu  torpaqların  da  öz 

xüsusiyyətləri vardır (cədvəl 13.6.). 



Cədvəl 13.6 

Torpaqların və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 

uducu kompleksindəki maqnezium kationunundan asılılığı 

(R.H.Məmmədov) 

Maqnezium 

udulmuş 


əsasların 

cəmindən %-lə 

Şorakətlik 

dərəcəsi 

Dispers- 

lik 


dərəcəsi 

Şişmə 


faizi 

Suyun 


torpağa 

hopması, 

mm/saat 

Buğdanın 

məhsuldarlığı, 

s/ha 


20-dən az 

şorakətsiz 

20-dən 

az 


5-10 

200-500 


30-dan çox 

20-30 


zəif 

şorakətli 

20-30 

5-10 


100-200 

20-30 


30

T

40 



orta 

şorakətli 

30-40 

10-15 


30-100 

10-20 


40-50 

şiddətli 

şorakətli 

40-50 


10-20 

20-60 


5-10 

50-dən çox 

şorakət 

50-dən 


çox 

20-dən 


çox 

30-dan 


az 

5-dən az 

Torpağın uducu kompleksində maqneziumun miqdarı udulmuş əsasların 

cəminin 20%-dən az olarsa, belə torpaqlar maqnezium şora- kətsiz, 20-30% 

olarsa,  zəif  maqnezium  şorakətli,  30-40%  olarsa,  orta  maqnezium  şorakətli, 

40-50%  olarsa,  şiddətli  maqnezium  şorakətli  və  >50%  olarsa,  maqnezium 

şorakət adlanır (cədvəl 13.6). 

Şorakətləşmə  prosesində  torpaqda  yarıqlar  (çatlar)  əmələ  gəlir  və 

ayrı-ayrı sütunvari struktur parçaları yaranır. Prosesin getmə dərəcəsin 

301 



dən asılı olaraq sütunvari qatlar müxtəlif dərinlikdə yerləşir və orada becərilən 

bitkilərə  də  müxtəlif  təsir  göstərir.  M.R.Abduyev  0968)  Azərbaycanda 

yayılımış şorakət torpaqların, sütunvari struktur qatın yerləşdiyi dərinliyə görə 

aşağıdakı üç növünü göstərmişdir: qaysaqlı şorakət torpaqlar; orta sütunvari 

şorakət torpaqlar; dərin sütunvari şorakət torpaqlar. 

Şorakət  torpaqların  əmələgəlmə  şəraiti  və  xüsusiyyətləri  nəzərə 

alınmaqla  onları  yaxşılaşdırmaq  və  münbitliyini  artırmaq  məqsədilə  əsasən 

aşağıdakı üsullardan istifadə olunur. 



1.

 

Kimyəvi  meliorasiya üsulu. Bu halda torpağın uducu kompleksində 

olan  natrium  ionuna  və  torpağın  qələviliyiıiə  ekvivalent  miqdarda  kimyəvi 

meliorantlar verilir; 

2.

 

Aqrobioloji üsul. Bu halda aqronomik və bioloji tədbirlər kompleksi 

tətbiq  edilir (dərin şum  və plantaj  vasitəsilə gips və kalsium- karbonat  olan 

qatlardan istifadə edilir, onların həll olunması təmin edilir). 

Şorakət torpaqların kimyəvi üsulla meliorasiyası iki mərhələdən, fazadan 

ibarət olmaqla aparılır: 

 



meliorasiyanın  kimyəvi  fazasında  uducu  kompleksdə  olan  natrium 

ionunu kalsium ionu ilə əvəz etmək və torpaq məhlulunun qələviliy- ini ləğv 

etmək  məqsədilə  ekvivalent  miqdarda  kimyəvi  meliorant  verilir.  Bundan 

sonra  torpaqda  əlverişli  struktur  yaranır,  torpağın  su-fiziki  xassələri  xeyli 

yaxşılaşır,  torpaqda  gedən  mikrobioloji  proseslər  intensivləşdiyindən 

münbitlik tədricən artmağa başlayır. 

 

meliorasiyanın  fiziki  fazasında  -  torpağa  verilən  kalsium  duzu  və 



uducu  kompleksindən  sıxışdırılan  natrium  kationu  arasında  gedən  mübadilə 

nəticəsində torpaq məhlulunda əmələ gələn kənd təsərrüfatı bitkilərinə zərərli 

duzların (əsasən Na

2

S

04

) artıq miqdarı su vasitəsilə yuyulub torpaqdan kənar 

edilir. 


Bir  sıra  meliorantlar  tətbiq  etməklə  Şirvan  və  Qarabağ  düzlərinin 

şorlaşmış  və  şorakətləşmiş  torpaqlarında  çoxsaylı  variantlarla  təcrübə 

N.K.Mikayılov  (2000)  tərəfindən  aparılmışdır.  Təcrübə  nəticələrinin 

araşdırılması gipslə peyinin müvafiq olaraq 15 və 40 t/ha dozalarla birlikdə, 

sulfat turşusunun 10 t/ha dozada və kimyəvi tullantılarının 10-20 t/ha dozada 

tətbiqi tövsiyə olunmuşdur. 

Hazırda  bir  sıra  aktiv  meliorantlardan  istifadə  etmək  qaydaları  işlənib 

hazırlanmışdır (K.H.Teymurov, 1972, N.K.Mikayılov, 2000 və b.). Bunlardan 

turşu  məhlullarını,  yeni  kompleks  birləşmələri,  CaCh,  Ca(N

03

)

2

,  gəcin  və 

turşunun birlikdə verilməsini və s. göstərmək olar. 

Şorakət  torpaqların  meliorasiyasında  aqrobioloji  kompleksin  tətbiqində 

əsas məqsəd şorakətaltı torpaq qatının kalsium duzlarını əkin qa 



302 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə