Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə124/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   120   121   122   123   124   125   126   127   ...   216

qlaşmış və su altında qalan (201 min ha) ərazinin 744 min hektarında səthi və 

234 min hektarında isə əsaslı yaxşılaşdırma tədbirləri aparılmalıdır; 

5.

 

Otlaq və biçənəklərin bioloji məhsuldarlığını yüksəltmək məqsədilə ot 



örtüyünün  botaniki  tərkibi,  torpağın  fıziki-kimyəvi  xüsusiyyətləri  nəzərə 

alınmaqla gübrələmə işlərinin aparılması vacibdir. Üzvi gübrələrin 5 ildən bir 

(hər hektara orta hesabla 20 ton  qurumuş peyin), mineral  gübrələrin isə 2-3 

ildən bir (hər hektara fiziki çəkidə orta hesabla 1-2 sentner ammonium şorası, 

2-2,5 sentner superfosfat, 1-15 sentner kali- um-xlorid) verilməsi məsləhədir; 

6.

 



Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi 

yaxşılaşdırma zamanı otlaqların hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq 

yonca  toxumu,  18-30  kq  isə  taxıl  fəsiləsinə  mənsub  olan  ot  növləri 

toxumlarının səpilməsi həyata keçirilməlidir; 

7.

 

Respublikanın regionlarında əkmə (mədəni) otlaqların  yaradılması və 



mövcud  olanların  intensivləşdirilməsi  və  genişləndirilməsi  istiqamətində 

tədbirlər görülməli, bu zaman müasir texnologiyalara üstünlük verilməlidir; 

8.

 

Son illər otlaq və biçənək sahələrində baş vermiş dəyişiklikləri nəzərə 



alaraq  yem  sahələrinin  torpaq  örtüyü,  geobotaniki  tərkibi,  yem  vahidi  və 

otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı xəritələşdirilməsi 

həyata keçirilməli, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti və baş hesabı 

ilə yükü nəzərə alınmaqla yem vahidi xəritələri tərtib edilrriəlidir. 



323 


XV

 

FƏSİL 

MEXANİKLƏŞDİRMƏNİN EKOLOJİ 

PROBLEMLƏRİ 

Energetika,  texnologiya,  kənd  təsərrüfatı  və  digər  maşınları  yaradaraq, 

insan texnikanın köməyi ilə əməyini yüngülləşdirir, lakin bu zaman o, özünü 

elə bil ki, təbiətdən uzaqlaşdırır. Odur ki, insanın təbiətlə qarşılıqlı təsiri ilə 

texnikanın rolu artdıqca tətbiq olunan texniki vəsaitlərin və bütün istehsalatın 

ekologiyalaşdırılması  məsələsi  daha  böyük  aktuallıq  daşıyır.  Kənd 

təsərrüfatında texnikanın geniş miqyasda istifadəsi əməyin məhsuldarlığını və 

effektliyini  artırır,  lakin  o,  mənfi  nəticələrlə  də  qarşılaşır,  onların  aradan 

qaldırılması 

və 


minimuma 

endirilməsi 

aqrar 

sektorun 



«ekologiyalaşdırılmasmın» ən vacib məsələlərindən biri sayılır. 

A.B.Levin  və  D.N.Murusidze  (1989)  mexanikləşdirmə  vasitələrinin 

istifadəsi  və  onunla  əlaqədar  baş  verən  mənfi  nəticələrin  aşağıdakı  təxmini 

siyahısını hazırlamışlar. 

I.

 

Mobil energetik vasitələrindən istifadə edilməsi (avtomobil, traktorlar, 



özüyeriyən (avtomatik hərəkət edən kənd təsərrüfatı maşınları): 1 - atmosferin 

kimyəvi,  mexaniki  və  akustik  çirklənməsi;  2  -  ətraf  mühitin  maye  neft 

məhsulları ilə çirklənməsi; 3 -təzyiq, dinamiki təsir və vibra- siya nəticəsində 

torpağa sıxlaşdırıcı və dağıdıcı təsir. 

II.

 

Torpağın  becərilməsi:  1  -  su,  külək  və  texniki  eroziyanın  inkişafı; 



2-kotanın özülünün (izlərinin) əmələ gəlməsi və onunla əlaqədar nəticələr; 3 - 

torpağın bərkiməsi nəticəsində dartı qüvvəsinin artması. 

III.

 

Mineral üzvi gübrələrin verilməsi, bitkinin mühafizəsi: 1 - suyun və 



torpağın kimyəvi maddələrlə və xəstəliktörədən orqanizmlərlə çirklənməsi; 2 - 

pestisidlərin canlı orqanizmlərə və bütövlükdə ekoloji sistemə mənfi təsiri. 

IV.

 

Kökmeyvəlilərin və kökyumrulu meyvəlilərin becərilməsi və yığımı: 



1- eroziyanın inkişafı, torpağın münbit qatının bərkiməsi; 2 - tarladan kifayət 

qədər təmizlənmiş meyvəköklərlə və kökyumrularla torpağın aparılması; 3  - 

kartof  yumrusunun  və  meyvə  köklərin  zədələnməsi  və  onunla  əlaqədar 

saxlanıldıqda məhsulun itirilməsi. 

V.

 

Taxılın və yem bitkilərinin toplanması: - taxılın miqdarca itirilməsi 



-  zərərvericilərin  qidalanması  üçün  şəraitin  yaranması;  2  -  nəqliyyat 

vasitələrinə yükləmə və daşıma zamanı yaşıl kütlənin itirilməsi; 3 - keyfiyyət 

itkisi  -  toxumların  parçalanması  və  zədələnməsi;  4  -  məhsul  yığımı 

aqreqatlarının hərəkəti zamanı otçalan maşının bıçaqları  altında heyvanların 

məhv olması. 

VI.


 

Taxıl dənlərinin və digər toxumların qurudulması, təmizlənməsi, 



324 


çeşidləşdirilməsi və saxlanması. Ot ununun alınması: 1 - qurutma prosesində 

ətraf  mühitin  odluq  qazları  ilə  çirklənməsi;  2  -  keyfiyyətsiz  təmizləmə 

nəticəsində kifayət qədər təmizlənmiş səpin materialının əldə olunmaması və 

bununla  əlaqədar  səpinlərin  zibillənməsinin  artması  (məs.  alaqlarda);  3  - 

saxlama zamanı dən və toxumların zədələnməsi. 

VII.


 

Maşın  -  traktor  parkının  istismarı.  Aşağıdakı  göstərilənlər 

nəticəsində ətraf mühitin çirklənməsi və onun komponentlərinə dağıdıcı təsir: 

1  -  İri  kütləli  və  yüksək  sürətli  hərəkətli  enerji  daşıyan  maşınlardan  istifadə 

edilməsi;  2  -  uyğun  avadanlıqlar  və  xüsusi  meydançaların  yoxluğu  şəraitdə 

texniki  xidmətin  aparılması;  4  -  dizel  avtomobilləri  və  traktorlarının 

saxlanması  üçün  isti  yerin  (binanın)  olmaması;  5  -  kənd  təsərrüfatı 

maşınlarının  karroziyası  və  hesabdan  silinmiş  texnikanın  vaxtında  təhvil 

verilməməsi sayəsində ətraf mühitin çirklənməsi. 

VIII.


 

Meliorasiya: 1- Qurudulma - torpağın münbit qatının dağıdılması, 

qrunt suyunun səviyyəsinin aşağı düşməsi, təbii ekosistemin dağıdılması; 2 - 

Suvarma  -  hədsiz  rütubətlənmə,  bataqlaşma  və  torpağın  şorlaşması;  qrunt 

suyunun  səthə  yaxınlaşması;  süni  yağışyağdıran  yüksək  intensivli  yağışlar 

zamanı və torpağın duzlardan yuyulması ilə əlaqədar torpağın münbit qatının 

dağılması. 

IX.


 

Heyvandarlıqda  istehsalat  proseslərinin  mexanikləşdirilməsi:  1  - 

peyinlə  ətraf  mühitin  çirklənməsi  və  xəstəliklə  yoluxdurulması;  2  -  sağım 

cihazlarının  və  süd  avadanlıqlarının,  həmçinin  meyvəli  köklərin  və  yum- 

ruluköklərin  yuyulması  zamanı  ətraf  mühitin  çirklənməsi;  3  -  heyvanların 

həyat  fəaliyyəti və peyinin  parçalanması  (çürüməsi) prosesində əmələ  gələn 

qazlarla,  həmçinin  binanın  ventilyasiyası  zamanı  yaranan  toz  və 

mikroorqanizmlərlə hava hövzəsinin çirklənməsi. 

Yuxarıda  göstərilən  siyahı  ayrılmış  hər  bir  blok  üzrə  vacib  kompleks 

təbiəti  mühafizə  tədbirlərinin  vaxtında  və  kifayət  qədər  məqsədyönlü 

formalaşmasına  zəmin  yaradır.  Maşınların  tarlada  dəfələrlə  hərəkəti 

nəticəsində  torpağın  hədsiz  bərkiməsi  baş  verir,  bərkimə  100  sm  dərinliyə 

qədər  müşahidə  olunur,  maşının  «izləri»  isə  tarlanın  80%-ni  örtür.  Ağır 

texnikanın təsiri nəticəsində torpağın kipliyi 20...40% artır. 

Maşınların  və  torpaqbecərən  aqreqatların  hərəkət  sisteminin  və  işçi 

orqanlarının  torpağa  (şuma)  mənfi  təsirləri  bunlardır;  torpaq  mikroor- 

qanizmlərin aktivliyinin sıxışdırılması, torpağın kipliyinin həddən çox artması 

və strukturunun pozulması, əzilmiş torpağın su və külək tərəfindən aparılması, 

yəni torpağın maşın deqradasiyası. 

Torpağın  kipliyinin  hədsiz  dərəcədə  artması  onun  ovulmasmı  (xırda 

aqreqatlara  ayrılmasını)  pisləşdirir,  şum  qatı  kəltənli  olur,  bu  isə  səpilən 

toxumların qeyri-bərabər paylanmasına səbəb olur, cücərmə qabiliyyəti aşağı 

düşür, nəticədə məhsul tam yığılmır. 

325 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə