Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə115/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   111   112   113   114   115   116   117   118   ...   216

olaraq,  drenlərə  paralel  3-5  zolağa  bölünür.  Mərkəz  hissədə  eni  100, 

kənarlarda isə 50 metrlik zolaqlar ayrılır. Yuma əvvəlcə mərkəz zolağın suya 

basdırılması ilə başlayır, ikinci mərhələdə orta, üçüncüdə isə kənar zolaqlar 

suya basdırılmaqla davam etdirilir. 

Fasiləli yuma texnologiyasında sahə ümumi qaydada yumaya hazırlanır. 

Ləklər suya basdırılaraq suyun səthdən hopması və qrunt suları səviyyəsinin 

1,5-2,0  m  dərinliyinə  düşməsinədək  fasilə  verilir.  Bundan  sonra  sahəyə 

yenidən su verilir, bu qayda ilə yuma hesabat norması verilib qurtarana kimi 

davam etdirilir. 

Hər iki üsulun tətbiqi nəticəsində yuma suyunun artıq məsrəfinin qarşısı 

alınır,  sahə  barəbar  səviyyədə  duzlardan  təmizlənir,  yumanın  səmərəliliyi 

yüksək olur. 



2.

 

Ağır qranulometrik tərkibli, zəif su sızdırma qabiliyyətli, xlorlu- 

sulfatlı və sulfatlı neytral  şorlaşma növlü torpaqlar.  Bu torpaqlar əsasən 

Qarabağın  şimal-qərbində  (Yevlax,  Tərtər,  qismən  Bərdə  rayonları).  Kür 

sahili zona istisna olmaqla Şirvan düzündə (Ağdaş, Göyçay, Ucar, Kürdəmir, 

Hacıqabul,  Ağsu  rayonları)  və  cənubi  Muğanda  (Biləsuvar  və  Cəlilabad 

rayonları) yayılmışdır. 

Zəif  su  sızdırma  qabiliyyətli  ağır  torpaqlarda  zəif  su  hopdurma, 

struktursuzluq, qaysaqbağlama, suyu və duzu özündən çətinliklə vermək və s. 

kimi  səciyyəvi  xüsusiyyətlər  mövcuddur.  Bu  xüsusiyyətlərin  olması  həmin 

torpaqların meliorasiyasını xeyli çətinləşdirir; lazım olan suyun verilməsi və 

torpaqdan  duzların  yuyulub  kənar  edilməsi  çox  vaxt  tələb  edir.  Ağır 

qranulometrik  tərkibli  şorlaşmış  torpaqların  kənd  təsərrüfatı  bitkiləri  üçün 

istifadəyə  yararlı  hala  salınmasında,  yüngül  torpaqlardan  fərqli  olaraq,  bu 

şəraitdə əlavə meliorativ tədbirlərin tətbiqi lazım gəlir. Torpaqların susızdırma 

qabiliyyəti,  zəif  sukeçirən  qatın  qalınlığı  və  yerləşməsi,  yuma  normasının 

həcmi və s. əlamətlərindən asılı olaraq ikinci qrup torpaqlarda əsaslı yumalar 

aşağıdakı texnologiyalarla aparılır: 

 

süzülmə əmsalı 0,10-0,30 m/sut, hesabat yuma normasının həcmi 10 



min  mVha-  qədər  olan  torpaqlarda  əsaslı  yuma  adi  qaydada  -  yuma  suyunu 

ləklərə verməklə aparılmalıdır; 

 

süzülmə  əmsalı  0,10-0,30  m/sut,  hesabat  yuma  normasının  həcmi 



10-30 min mVha olan torpaqlarda əsaslı yuma əlavə tədbir olaraq, müvəqqəti 

dayaz drenlər tətbiq etməklə aparılır; 

 

süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən 



dərinliyi 0,6-0,7 m-dən az, hesabat yuma normasının həcmi 10 min mVha-dan 

az  olan  halda  əsaslı  yuma  qabaqcadan  dərindən  yumşaldılmış  torpaqda  adi 

qaydada aparılır; 

 



süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən 

dərinliyi 0,6-0,7 m-dən çox olan halda, yuma normasının həcmin- 



298 


don  asılı  olmayaraq  dərin  yumşaltma  aparılır  və  müvəqqəti  dayaz  dren-  lər 

tətbiq edilir; 

 

süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən 



dərinliyi  0,6-0,7  m-dən  az,  yuma  normasının  həcmi  10-30  min  m-Vha  olan 

halda da dərin yumşaltma aparılır və müvəqqəti dayaz drenlər tətbiq olunur; 

 

süzülmə  əmsalı  0,05  m/sutkadan  az,  zəif  su  keçirən  qatın  yerin 



səthindən dərinliyi 0,6-0,7 m-dən çox olan halda dərin yumşaltma aparılması 

və  müvəqqəti  dayaz  drenlər  tətbiq  edilməsi  ilə  yanaşı,  torpaqlara  kimyəvi 

meliorantlər verilməklə, yaxud da daimi elektrik cərəyanı tətbiq etməklə yuma 

aparılır; 

 

duzların başlıca olaraq torpağın üst qatında yerləşdiyi, aşağı qatların az 



duzlu  və  qrunt  sularının  zəif  minerallaşma  dərəcəsinə  malik  olduğu  halda, 

dərindən  yumşaldılmış  torpaqda  dərin  şırımlar  tətbiq  etməklə  üfıqi  yuma 

həyata keçirilir. 

Yuxarıda qeyd olunmuş parametrlərin konkret qiymətlərindən asılı olaraq 

tətbiq olunan tədbirlərin ölçüləri (dayaz drenlərin arasındakı məsafə, şırımların 

dərinliyi, uzunluğu, torpağın hansı dərinlikdə yumşaldılması və s.) müəyyən 

edilir. 

Təklif  olunan  əsaslı  yuma  texnologiyasının  tətbiqi  şorlaşmış  torpaqları 

bir-iki yuma mövsümündə yararlı hala salmağa və onların kənd təsərrüfatında 

istifadəyə verilməsinə tam zəmin yaradır. 



3.

 

Ağır  qranulometrik  tərkibli,  zəif  sızdırma  qabiliyyətli,  duz 

tərkibində  sodanın  iştirak  etdiyi  şorlaşmış  və  şorakətləşmiş  torpaqlar. 

Qarabağ  və  Mil  düzündə  (Bərdə,  Ağcabədi,  Beyləqan  və  İmişli  rayonları 

ərazilərində) yerləşmiş bu torpaqlarda adi yuma üsulları səmərə vermir. Odur 

ki, bu torpaqlarda əsaslı yumalar 2-ci qrup torpaqlarda tövsiyə olunan yuma 

texnologiyası ilə aparılmaqla yanaşı, həm də, kimyəvi meliorantların tətbiqi də 

nəzərdə tutulmalıdır. 

Respublikanın suvarılan ərazilərində kənd təsərrüfatı bitkilərindən yüksək 

və  sabit  məhsul  götürülməsinə  mənfi  təsir  edən  amillərdən  biri  də 



şorakətlikdir.  Şorakətləşmə  respublikamızın  torpaqlarının  ekologiyasında 

fəal  rol  oynadığı  üçün  bizim  tərəfimizdən  qismən  müstəqil  ekoloji  problem 

kimi götürülmüşdür. Şorakət torpaqların kənd təsərrüfatı bitkilərinin inkişafına 

və  məhsuldarlığına  mənfi  təsiri  torpaq  məhlulunda  olan  sodanın  və  uducu 

kompleksdə  natrium  və  maqnezium  kationları-  nın  olması  ilə  əlaqədardır. 

V.A.Kovda (1946) udulmuş natriumun bitkilərə təsirini belə təsvir etmişdir: 

a. Mübadiləli natriumun miqdarı udma tutumunun 3-5%-i qədər olduqda, 

onun kənd təsərrüfatı bitkilərinin inkişafına təsiri olmur və əksinə müsbət təsir 

göstərir; 

299 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə