Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə96/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   92   93   94   95   96   97   98   99   ...   216

yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün 

deyildir.  Təsərrüfatda  kifayət  qədər  üzvi  gübrələrdən  istifadə  edildikdə 

torpaqda  humusun  balansı  müsbət  ola  bilər.  Lakin  mineral  gübrələrdən 

istifadə  etmədən  torpaqda  fosfor  və  kaliumun  balansını  təmin  etmək 

qeyri-mümkündür.  Üzvi  və  mineral  gübrələrin  bitkiyə  və  torpağa  təsiri 

müxtəlifdir.  Mineral  gübrələrdən  (xüsusilə  azot,  qismən  kalium  gübrələri) 

qida  maddələri  bitkilər  tərəfindən  gübrə  veriləndən  sonra  demək  olar  ki, 

dərhal  maksimum,  üzvi  gübrələrdən  isə  üzvi  maddələrin  minerallaşması 

prosesində  tədricən  istifadə  olunur.  Odur  ki,  lazım  gəldikdə  bitkinin 

qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən 

torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm 

də  torpağı  humusla  zənginləşdirir,  onun  fıziki-  kimyəvi  xassələrini 

yaxşılaşdırır,  torpaq  mikroflorasının  aktivliyini  artırır.  Üzvi  və  mineral 

gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda ayrılıqda verilməsi ilə 

müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur. Yalnız 

üzvi-mineral gübrə sisteminin digər aqrotexniki və bioloji üsullarla birlikdə 

tətbiqi  torpağın  münbitliyinin  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının 

yüksəldilməsi,  məhsulun  keyfiyyətinin  nizama  salınması  və  ətraf  mühitə 

mənfi təsirin minimuma endirilməsi üçün etibarlı əsas yaradır. 



12.1.4.

 

Gübrələrin verilmə üsulları 

Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində 

ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və 

üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir. 

Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və 

səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir. 

Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar 

bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və 

ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək 

üçündür.  Buna  görə  səpindən  əvvəl  gübrələməyə  əsas  gübrələmə  deyilir. 

Kotanla  basdırılan  gübrə  torpağın  dərin,  daha  çox  rütubətli  qatına  düşür və 

buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli 

istifadə  edir.  Səpindən  əvvəl  gübrələr,  torpağın  becərilmə  sistemindən  asılı 

olaraq,  müxtəlif  vaxtlarda  verilə  bilər.  Əgər  torpaq  payızda  dərin  becərilib 

yazda yahnz səpinqabağı kul- tivasiya edilərsə, gübrələr dondurma şum altına 

verilir. 

Səpin  vaxtı  gübrələrin  cərgələrə  və  ya  çalacıqlara  verilməsi  əsasən 

bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu 

üsulla  gübrələr  kiçik  doza  ilə  verilir.  Bitkilər  ilk  inkişaf  fazasında  əlverişli 

olmayan şəraitə, o cümlədən qida elementlərinin çatışmazlığına 



254 


xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və 

ya  çalacıqlara  verilməsi  cavan  bitkilərin  qidalanması  üçün  əlverişli  şərait 

yaradır;  bunun  nəticəsində  bitkilər  sürətlə  inkişaf  edir  və  əlverişli  olmayan 

şəraitə,  məsələn,  rütubətin  müvəqqəti  çatışmazlığına,  ziyanvericilər  və 

xəstəliklərdən  zədələnməyə  dözümlü  olur,  həm  də,  sonra  alaq  otları  ilə 

asanlıqla mübarizə apara bilirlər. 

Yüksək  məhsul  götürmək  və  onun  keyfiyyətini  yaxşılaşdırmaq  işində 

əlavə  gübrələnməyin  (səpindən  sonra)  böyük  əhəmiyyəti  var.  Bu  üsul 

bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə 

imkan verir. 

Payızlıq bitkilərə erkən yazda əlavə gübrənin verilməsi hər yerdə yüksək 

səmərəli  olur.  Xüsusilə  pambıq,  şəkər  çuğunduru  və  kartof  kimi  cərgəarası 

becərilən  bitkilərin  əlavə  gübrələnməsi  geniş  yayılmışdır.  Əlavə  gübrəni 

təyyarə ilə dağınıq səpələyərək səpin maşını ilə (payızlıq bitkilərə, kətana) və 

ya  cərgəarası  becərilən  bitkilərə  qulluq  edəndə  cərgələrə  verilir.  Sonuncu 

halda  gübrələri  bitki  qidalandıran  maşınlara  və  ya  cərgəarası  becərmə 

alətlərinə  quraşdırılan  xüsusi  vasitələrlə  verirlər.  Əlavə  gübrələmə  zamanı 

gübrələri quru halda və ya məhlul şəklində verirlər. 



12.1.5.

 

Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri 

V.A.Kovda  (1978)  bir  sıra  kimyəvi  birləşmələrin,  elementlərin  və  ağır 

metalların  müxtəlif  xəstəliklərlə  əlaqəsi  olması  haqqında  məlumat  verir. 

Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat formalarının 

ərzaq  məhsullarında,  yemdə  və  suda  toplanması  baş  verir,  o  da  insan 

orqanizminə  keçərək  bəzi  xəstəliklərin  yaranmasına  səbəb  olur 

(Ə.Güləhmədov, M.P.Babayev, F.Z.Axundov, 1988; Z.R.Mövsü- mov, 1994). 

Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan oraqnizmi və ətraf 

mühit üçün daha ağır fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz 

və  su  ilə  qəbul  edilmiş  nitratlarm  80%-nin  insan  orqanizmindən  xaric 

edilməsinə  baxmayaraq  onun  mədə-bağırsaq  sistemində  qalan  hissəsi  bəzi 

mikroorqanizmlərin və fermentlərin təsiri ilə daha yüksək toksiki maddəyə - 

nitritə çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-20 qat artıqdır. Ona 

görə də, nitratm insana  zərərli təsiri  eyni  zamanda nitritin  təsiri ilə daha da 

güclənir.  Bu  maddələrin  insan  və  heyvan  orqanizmlərinə  təsir  mexanizmi 

aşağıdakı  kimi  izah  edilir.  Normal  halda  qanın  tərkibində  olan  hemoqlobin 

nəfəs  alan  zaman  havanın  oksigenini  özünə  birləşdirərək  oksihemoqlabinə 

çevrilir.  Oksi-  hemoqlabin  qanla  birlikdə  toxumalara  yayılaraq  özünə 

birləşdirdiyi oksigeni bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə 

hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini yerinə yetirir. 

Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinlə birlə 

255 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə