Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə119/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   115   116   117   118   119   120   121   122   ...   216

—  anaerob  işbmə  (metanogenez)  və  ya  maye  peyinin  qıcqırdılması 

sayəsində  patogen  mikroorqanizmlər  məhv  edilir,  peyin  pis  qoxusunu,  alaq 

bitkilərinin  toxumları  isə  cücərmə  qabiliyyətini  itirir  (eyni  zamanda 

yanacaq-metan alınır). 



14.2.

 

HEYVANDARLIQ TULLANTILARININ 

İŞLƏNMƏSİ ÜÇÜN BİOTEXNOLOGİYADAN 

İSTİFADƏ EDİLMƏSİ 

Ekoloji  biotexnologiya  müvafiq  texnoloji  proseslərin  köməyi  ilə  ətraf 

mühitin  mühafizə  məsələlərini  həll  edir  (tullantıların  işlənməsi,  mühit 

komponentlərinin  çirklənmədən  qorunması,  təbii  resursların  səmərəli 

istifadəsi və s.). 

Peyinin  kompostlaşdırılması  bioloji  oksidləşmənin  kompost  humus- 

laşdırılmış  məhsulun  alınması  üçün  istifadə  edilir,  bu  məhsulun  tərkibində 

üzvi birləşmələr, parçalanma məhsulları, mikroorqanizmlərin ölü kütləsi və s. 

olur.  Bu  məhsulun  torpağa  verilməsi  aqroekosistemin  sta-  billiyini  pozmur. 

Kompostlaşdırma  bioloji  oksidləşmənin  ekzotermik  prosesi  olub,  yüksək 

temperatur  və  yüksək  nəmlik  şəraitində  üzvi  sub-  strat  mikroorqanizmlərin 

qarışıq  populyasiyaları  ilə  aerob  biodeqrada-  siyaya  uğrayır  və  torpağın 

meliorasiyası üçün təhlükəsiz və qiymətli məhsula çevrilir. 

Kompostlaşıdma  prosesində  oksigenə  olan  tələbat  ödənilir,  karbon- 

2-oksid (karbon qazı) və su ayrılır, temperatur yüksəlir və üzvi maddələr stabil 

formaya keçir. 

Peyinin aerasiyasını  yaxşılaşdırmaq, həmçinin  nəmliyi  aşağı  salmaq və 

karbonun  azota  nisbətini  artırmaq  üçün  peyin  əlavələrlə  (taxılın  samanı, 

yarpaq, zibil, yonqar və s.) qarışdırılır. 

Kompostlaşdırma  prosesində  dörd  mərhələ  ayrılır:  mezofil,  termofil, 

soyuma  və  yetişmə.  Birinci  üç  mərhələ  tez  başa  çatır  (bir  neçə  gün  və  ya 

həftə).  Yetişmə  mərhələsi  isə  bir  neçə  ay  çəkir.  Bu  vaxt  ərzində  ölü  bak- 

teriyalarm zülalları və liqnin arasında mürəkkəb reaksiyalar gedərək, humus 

turşularının əmələ gəlməsinə səbəb olur. Bu dövr ərzində topada temperatur 

SS^C-yə  yaxın  saxlanmalıdır,  bunun  üçün  bəzən  məcburi  ventilyasiyadan 

istifadə  olunur.  Optimal  nəmliyin  50...60%,  minimum  azad  qaz  boşluğu 

30%-ə  yaxın,  qaz  fazasında  oksigenin  konsentrasiyası  isə  10...  18%  olması 

məsləhət  görülür.  Topanın  (burtun)  ölçüləri  belə  olmalıdır:  uzunluğu  - 

istənilən qədər; hündürlüyü - 1,5 m; eni - 2,5 m (təbii aerasiya şəraitində). 

Topaların (kompost cərgələri) en kəsik sahəsi üçbucaq şəklində olur. 

Peyinin yemə əlavə kimi işlənməsi (hazırlanması) bir neçə üsulla 

310 



aparılır:  peyindən  və  ya  pometdən  yem  (qida)  hissəsinin  çıxarılması;  yem 

mayası  istehsal  etmək  üçün  peyindən  qida  mühiti  kimi  istifadə  olunması, 

milçək  sürfəsi  və  yosunun  becərilməsi;  yem  zülalı  almaq  üçün  qurdların 

(soğulcanlarm) yetişdirilməsi. 

Peyinin işlənməsinin texnoloji əməliyyatı nəticəsində aşagıuakılar alınır: 

Cı məhsulu - silos (nəmlik 60%; quru maddənin tərkibində olur, %; protein - 

7,3,  yağ  -  2,  sellizola  -  28,  BEV  -  51,7,  kül  -  11);  C

2

  məhsulu  -  protein 

konsentratı  (nəmlik  10%,  quru  maddənin  tərkibi,  %:  protein  -  27,  yağ  -6, 

sellüloza -2, BEV -55, kül -10; C



3

 - üzvi kübrə və texnoloji su). 

Birinci  texnoloji  əməliyyat  zamanı  qarışdıraraq  iri  əşyaları 

kənarlaşdırmaq  üçün  peyin  qəbuledici  kameraya  göndərilir,  oradan  da  dörd 

beton  kameraya  (150  m^)  -  fermentyora  vurulur.  Peyin  ardıcıllıqla  dörd 

kameradan keçir və hər kamerada qarışdırılaraq bir gün qalır. Onun nəmliyi 

78±2%  və  pH5,6...6  olmalıdır.  Dördüncü  gün  peyin  Cı  məhsulu  almaq 

(ayırmaq) üçün dördüncü (axırıncı) fermentyordan seperatora verilir. 

tkinci  əməliyyat  zamanı  Cı  məhsulu  ayrılır  və  fermentasiya  olunur. 

Əvvəlcə  seperatorlarda  ölçüsü 

0,8  mm-dən  çox  olmayan  bitki  lifləri, 

toxumların qabığı, tam bişməmiş toxumlar və digər qarışıqlar ayrılır. Ayrılmış 

və sıxılmış bərk fraksiya (nəmliyi 

55...60%)  Cı  məhsulunun alınması üçün 

xammal sayılır, maye fraksiya işə ayrılaraq 

C

2

 və C

3

 məhsulu əldə etmək üçün 

kameraya göndərilir. 

C] məhsulu bunkerə, sonra isə silos qülləsinə daxil olur və orada 

10..

 

.  12  sutka  ərzində  fermentasiya  keçirir  (siloslaşdırma  süd  turşusu 



bakteriyalarının  inkişafı  nəticəsində  əmələ  gəlir,  zərərsizləşdirmə  isə  silos 

kütləsinin yüksək temperaturu (60...70QC) sayəsində baş verir). 

Üçüncü  texnoloji  əməliyyat  zamanı  ikinci  əməliyyat  nəticəsində  alınan 

maye fraksiya kameradan dövrə üzrə işləyən (avtomatik rejimdə) sentrafuqaya 

verilir. Dövrə (tsikl) 6...7 dəqiqp davam edir, peyinin maye fazası dövretmə 

tezliyi  1500  dəq-L  sentrifuqaya  daxil  olur,  sonra  isə  dövretmə  tezliyi  200 

dəq-'-ə qədər aşağı salınır və seperatlaşdırılmış bərk çöküntü avtomatik olaraq 

boşaldılır. Bu çöküntünün (qum, gil, üzvi konqlomeratlar) nəmliyi 60% olur, 

bu C

3

 məhsulu sayılıb, ondan gübrə kimi istifadə edilir. 

C

2

  məhsulunun  ayrılması,  qurudulması  və  xırdalaşdırılması  dördüncü 

texnoloji əməliyyatda baş verir, bu zaman sentrifüqada alınan maye fraksiya 

(C

3

  məhsulu  ayrılandan  sonra)  maye  fraksiya  kamerada  toplanır,  sonra  isə 

buxarlandırıcı bakteriyaya verilir. Qabaqcadan maye aşağı təzyiqdə (=20 kPa) 

80^C temperaturda qızdırılır. Əldə olunan konsentratın tərkibində 28% quru 

maddə olur, sonra o, 70^C temperaturda toz (poroşok) vəziyyəti alana qədər 

qurudulur. Bu tozaoxşar 

(C

2

 

311 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə