mohsul artımını yeni əkinçilik kontinentinin açılması ilə müqayisə etməsi
əlbət ki, təsadüfi deyildir.
1986-1990-cı illər ərzində Rusiyanın əkinçiliyində orta hesabla 13 mln.
ton mineral gübrələrdən istifalə olunmuşdur. D.M.Xomyakovun (1998)
verdiyi qiymətə görə Rusiya əhalisini aşağıdakı miqdarda bitkiçilik məhsulları
ilə lazımi miqdarda təmin olunmasına ehtiyac vardır (mln. ton hesabı ilə): taxıl
95, şəkər çuğunduru 27, günəbəxan 3,5, kartof 38, tərəvəz 11,5. Bu zaman 10
mln. ton gübrə, 8,5 min ton pestisidlər,
35,5
mln. əhəngtərkibli material tələb olunur. Bununla belə, müəllifə
(Xomyakov, 1998) görə 1996-1997-ci illərlə Rusiyada tarlalara vəsait
çatışmazlığından cəmi 1,4... 1,7 mln. ton gübrə verilmişdir (1 ha torpağa 14
kq, yəni elmə əsaslanan tələbatdan 10 dəfə az). Deməli, hər hektar səpin sahəsi
100 kq qida maddəsi almır.
ABŞ-da məhsul toplanan sahə 125 mln. ha olub, təxminən Rusiya-
mnkına bərabərdir. 1995-1997-ci illərdə ABŞ-da hər il tarlalara26 mln. ton
mineral gübrə, yəni hər hektar əkin sahəsinə 208 kq mineral gübrə verilmişdir.
Əkinçilikdə 10 mln. tona yaxın azot, 4 mln. ton fosfor və 5 mln. ton kalium
gübrəsi verilərək, qida maddələrinin müsbət balansını təmin etmişdir
(«ABŞ-ın aqrar sektoru XX əsrin sonunda»). 1991-1993- cü illərdə AFR-də
kənd təsərrüfatı sahələrinin hər hektarına orta hesabla 192,3 kq mineral gübrə,
o cümlədən 108,7 kq azot, 34,3 kq fosfor və
49,3
kq kalium gübrəsi verilmişdir, bununla da kənd təsərrüfatı sahəsinin 1
ha-dan dən (toxum) vahidi hesabı ilə ortaillik istehsal məhsulu 6,94 ton təşkil
etmişdir (Şpaar, 1996).
B.Q.Mineyev (1998) bütün gübrələrdən və kimyəvi meliorantlardan
düzgün istifadə etməyin alternativi olmadığını qeyd edərək, onun həllinə tələb
olunan funksional məsələləri aşağıdakı kimi ifadə edir:
—
bitkiyə, xüsusilə bitkiçiliyin məhsulunu təşkil edən onun genera- tiv
hissəsinə daxil olan toksiki elementlərin qarşısını alan fizioloji maneə
fəaliyyətini gücləndirməyi nəzərə alaraq, mədəni bitkilərin biogen makro və
mikroelementlərlə qidalanmasının optimallaşdırılması;
—
torpağın münbitliyinin bərpası, onun xassələrinin və humus^
vəziyyətinin yaxşılaşdırılması;
- aqroekosistemdə optimal nisbəti nəzərə alaraq, əkinçilikdə biogen
elementlərin aktiv balansını və kiçik dövranını saxlamaq;
—
aqroekosistemin ağır metallarla və digər toksiki elementlərlə qlobal və
lokal texnogen çirklənməsinin neqativ nəticələrinin aşağı salınması;
—
aqroekosistemdə radiasiya-ekoloji vəziyyətin yaxşılaşdırılması;
—
aqroekosistemin bioloji göstəricilərinin nizama salınması;
—
bitkiçilik məhsulunun kimyəvi tərkibinin və qidahhq dəyərinin
yaxşılaşdırılması.
248
Gübrələrin ətraf təbii mühitə, aqrosenozun bu və ya digər
komponentlərinə əlverişsiz təsiri olduqca müxtəlifdir (torpağın, qrunt və səth
sularının çirklənməsi, su hövzələrinin evtrofıkasiyanıın güclənməsi, torpağın
bərkiməsi; qida maddələrinin dövriyyəsinin və balansının pozulması, torpağın
aqrokimyəvi xassələrinin və münbitliyinin pisləşməsi; səpinlərin fıtosanitar
vəziyyətinin pisləşməsi və xəstəliklərin inkişafı, kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının və əldə olunan məhsulun keyfiyyətinin aşağı düşməsi və s.).
12.1.1.
Azot gübrələri
Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır,
odur ki, azot gübrələri əkinçiliyin kimyalaşdırılmasmın əsas komponentlərinə
aiddir. Lakin qida elementlərinin balanslaşdırılma- ması, su rejimi
pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə
azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə
və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. B.Kommonerin (məşhur
«ekologiyanın dörd qanunu»nun müəllifi) məlumatına görə ABŞ-da torpağa
verilən gübrələrlə daxil olan azotun orta hesabla yarısı bitkilər tərəfindən
udulur. Onun qalan miqdarı atmosferə ayrılır, su hövzələrinə axıdılır və
torpaqda toplanaraq ətraf təbii mühiti çirkləndirir.
Azot mineral gübrələri bərk və maye halında hazırlanır və istifadə olunur.
Bərk azot gübrələri formasına görə aşağıdakılara bölünür:
—
ammonyakh (NH4): ammonium - sulfat, ammonium-xlorid;
—
ammonyak-nitrath (NH4NO3): ammonium selitrası, ammonyak-
sulfat-nitrat;
—
nitrallı (NO3): natrium-nitrat (natrium selitrası), kalsium-nitrat
(kalsium selitrası);
—
amidli (NH:): karamid (sidik cövhəri), sianamid-kalsium.
Maye halında azot gübrələrindən ammonyakh gübrələrdən geniş istifadə
edilir, azot burada ammonyak (sulu və susuz halda) şəklində olur. Azot
gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitrat- ların
artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər
maddələrin azalmasına, bununla da, onun bioloji dəyərinin aşağı düşməsinə
səbəb olur.
Tərəvəzdə nitratların toplanmasında istifadə edilən gübrənin forması,
məhsulun yığım vaxtı böyük rol oynayır.
Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması
həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla
(ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi,
gübrənin dozası və s.) baş verir.
249