Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə122/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   118   119   120   121   122   123   124   125   ...   216

yay  otlaqları,  əsasən  dəniz  səviyyəsindən  1600-3000  m  (3200)  yüksəklikdə 

olan  dağlıq  ərazilərdə  yerləşmişdir.  Yaylaqlar  öz  coğrafi  mövqeyinə  görə 

meşənin yuxarı sərhədi ilə birləşir. Lakin antropogen amillərin təsiri (xüsusilə 

hədsiz  mal-qara  otarılması)  nəticəsində  meşənin  yuxarı  (iqlim)  sərhədinin 

aşağı salınması ilə əlaqədar geniş ərazilərdə meşənin yerində yaranan törəmə 

subalp çəmən və bozqırları da bura daxildir. 

Subalp çəmənliklərindən yalnız otlaq kimi deyil, həmçinin süni biçənək 

kimi  də  istifadə  olunur.  Subalp  çəmənliklərində  bitki  örtüyünün  botaniki 

tərkibinin əsasını taxıl fəsiləsinə aid olan çoxillik  bitkilər və qarışıq tərkibli 

müxtəlif çəmən otları təşkil edir. 

Subalp  çəmənliklərinin  bitki  örtüyü  alp  çəmənliklərinə  nisbətən  daha 

zəngin olub bitki qruplaşmalarının tərkibində 100-ə  yaxın bitki növü iştirak 

edir. Burada ala tonqalotu, qoyun topalı, yerəyatıq topal, bənövşəyi tonqalotu, 

acar  tonqalotu,  çəmən  tonqalotu,  yumşaq  süpürgə,  qır-  tıc,  müxtəlif  növ 

paxlalı bitkilər və başqa ot növlərinin qarışığı yayılmışdır. Dağlıq zonalarda 

yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə 

az  rast  gəlinir.  Yay  otlaqlarının  əsasını  təşkil  edən  subalp  və  alp 

çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki 

növü  vardır.  Onların  95%-ni  çoxillik,  az  hissəsini  isə  birillik  bitkilər  təşkil 

edir. 


Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf 

etdiyinə görə dağlıq zonada eroziya prosesinin qarşısını alır. 

Respublikamızın  yüksək  dağlıq  zonalarındakı  otlaqların  bitki  örtüyünü 

təşkil  edən  subalp  və  alp  çəmənliklərinin,  bozqırlarının  tərkibində  qırmızı 

çəmən  yoncası,  ağ  çəmən  yoncası,  çəhrayı  çəmən  yoncası,  aralıq  çəmən 

yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən və s. 

paxlalı  bitki  növləri  geniş  yayılmışdır.  Həmin  bitki  növlərinin  bəzilərinin 

yemlik əhəmiyyəti orta dərəcədədir. 

Yay  otlaqlarında  mal-qaranın  vaxtından  əvvəl  və  otlaq  dövründə 

sistemsiz və hədsiz otarılması, eyni köç yolu ilə aparılması yamaclarda çim və 

torpaq qatının pozulmasına, eroziya prosesinin güclənməsinə və sel axınları 

mənbələrinin yaranmasına səbəb olur. 

Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının əksər yerlərində 

mal-qaranın  sistemsiz  otarılması  nəticəsində  yay  otlaqları  başdan-  başa 

eroziya  prosesinə  məruz  qalaraq  maldarlığı  lazımi  səviyyədə  yemlə  təmin 

etmir və tamamilə istifadədən çıxaraq daşlı və ya bitkisiz sahəyə çevrilmişdir. 

Belə yerlərin ümumi sahəsi 257,1 min hektar olub, yay otlaqlarının 43,6%-ni 

təşkil edir. 

Alp  və  subalp  çəmən  və  çəmən-bozqır  zonasında  torpaqların  eroziya 

prosesinə məruz qalma dərəcəsi təbii-iqtisadi rayonlar üzrə 14.5 saylı cədvəldə 

verilir. 

318 



Cədvəl 14.5 

Azərbaycanın təbii-iqtisadi rayonlarında alp və subalp zonası 

torpaqlarının eroziyaya məruz qalması (min ha ilə) 

Təbii iqtisadi 

rayonlar 

Ümumi 


sahə, 

min ha 


Yuyulma dərəcəsi 

Digər 


tor 

paq 


lar 

Yuyul 


muş 

torpaq 


ların 

sahəsi 


Yuyulm

amış  I 


kateqori

ya 


Zəif 

yuyulm


uş II 

kateqori


ya 

Orta 


yuyulm

uş III 


kateqori

ya 


Şiddətli 

yuyulm


uş 

IV 


kateqori

ya 


Gəncə- 

Qazax 


116,6 

13,6 


34,2 

21,6 


45,3 

1,9 


101,1 

Şirvan 


71,6 

11,0 


12,4 

17,6 


20,6 

10,0 


50,6 

Mil- 


Qarabağ 

248,8 


81,3 

58,0 


43,5 

46,2 


19,9 

147,6 


Quba- 

Xaçmaz 


124,8 

43,9 


14,5 

21,2 


38,6 

6,5 


74,4 

Şəki- 


Zaqatala 

9,4 


11,5 

41,2 


20,3 

34,1 


2,3 

95,6 


Lənkəran 

66,8 


9,0 

11,0 


15,2 

22,9 


8,7 

49,1 


Abşeron 

16,5 


3,7 

3,5 


5,0 

3,5 


0,8 

12,0 


Dağlıq 

Qarabağ 


40,6 

9,8 


8,0 

8,4 


9,9 

4,4 


26,4 

Naxçıvan 

MR 

96,6 


12,2 

21,6 


23,2 

29,2 


10,4 

74,0 


Cəmi 

891,7 

196,0 

204,4 

380,4 

250,3 

64,9 

630,8 

Cədvəldən  göründüyü  kimi,  Azərbaycanın  alp  və  subalp  zonası 

torpaqlarının (yay otlaqları kateqoriyasına aid edilən və ondan kənarda qalmış 

sahələrlə  birlikdə)  70,7%-i  (630,8  min  hektar)  eroziya  prosesinə  məruz 

qalmışdır.  Bunun  22,9%  (204,4  min  ha)  zəif,  42,7%-i  (380,4  min  ha)  orta, 

28,1%-i (250,3 min ha) şiddətli dərəcədə yuyulmuş torpaqlardır. 

Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə 

çox  rəngarəngdir.  Bu,  hər  şeydən  əvvəl  respublikamızın  iqlim-torpaq 

şəraitinin  müxtəlifliyi  ilə  əlaqədardır.  Respublikamızın  qış  otlaqları  əsasən 

Kür-Araz  ovalığı  (Mil,  Muğan,  Şirvan,  Qarabağ,  Salyan  düzləri  və 

cənubi-Şirvan), Qobustan, Ceyrançöl, Ağyazı, Acıno- hur, Bozdağ, Xocaşen, 

Daşüz silsilələrində, cənubi Qarabağda (Gəyən, Çaxmaq bozqırları), Naxçıvan 

MR-da  isə  Böyükdüzdə,  dağ  ətəklərində,  Qarğabazarı  və  Arazətrafı 

çökəkliklərdə yerləşir. 

Qış  otlaqlarında  nisbətən  geniş  yayılmış  faydalı  bitkilər  birillik  taxıl 

otlarıdır.  Taxıllar  fəsiləsinə  mənsub  olan  bitkilər  həmişə  erkən  yazda  yaxşı 

inkişaf edib, yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən 

319 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə