Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə123/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   119   120   121   122   123   124   125   126   ...   216

qış otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl 

otları nisbətən az olur. Onların əvəzində taxıllara aid olmayan bəzi birillik ot 

bitkiləri  çoxluq  təşkil  edir  və  qiymətli  yem  hesab  olunur.  Birillik  taxıl 

otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bo- zağı, düzəkli 

bozaq,  üçdüyməli  buğdayıot,  yapon  tonqalotu,  sürüpgəvari  tonqalotu, 

irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək və- ləmir və s. qış 

otlaqlarında  daha  geniş  yayılrmşdır.  Birilliklərdən  başqa  gövdələrinin  əsas 

hissəsi soğanaqh olan çoxillik taxıl otlarının da qış otlaqlarının ot örtüyünün 

yaranmasında  böyük  əhəmiyyəti  vardır.  Məsələn,  sıx  qırtıc,  sinay  qırtıcı, 

soğanaqh qırtıc və s. bu cür ot bitkilərindəndir. 

Yovşanh otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış 

otlaqlarının  ot  örtüyünün  əmələ  gəlməsində  böyük  əhəmiyyət  kəsb  edir. 

Paxlalılar  fəsiləsindən  olan  yonca  və  xaşanın  bir  neçə  növ  və 

növmüxtəliflikləri də, bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki 

hesab olunur. 

Səhra  bitki  qrupu  əsasən  Kür-Araz  ovalığının  qış  otlaqlarında  inkişaf 

etmişdir. Bu otlaqların bitki örtüyü olduqca kasıb olub, botaniki tərkibi əsasən 

kolluq,  yarımkolluq  və  vegetasiya  dövrü  qısa  olan  birillik  ot  bitkilərindən 

ibarətdir. 

Şoran  səhralarda  qarışıq  örtük  əmələ  gətirən  şoran,  xəzər  şahsevdisi, 

sarıbaş kolları, çərən, öldürgən və s. kolluqlar və efemer bitkiləri inkişaf edir. 

Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil edən 

qış otlaqları da geniş yayılmışdır. 

Respublikamızın  qış  otlaqlarında  səhra  tipli  bitki  örtüyünə  nisbətən 

yarımsəhra tipli bitki örtüyü daha geniş yer tutur. Onlar inkişaf tərzinə, həyat 

şəraitinə,  botaniki  quruluşuna,  kimyəvi  tərkibinə,  bioloji  və  təsərrüfat 

xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün yemlik 

keyfiyyəti də müxtəlif olur. Bir qayda olaraq yarımsəhra tipli otlaqların əsas 

yem  fondu  efemerlər  sayılır.  Onlar  yaxşı  inkişaf  edib  otlaqlarda  sıx  bitki 

örtüyü əmələ gətirir, torpağın səthinin 80-90%-ə qə- dəri bitki ilə örtülür. Bu 

cür  sahələrdən  təkcə  otlaq,  örüş  kimi  deyil,  həmçinin  təbii  biçənək  kimi  də 

istifadə edilir. Yovşanh, göyüllü- yovşanh, qaratikanh-yovşanlı yarımsəhralar 

qış otlaqlarında daha geniş yer tutur. Bunların arasında yovşanh yarımsəhralar 

daha  geniş  yayıl-  nuşdır.  Respublikamızın  qış  otlaqlarında  quru  bozqır 

sahələrin bitki örtüyü də mühüm əhəmiyyət kəsb edir. Belə otlaqlar yarımsəhra 

ot örtüyündən çoxillik taxıl otlarının nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir. 

Məsələn,  ağot,  ayrıq,  şiyav,  topalotu  və  s.  bitkilərin  əmələ  gətirdikləri 

çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru 

bozqır şəklini alır. Belə bozqır sahələr qış otlaqlarının yem balansında mühüm 

rol oynayır. 



320 


 

 

 



Qudyalçay hövzəsində. Xınalıq kəndi ətrafında otlaq eroziyası. 

321 


Naxçıvan,  Qobustan  və  Bozqır  yaylasında,  Dağlıq  Qarabağın  dağətəyi 

hissəsində  və  digər  yerlərdə  yerləşən  quru  bozqır  otlaq  sahələrində  inkişaf 

etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşanto- palı, tonqalotu, 

daraqotu,  nazikbaldır,  tüklüayrıq,  qırtıc,  buğdayıot,  qu-  ramit  və  s.  ot 

növləridir.  Onlar  yüksək  yemlik  əhəmiyyətinə  malik  olub,  bozqır  otlaq 

sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın əvvəllərində 

sürətlə  böyüyüb  inkişaf  edən  bu  bitkilər  otlaqların  yemlik  keyfiyyətinə  və 

ümumi məhsuldarlığına müsbət təsir göstərir. 

Quru  bozqır  bitki  örtüyünə  malik  olan  otlaqlar  yovşanlı-ağot,  yov- 

şanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-topalotu tiplərinə ayrılır. 

Azərbaycanın  qış  otlaqlarmdakı  səhra,  yarımsəhra  və  bozqır  bitki 

qruplarından  başqa  bəzi  yerlərdə  ayrı-ayrı  talalar  şəklində  bataqlıq,  çala  və 

çəmən bitki qruplarına da rast gəlinir. 

Araşdırmalar  göstərir  ki,  respublikamızın  qış  otlaqlarında  (Qobustan, 

Ceyrançöl,  Bozdağ,  Acmohur)  və  biçənək  sahələrində  eroziya  prosesləri  ilə 

yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların deqradasiyasını 

sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, 

bataqlaşma və subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq 

şumlanmış və yaşayış yerlərinə çevrilmişdir. Bütövlükdə yem sahələrinin 978 

min hektarının əsaslı  yaxşılaşdırma,  meliorasiya və digər tədbirlərə  ehtiyacı 

vardır. Bununla yanaşı, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin 

aşağıdakı ekoloji problemlərinə daha geniş aspektdə baxılması tələb olunur: 

1.

 

Yem  sahələri  təyinatı  üzrə  istifadə  edilməli,  quzuları  və  boğaz 



heyvanları yaşıl yemlə təmin etmək məqsədilə qış otlağının ümumi sahəsinin 3 

faizdən  çox  olmayan  hissəsində  yaşıl  yem  üçün  olan  əkini  çıxmaqla,  qalan 

ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir; 

2.

 



Köç  yolları  və  mal-qara  düşərgələri  təyinatı  üzrə  istifadə  edilməli, 

yataqlar və otlaqlararası xüsusi yollardan istifadəyə lazımsız yol və cığırların 

salınmasına və otlaqlarda iribuynuzlu  mal-qaranın sürü halında otarılmasma 

yol  verilməməlidir.  Otarılma  norması  hər  hektara  5-6  baş  heyvanla 

məhdudlaşmalıdır; 

3.

 



Yay  və  qış  otlaqlarında  ərazinin  relyef,  iqlim,  bitki  örtüyünün 

vəziyyətini,  ilin  əlverişli  (yağıntılı)  və  ya  əlverişsiz  (quraq)  olmasını  nəzərə 

almaqla  otarma  normalarına  ciddi  əməl  olunmalı,  eroziya  prosesinin  güclü 

getdiyi  və  yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma 

məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır; 

4.

 



Yay və qış otlaq sahələrində ot örtüyünün keyfiyyətini yüksəltmək və 

botaniki tərkibini qiymətli  yem bitkiləri hesabına 1 hektarın məhsuldarlığını 

5-6  sentnerə  çatdırmaq  məqsədilə  eroziyaya  məruz  qalmış  (663  min  ha)  və 

meliorasiya tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış, bata- 



322 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə