lərin - heyvan peyini, bitki qalıqları çürüntüləri, kompost və biohumus, torpaq
soxulcanlarının fəaliyyəti məhsulları - vermikulturadan istifadə nəzərdə
tutulur. Bu pilot sahəsində resbublikada ilk dəfə ekoloji təmiz pomidorun
alınması nəzərdə tutulmuşdur.
Müəssisəyə xərclənmiş vəsaitin ümumi miqdarı 25 mln. manat təşkil edir.
Müəssisədə 2000 nəfərə qədər işçi çalışır. Nisbi xərc 12500 ma- nat/işçi təşkil
edir. İşçilərin orta maaşı 225 AZN (7.5 manat/gün) təşkil edir.
Kənd təsərrüfatı məhsullarının emalı və konservləşdirilməsi məqsədilə
Biləsuvarda şirkət tərəfindən “NGL Konserv Zavodu” istifadəyə verilmişdir.
Azərbaycanın cənub-qərb bölgəsinin ən büyük zavodu olan bu
kompleksdə, əsasən, 10 - 12 çeşiddə konserv məhsulları - yüksək keyfiyyətli
pomidot tomatı (pastası), bibər pastası, qablaşdırılmış yaşıl noxud və xiyar,
lobya konservləri və müxtəlif turşular hazırlanır. Zavodun layihə üzrə istehsal
gücü 21000 t/il-dir. 2010-cu ilin istehsal proqramı 12500 t/il nəzərdə
tutulmuşdur. İstehsalatda çalışan işçilərin sayı mövsümdən asılı olaraq 350 -
720 intervalmda dəyişir. Zavodda iş 3 növbəlidir. Müəssisədə çalışanların
böyük əksəriyyəti yerli sakinlər, rayon ərazisində yerləşən qaçqın və məcburi
köçkün şəhərciyindəndir. İşçilərin orta əmək haqqı 350 - 500 manat təşkil edir.
Zavod məhsulları “Bizim Tarla”, “Bostan”, “Savilla”, “Blenda”, “Final”,
“Super Sun” kimi brendlərlə plastik, şüşə və metal qablarda daxili və xarici
bazarlara çıxarılır. Şüşə qablar Ukraynadan alınır. Metal qablar isə “Azərsun
Holding” Şirkətlər Qrupunda istehsal edilir.
Zavod yaz-yay mövsümlərində yaxınlıqdakı əkin sahələrindən yığılmış
məhsulların emalı və konservləşdirilməsi ilə məşğul olur. Zavodun xüsusi
özəlliklərindən biri də sahədən yığılmış məhsulun demək olar ki, həmin
andaca emal edilməsidir. Analoji komplekslərdə yığılmış məhsul emal
müəssisinə günlər və həftələr ərzində çatdırılır.
Ümumi sahəsi 6 hektara yaxın olan zavod ərazisinin 15500 m^ sahəsi
qapalı, 40000 m- sahəsi isə açıq sahədən ibarətdir. Zavoddakı avadanlıqlar RF,
Bolqarıstan, Türkiyə, İtaliya və Almaniyadan gətirilmişdir. Bütün avadanlıqlar
müasir olmaqla bərabər Avropa İttifaqı Standartları çərçivəsindədir.
Zavoda 8.5 mln. manat vəsait qoyulmuşdur. Zavodun təsdiq edilmiş
layihə-smeta sənədlərinə görə burada 2 ədəd əlavə istehsal - meyvə şirələri və
dondurulmuş qida məhsulları sahələri də nəzərdə tutulmuşdur.
307
13.4.
QURUDULMÄNIN EKOLOJİ NƏTİCƏLƏRİ
Torpağın qurudulması kənd təsərrüfatı ilə bir zamanda meydana
gəlmişdir. Şimal dənizinə bitişik izafi rütubətlik rayonlarında qurutma sistemi
qurğularının tikilməsinə X əsrin əvvəlində başlanmışdır. XVI- XVII əsrlərdə
bu işlərə Avropanın digər regionlarında da başlanaraq, bataqlıqlar quruduldu,
çay, göl, həmçinin dənizkənarı düzənliklərdə suyun səviyyəsinin aşağı
salınması üzrə işlər yerinə yetirildi.
1810-cu ildə İngiltərədə yandırılmış gillərdə düzəldilən borucuqlarla
drenaj işləri başlandı. 1843-cü ildə dəyirmi drenaj boruların məngənə
maşınları ilə hazırlandıqdan sonra drenaj işləri Avstriya, Belçika, Almaniya,
Rusiya, ABŞ, Fransa və digər ölkələrdə geniş inkişaf etməyə
başlandı.Dünyada qurudulan torpaqların ümumi sahəsi 161 mln. ha və ya əkin
sahələri və çoxillik ağaclıqlarla birlikdə ərazinin 11%-dən çoxunu təşkil edir.
Avropada qurudulmuş torpaqlar kontinentin meliorasiya olunmuş ərazisinin
70%-nə bərabərdir. Bataqlıqların qurudulması və bataqlaşmış ərazilər ən çox
Böyük Britaniya, Macarıstan, İtaliya, Almaniya, Finlandiya, Fransa,
Yuqoslaviya, Misir, Marokko və Sudanda yayılmışdır. İstənilən quruducu
sistem hidrotexniki qurğuların kompleksi olub, onun köməyi ilə bataqlıq və
bataqlaşmış ərazilərin su-hava rejimi tənzimlənir.
Qurudulma işlərinin aşağıdakı əsas metodları və texnikasından istifadə
olunur:
—
atmosfer qidalanma tipində kiçik kanal sistemi, qapalı drenlər, dərin
şum və b. kanalların tikintisi ilə aparılır;
—
qrunt və qrunt-təzyiq tipində açıq kanallar, qapalı drenaj, şaquli
drenajdan istifadə edilir;
—
yamac tipində dağ kanallarının tikilişi, yamaclarda eroziyaya qarşı
tədbirlər həyata keçirilir;
—
yuyulma tipində bənd çəkmə, damba (torpaq bəndi), çay yatağının və
çay axınının nizamlanması (su anbarının tikilməsi, axının bir hissəsinin digər
hövzəyə keçirilməsi və s.).
Hər qurutma üsulu ilə müəyyən ekoloji istiqaməti və nəticələri ilə
səciyyələnir. Alimlərin fikrincə, düzgün yerinə yetirilən meliorasiya işləri
çayın axınına və ətraf mühitə əlverişli təsir göstərir.
B'ecərilən bitkilərin yüksək məhsuldarlığının təmin edilməsi üçün
meliorasiya işləri torpaq müxtəlifliyinin və təbii faktorların spesifik
xüsusiyyətləri nəzərə alınaraq yerinə yetirilməlidir.
Müəyyən edilmişdir ki, drenaj aparılan ərazilərdə kənd təsərrüfatı
bitkiləri yetişdirdikdə torpağın aşağı qatlarının kipliyi artır, drenaj suları ilə
birlikdə torpaqda qida maddələri (azot, fosfor, kalium) itirilir.
308
XIV
FƏSİL
HEYVANDARLIQ KOMPLEKSLƏRİ
VƏ TƏBİƏTİ MÜHAFİZƏ
14.1.
HEYVANDARLIQ TULLANTILARININ
ƏTRAF TƏBİİ MÜHİTƏ TƏSİRİ
Sənaye tipli heyvandarlıq kompleksləri və fermalarının yanında toplanan
peyin, səth və qrunt sularının nitratlarla və mikrob çirklənməsi ətraf mühitə
xüsusi təhlükə yaradır.
Məsələn, sənaye tipli südçülük fermalarında toplanan peyinin illik
miqdarı orta hesabla 1 min baş mal-qaraya orta hesabla 25,5 min ton təşkil
edir.
Ona görə də, heyvandırlıq komplekslərinin yerini müəyyənləşdirdikdə,
təbiəti mühafizə tələblərini nəzərə alaraq, peyin və istehsalat axmtıla- rından
istifadə imkanlarına əsaslanmalıdır. Bu zaman oroqrafik (geomorfoloji),
edafık, meteoroloji, hidroloji və hidrogeoloji faktorlar, meşənin mövcudluğu
və vəziyyəti, kənd təsərrüfatı sahələri (peyindən gübrə kimi istifadə edilməsi)
və seliteb ərazilər nəzərə alınır.
Qeyd etmək lazımdır ki, heyvandarlıq kompleksləri yerləşən rayonda
mikrob və ümumi çirklənmə dərəcəsi torpaq və qar örtüyünün təbii fonundan
8... 10 dəfə çox olur.
Qoyunçuluq fermalarına bitişik sahələrdə ot örtüyünün tərkibində çoxlu
miqdarda nitratlar (3575...7915 mq/kq) müşahidə olunur. Belə otlarla
qidalanan heyvanlar nitratlarla zəhərlənə bilər.
Mal-qara burdaq şəraitində saxlanıldıqda peyindən istifadə aşağıdakı
texnoloji sxemlər üzrə aparılır:
—
peyini bərk və maye fraksiyalara ayırmaqla çoxpilləli təmizləmə (bərk
fraksiyalar qalaqlara (ştabel) vurulur, maye fraksiyalar isə aero- tenklərə
yerləşdirilir, zərərsizləşdirmə və təmizlənmə üçün qurğulardan onlar
durulducu gölməçələrə və suvarılan əkinçilik sahələrinə ötürülür);
—
toplayıcı gölməçələr (prud) və peyin anbarlarının köməyi ilə axın-
tıların təmizlənməsi, hidroyuma zamanı tullantılar qəbuledicilərə və anbarlara
yönəldilir, orada maye qatlara ayrılır, zərərsizləşdirilir və süzdürülmə sahəsinə
və su hövzəsinə axıdılır, bərk faza isə kənd təsərrüfatı sahələrinə göndərilir;
—
tullantıların təbii su hövzələrində öz-özünə təmizlənməsi və istifadəsi,
bu zaman təmizləyici qurğulardan duruldulmuş (duru) maye top- layıcı
gölməçəyə (pruda), sonra isə su hövzəsinə axıdılır, çöküntü isə gübrə
hazırlanması üçün istifadə edilir;
309
Dostları ilə paylaş: |