Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə120/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   116   117   118   119   120   121   122   123   ...   216

məhsulu)  -  qiymətli  zülal  yemidir.  Şaquli  şneklə  o,  qranulyatora  (xırda- 

layıcı), sonra isə hazır məhsul bunkerinə verilir. 

Axırıncı (beşinci) əməliyyatda dezodorasiya və texnoloji sudan istifadə 

edilməsi həyata keçirilir, bu, C



2

 məhsulunun kondensasiyası və qurudulması 

ilə alınır. Əldə olunan su adi su ilə qarışdırılır (1:1). Ondan mal-qaraya içmək 

üçün  verilir  və  ya  fermentasiya  zamanı  peyinin  isla-  dılmasında  istifadə 

olunur. Cı və C

2

 məhsulları yemləmə məqsədilə, Cı məhsulu isə gübrə kimi 

işlədilir. 

14.3.

 

HEYVANDARLIQ FERMALARI VƏ 

KOMPLEKSLƏRİNİN SANİTAR-QORUYUCU 

ZONALARI VƏ YAŞIL AĞACLIQLAR 

Heyvandarlıq  fermaları  və  kompleksləri  kənd  yaşayış  məntəqələrindən 

sanitar-qoruyucu zona (SQZ) ilə ayrılır.  Belə zona heyvan saxlanan bina və 

qurğuların  ərazilərdən,  həmçinin  peyin  saxlanan  yerdən  və  ya  açıq  yem 

anbarından təyin olunur (cədvəl 14.1). 

Cədvəl 14.1 

Yaşayış məntəqəsi sərhədinə qədər sanitar-qoruyucu zonanın eni 

Müəssisələr və obyektlər 

Zonanın eni, 

m-lə 

Heyvandarlıq fermaları (süd və mal əti istehsalı; cavan (körpə) 



heyvanların və düyələrin yetişdirilməsi): 

1000 başa qədər 1000... 5000baş 5000-dən artıq 

300 

500 


1000 

Qoyunçuluq və vəhşi heyvandarlıq fermaları Quşçuluq 

fermaları: 

100 minə qədər yumurtalıq toyuq və ildə 1 mln. broyler 

100-dən 400 min yumurtalıq toyuq və ildə 1...3 mln. broyler 

400 mindən artıq yumurtalayan toyuq və ildə 3 mln.-dan artıq 

broyler 

300 


300 

1000 


1200 

Atçılıq və krolik fermaları 

100 

İribuynuzlu mal-qaranın maye peyininin işlənməsi 



(hazırlanması üçün qurğu) 

300... 1000 

Maye peyin.anbarları (açıq) 

Peyinin maye fraksiyaları hazırlanan anbarlar 

500... 2000 

500 


Kompost və peyinin bərk fraksiyası topaları (cərgələri) üçün 

meydançalar 

300 

Durulducu axın toplantıları gölməçələri (pryd), bufer və 



bioloji gölməçələr 

200 


312 


Yaşayış  zonasından  eni  100  m-dən  artıq  olan  SQZ-da  eni  48  m  (18 

cərgə)-dən az olmayaraq meşə zolağı salınır. 

Heyvandarlıq kompleksi və fermaları ərazisi tərəfdən də onları qar, qum 

və tozdan təmizləmək üçün SQZ-da meşə zolağı salınır. Bundan başqa peyin 

saxlanan yerləri, təmizləyici qurğuları, kompost düzəldilən sahələri və şairəni 

heyvandarlıq  və  xidməti  məntəqələri,  yem  anbarından  ayırmaq  üçün  meşə 

zolaqları  həm  də,  ferma  və  komplekslərin  daxilində  salınır.  Bu  zolaqları 

saldıqda  ferma  və  komplekslərin  ərazisində  havanın  sirkulyasiyasının 

pozulmaması nəzərə alınmalıdır. 

Son  zamanlar  peyindən  istifadə  problemini  həll  etmək  məqsədilə 

heyvandarlığın  əkinçilikdən  ayrılması  və  onun  sənaye  əsasında  təsərrüfata 

keçirilməsi  məsələsi fikri  irəli sürülür. Belə olduqda, əkinçilik  heyvandarlıq 

üçün  yem  tədarükçüsü,  daha  doğrusu,  qiymətli  yemin  sənaye  istehsalçısı 

olmalıdır.  Bu  iki  sahə  arasında  əks  əlaqə  yoxdur,  bu  isə  maddələrin  təbii 

tsiklinin ekoloji balanslaşdırılmasmm pozulması deməkdir. 

14.4.

 

TƏBİİ OTLAQLARIN VƏZİYYƏTİ 

Quru səthinin onda bir hissəsini əkin sahələri tutur, lakin təbii otlaqların 

ərazisi əkin sahələrindən iki dəfə artıqdır. Otlaqlar əsasən ya quru əraziləri, ya 

çox dik yamacları, yaxud da əkinçilik üçün yararsız, münbit olmayan əraziləri 

tutur. Yer səthinin beşdə bir hissəsini tutan bu otlaq sahələrində 3,3 mlrd, baş 

iri  buynuzlu  mal-qara,  qoyun  və  keçi  otarıhr  (cədvəl  14.2).  Bu  gövşəyən 

heyvanlar mürəkkəb həzm sisteminə malik olub, kobud yemləri ətə və südə 

çevirməyə imkan yaradır. 

Mövcud  məlumatlara  əsasən  planetimizdə  180  mln  adam  öz  ev 

təsərrüfatında yaşayışını təmin etmək üçün mal-qara saxlayır. Bir sıra Afrika 

ölkələrinin  iqtisadiyyatı  maldarlıqdan  olduqca  asılı  olub,  əhalisini  həm 

ərzaqla,  həm  də  işlə  təmin  edir.  Yaxın  Şərq,  Mərkəzi  Asiya  (Monqolustan 

daxil olmaqla), şimal-qərbi Çin və Hindistanın bir çox rayonlarının əhalisi də, 

dünyada daha çoxlu miqdarda gövşəyən heyvanlar saxlayaraq,, onlardan süd, 

ət və yanacaq almaqla yanaşı, həm də çəkici iş qüvvəsi kimi istifadə edirlər. 

Dünyanın  digər  hissələrində  otlaqlardan  iribuynuzlu  mal-qara 

təsərrüfatları  altında  istifadə  olunur.  Avstraliyada  torpaqların  əksər  hissəsi 

otlaqlar altında olub, qoyunların miqdarı 117 mln təşkil edir. Bu, dünyada ən 

böyük  sürü  hesab  olunub,  hər  sakinə  altı  baş  qoyun  düşür.  Argentina, 

Braziliya,  Meksika  və  Uruqvayın  iqtisadiyyatı  əsasən  iribuynuzlu  mal-qara 

saxlamaq  istiqamətində  inkişaf  edir,  bunun  üçün  də  əsas  rasion  ot  sayılır. 

Şimali Amerikanın geniş düzlərində taxıl üçün yararsız sahələr də iri buynuzlu 

mal-qara üçün otlaq kimi istifadə olunur. 



313 


Gövşəyən heyvanlar insanlar üçün ət və süd verməklə yanaşı, həm də dəri 

və  yun  mənbəyidir.  Dəri  və  yun  məmulatlarının  istehsalı  milyonlarla 

insanların  yaşaması  üçün  gəlir  mənbəyi  sayılır.  Lakin  bu  sahələr  də  onlara 

xammal verən otlaqlardan asılıdır. 



Cədvəl 14.2 

Ölkələr üzrə gövşəyən ev heyvanlarının miqdarı 

(2000-ci il üçün), mln. baş 

Ölkə 


İri buynuzlu mal-qara və kəl 

Qoyun və keçijər 

Avstraliya 

26 


117 

Argentina 

55 

17 


Banqladeş 

24 


35 

Braziliya 

169 

31 


Böyük Britaniya 

11 


45 

Hindistan 

313 

181 


Çin 

127 


279 

Meksika 


30 

16 


Nigeriya 

20 


45 

Pakistan 

45 

72 


Rusiya 

28 


16 

ABŞ 


98 

Fransa 



20 

11 


Efiopiya 

35 


39 

Qalanlar 

509 

868 


Cəmi 

1510 

1780 

Mənbə: FAO, FAOSTAT Statistics Databuse,  updated 2 

may 2001 

Planetar miqyasda demək olar ki, otlaqların yarısı bu və ya digər dərəcədə 

deqradasiyaya məruz qalmışdır. ABŞ-ın Daxili İşlər Nazirliyinin dövlət torpaq 

idarəsi  üzrə  Bürosu  2000-ci  ildə  dövlət  otlaq  torpaqlarının  təftişini  həyata 

keçirdi.  Təftişin  nəticələri  göstərdi  ki,  təbii  otlaqların  yalnız  36%-i  yaxşı 

vəziyyətdədir,  qalanları  isə  orta  və  ya  pis  vəziyyətdədir.  Digər  regionların 

otlaqlarının vəziyyətinin pisləşməsi haqqında məlumat az olsa da. Afrikanın 

misalından  aydın  olur  ki,  mal-  qaranın  miqdarı  ilə  əhalinin  sayının  nisbəti 

uyğun gəlir. 1950-ci ildə 238 mln Afrika əhalisinin 273 mln baş ev mal-qarası 

olmuşdur.  2000-ci  ildə  isə  burada  794  mln  əhali  680  mln  ev  mal-qarasına 

malikdir.  Bu  konti-  nentdə  daima  taxılın  çatışmazlığı  hiss  olunur,  odur  ki, 

burada olan 230 mln baş iribuynuzlu mal-qara, 241 mln qoyun və 209 mln keçi 

seyrək 

314 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə