otları didməklə yarpaq və zoğlarla qidalanır, mövcud ot örtüyü onların
yemlənməsi üçün iki dəfə azlıq edir.
İran Yaxın Şərqin ən sıx əhalili ölkəsi olub, 70 mln əhali yaşayır və
burada otlaqlar hədsiz yüklənir. Burada iri buynuzlu mal-qaranın sayı 8 mln
baş, qoyun və keçilərin sayı isə 81 mln baş hesablanır və onlar əfsanəvi xalça
toxuculuğunun mənbəyi (xammalı) hesab olunur. Lakin ölkədə qoyun və
keçilərin miqdarı insanın sayını keçdiyindən (insanlar əsasən qoyun əti ilə
qidalanır) otlaqlar mal-qaranı yemlə təmin edə bilmir və deqradasiyaya
uğrayır. Çində də belə problem mövcuddur, ölkənin şimal-qərbində 1978-ci
ilin iqtisadi reformasmdan sonra ev mal- qarasının miqdarı xeyli artmışdır və
hazırda onlar üçün otlaq çatışmır. Məsələn, Qonq vilayətində yerli otlaqlar
hesablamaya görə 3,7 mln qoyunu yemlə təmin etməyə qadirdir, lakin 1998-ci
ilin sonunda onların sayı 5,5 mln-a çatmışdır, bu isə otlaqların imkanından
xeyli çoxdur. Bunun nəticəsində ot örtüyü kasadlaşır, nəticədə otlaqlar səhraya
çevrilir.
Hazırda bütün inkişaf etməkdə olan ölkələrdə mal-qaranın yemə olan
tələbatı mövcud otlaqların dayanıqlı ehtiyatından yüksəkdir. Hindistanda
2000-ci il üçün lazım olan yemin miqdarı 700 mln ton olduğu halda, mövcud
otlaqlar yalnız 54() mln ton yem verməyə qadirdir. Hindistanın torpaqdan
istifadə Milli şurası xəbər verir ki, Radcastan və Karnataka ştatlarında yüksək
dərəcədə pozulmuş kənd təsərrüfatı sahələrində heyvandarlığın yemə olan
tələbatı yalnız 50-60% ödənilir, bu isə mal-qaranın məhsuldarlığını aşağı salır.
Otlaqlardan hədsiz istifadə edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi
iqtisadiyyata böyük ziyan vurur. Otlaqların deqradasiyasının (tapdanmasının)
ilk mərhələlərində torpağın məhsuldarlığının artırılmasına xərclər çoxalır.
Deqradasiya prosesləri davam etdirildikdə bitki örtüyü dağılır, bu isə torpağın
eroziyasına səbəb olaraq otlağı tam yararsız hala salır. Yerin quraqlıq
regionlarının BMT tərəfindən qiymətləndirilməsi göstərdi ki, otlaqların
deqradasiyası ilə əlaqədar mal- qaranın məhsuldarlığının aşağı düşməsi
nəticəsində 1990-cı ildə ümumi itkinin miqdarı 23 mlrd dolları keçmişdir
(cədvəl 14.3).
14.3
saylı cədvəldən göründüyü kimi otlaqların deqradasiyası ı cə- sində
heyvandarlığın məhsuldarlığının aşağı düşməsi ilə əlaqədar Afrikada illik itki
7,0 mlrd dollar təşkil edir. Otlaqların hədsiz otarılması ilə əlaqədar Afrika və
Asiyaya birlikdə dəyən ziyan bütün dünya iqtisadi itkisinin üçdə ikisini təşkil
edir.
1968-ci ildə Kaliforniya (Santa-Barbara) Universitetinin əməkdaşı
Qarrett Xardin (Garrett Hardin) Science məcmuəsində «Otlaqların faciəsi»
(«The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xar- dın ictimai
otlaqları misal gətirərək göstərir ki, yerli maldarlar otlaqdan
315
istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri ilə razılaşmadan sürüsünü
artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o,, sürüsünün sayını
çoxaldaraq əlavə gəlir əldə edir, otlağın gücdən düşməsi isə ona az təsir
göstərir. Lakin müəyyən vaxt keçdikdən sonra ictimai otlaqlarda heyvan
sürülərinin artması və hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman
maldarları fəlakət «yaxalayır».
Cədvəl 14.3
Dünyanın quraqlıq regionlarında otlaqların gücdən düşməsi
nəticəsində ev heyvanlarının məhsuldarlığının azalması ilə
əlaqədar iqtisadi itki
Kontinentlər
Məhsuldarlığın azalmasından itkinin miqdarı
(mlrd, doll)
Afrika
7,0
Asiya
8,3
Avstraliya
2,5
Avropa
0,6
Şimali Amerika
2,9
Cənubi Amerika
2,1
Cəmi
23,2
Otarma nəticəsində çəmən və bozqır qruplaşmalarının dəyişməsi otlaq
diqressiyası (deqradasiyası) adlanır. Heyvanın növündən, sayından, otarma
müddətindən asılı olaraq otlağa müxtəlif təsir göstərir.
Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə - bitkinin yeyilməsi və
dırnaqları ilə qırılması; torpaq rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı
adətən torpaq bərkiyir, cənub rayonlarında bu zaman kapilyarlar vasitəsilə
suyun səthə çıxaraq buxarlanması nəticəsində torpağın düzlaşması baş verir.
Qumlu torpaqlarda çim örtüyünün dağılması nəticəsində külək eroziyası
güclənir. Dağ yamaclarında torpağın bərki- məsi və ot örtüyünün dağılması
nəticəsində səthi və yarğan eroziyası baş verir. Bütün bu neqativ proseslər
otlaqlarda mal-qaranın sistemsiz və həddən artıq otarılması ilə əlaqədardır.
14.5.
AZƏRBAYCANDA OTLAQLARDAN İSTİFADƏNİN
EKOLOJİ PROBLEMLƏRİ
Respublikanın təbii yem bitkiləri yayılan əraziləri mövsümi istifadə
edilən yay-qış otlaqlarından, biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı
örüşlərdən ibarətdir. Bu kateqoriyadan olan torpaqlar öz hüquqi rejiminə görə
bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və
316
qış otlaqları dövlət mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa
və uzunmüddətli istifadəyə verilir. Biçənək və kəndətrafı örüşlər isə ümumi
istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.
Təbii yem sahələri 3396,4 min hektar olub, respublika ərazisinin
39,3%-ni təşkil edir. Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı
qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min hektarı isə kəndətrafı
örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə
14.4
saylı cədvəldə verilmişdir.
Cədvəl 14.4
Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi rayonlar
üzrə paylanması 'min ha)
Təbii-iqtisadi
rayonlar
Qış
otlaqlar
ı
Yay
otlaqları
Kəndə-
tafı örüşlər Biçənək
lər
Zonalar
üzrə cəmi
Gəncə-Qazax
272,9
86,1
223,2
30,6
612,8
Şirvan
218,8
58,9
209,6
7,9
495,2
Muğan-Salyan
233,8
-
99,4
0,8
334,0
Mil-Qarabağ
336,5
164,5
249,2
16,0
766,2
Quba-Xaçmaz
14,3
76,3
108,1
29,8
228,5
Şəki-Zaqatala
69,0
104,9
103,2
4,1
281,2
Lənkəran
10,6
21,1
72,6
16,1
120,4
Abşeron
230,5
10,0
58,5
1,0
300,0
Dağlıq Qarabağ
2,4
31,1
69,2
4,6
107,3
Naxçıvan
71,2
36,6
40,5
2,5
150,8
Cəmi
1460
589,5
1233,5
113,4
3396,4
Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min
hektar olub, bu təbii yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan
yetirmədən və özünün bərpa olunma imkanını saxlamaqla optimal ölçülərdə 2
milyon baş heyvanı yem ilə təmin etmək imkanmda- dır. Otlaqlarımızın bir
qismi erməni işğalçılarının müvəqqəti olaraq nəzarəti altında olması və
respublikamızda 8 milyona yaxın iri və kiçik buynuzlu heyvanın mövcudluğu
yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. Təbii yem
sahələrində hədsiz otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar
müdaxilələrə daha həssas olan Azərbaycanın alp və subalp çəmən və
çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır. Torpağın eroziyası və
bitki örtüyünün deqradasiyası bəzi regionlarda son onillikdə daha da
sürətlənmiş və otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.
Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada
heyvandarlığın inkişaf etməsində yem bazası olmaqla yanaşı, həm də böyük
sutənzimedici və torpaqqoruyucu funksiya daşıyır. Azərbaycanın
317