Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə çaylara və
yeraltı sulara keçməsilə izah edilirdi.
Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olma- dıqda
azot birləşmələri yuyulub aşağı qatlara keçir. Qalan hallarda isə azotun itməsi
denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif ok- sidlər və molekul
formasına keçərək bərpa olunması yolu ilə baş verir.
Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton
azot uçur.
Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki,
gübrələr məhz bitki tərəfindən mənimsənilsin, ətraf mühitə və insanlara ziyan
yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları
çirkləndirir, su hövzələrini evtrofıkasiyaya uğradır, hətta atmosferin ozon
qatını təhlükə altına alır. Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan
çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qida maddələri ilə, ilk
növbədə birləşmiş azotla zənginləşməsi, həddən çox yosunların inkişafına
səbəb olur, onlar çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə
oksigeni defısitləşdirir. Bunun nəticəsində balıqlar və başqa su heyvanlarının
məhvinə gətirib çıxarır.
Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem
bitkilərində toplanır. Öz-özlüyündə insan və heyvanların sağlamlığına təhlükə
yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli
olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroa- minlər əmələ gələ bilər.
Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün
deyildir. Bitkiçilikdən alman məhsulların yarısı aqrokimyəvi vasitələrin
hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən istifadə
bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və
zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer kürəsi əhalisinin
30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına
ərzaqla təmin edilir.
Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla
belə, yenə də dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox
səbəblərdən, o cümlədən qeyri-üzvi və üzvi mineral gübrə qıtlığı səbəbindən
kənd təsərrüfatı bitldlərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun
məlumatına görə hər il Yer kürəsində milyonlarla insan aclıqdan ölür, on
milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu o zaman baş
verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd
təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir.
Yaşayış məskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və
bataqlaşması dünyanın hər yerində müşahidə edilir.
246
Hələ XIX əsrin əvvəllərində Y.Libix sübut etmişdir ki, torpaqdan kənd
təsərrüfatı bitkilərinin məhsulu ilə birgə biogen elementlər də aparılır. Mineral
gübrələr tətbiq edilmədiyi halda torpaqlar qüvvədən düşür. Düzgün
texnologiyalar əsasında tətbiq edilən gübrələmə sistemi biosferin
çirklənməsinə yol vermir və digər fəsadlar törətmir. Əksinə, gübrələmə, qeyd
edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə,
milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri qorumağa şərait
yaradır. Hesablamalar göstərir ki, əgər dünya miqyasında mineral gübrələrin
və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi əhalisini ərzaqla
təmin etməkdən ötrü əkinə yararlı torpaqların sahəsini 4-5 dəfə
genişləndirmək lazım gələrdi. Bundan ötrü isə milyon hektarlarla təbii
ekosistemlər, xüsusən də mülayim və tropik qurşağın meşələri məhv
edilməlidir.
Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə
qida maddələrinin müsbət balansını yaratmaq mümkün deyildir. Mineral və
mikro gübrələr əkinçilikdə biogen elementlərin davranışını yaxşılaşdırmaqla
yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini qoruyub saxlayır.
Əkinçilikdə qida elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki
və təbii su hövzələrinin kimyəvi tərkibinin pisləşməsi baş verir, bu isə öz
növbəsində kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi təsir
göstərməklə insanların və ev heyvanlarının xəstələnməsinə gətirib çıxarır.
Məsələn, yod çatışmazlığı endemik zob, flor dişlərin kariyesinə, sink ürəyin
işemiya xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur.
Tarlaların gübrələnməsi qədim zamanlardan başlanmışdır. Hələ
eramızdan əvvəl I əsrdə bu tədbirə böyük diqqət ayrılmışdır. Belə ki. Qədim
Romada səthin relyefini nəzərə alaraq, düzən sahədə hektarın
'/4-
nə 18 araba,
yamaclarda isə 24 araba peyin verirdilər.
ABŞ-m mütəxəssisləri ayrı-ayrı faktorların kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığına təsirini və əhəmiyyətini sıra ilə aşağıdakı kimi
qiymətləndirmişlər (%).
Gübrələr
41
Herbisidlər
15...20
Əlverişli torpaq
15
Hibrid toxumlar
6
Suvarma
5
Digər faktorlar
11...16
Statistik rəqəmlər sübut edir ki, hazırkı dövrdə planetimizin hər
dördüncü adamı gübrələrin tətbiq olunması ilə əldə olunan əlavə məh-
sulla qidalanır.
Akademik D.N.Pryanişnikovun gübrələrin köməyi ilə əldə olunan
247