Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə74/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   70   71   72   73   74   75   76   77   ...   216

biokütləsi və humus şəklində toplanır. 

Torpaq  biosferi  ekzogen  faktorların  təsirindən  qoruyur  və  geoloji 

denudasiyanın intensivliyini nizamlayır. 

Torpaq  canlı  orqanizmlərin  paylanma  nizamlayıcısı  kimi  çıxış  edərək, 

genlərin və bioloji müxtəlifliyin saxlanması funksiyasını yerinə yetirir. 

10.3.2.

 

Aqroekosistemdə torpağın əhəmiyyəti 

Torpaq kənd təsərrüfatı istehsalının başlıca vəsaiti və aqroekosiste- min 

əsasıdır. Bəşəriyyət torpaqdan bütün qida məhsullarının təxminən 95%-ni alır. 

Torpağın  münbitliyini,  «sağlamlığı»nı  saxlamaq  üzrə  qayğı  kənd  təsərrüfatı 

istehsalının prioritet (öncül) vəzifəsi sayılmalıdır. 

Torpaq həyat sahəsi (məkanı) olub canlı orqanizmlərin məskunlaşmasını 

təmin edir. Torpaq, bitkilərin bitki örtüyünün yayılması üçün mexaniki dayaq 

vəzifəsini görür. 

Torpaq toxumları mühafizə edib saxlamaqda əvəzedilməz rola malikdir. 

Bir neçə il qalaraq torpaqda toxumların cücərmə qabiliyyətinin qalması orada 

olan xüsusi maddələrin mövudluğu ilə bağlıdır. Bununla da, təbiətdə bioloji 

müxtəliflik  və  bitki  populyasiyalannm  yeniləşməsi  qabiliyyəti  saxlanılır. 

Torpaq, onda məskunlaşan orqanizmlərin həyat fəaliyyəti üçün lazım olanları, 

o  cümlədən  ilkin  produsentləri,  suyu,  qida  və  enerji  maddələrini  özündə 

akkumulyasiya  edir (toplayır) , bu onun münbitliyini  yüksək dərəcədə təyin 

edir. 


Torpaq fermentlərin özünəməxsus anbarıdır. 

Torpaq  hidrotermik  rejimi  nizamlayır,  bu,  orada  məskunlaşan 

orqanizmlərin  müəyyən  temperatur  və  rütubətlik  qiymətində  (ölçüsündə) 

həyat fəaliyyətinin saxlanmasını təmin edir. 



Torpaq  səhiyyə  funksiyası  daşıyır.  Torpaqda  məskunlaşan  biotanm 

hesabına  yüksək  özünütəmizləmə  qabiliyyəti  bir  çox  patogenlərin  (xəstəlik 

törədicilərin)  və  toksikantlarm  zərərsizləşməsini  təmin  edir,  bu,  kənd 

təsərrüfatı  məhsullarının  keyfiyyətinə  və  ətraf  təbii  mühitin  vəziyyətinə 

müsbət təsir göstərir. 

Torpağa  informasiya  funksiyası  məxsusdur.  Məlumdur  ki,  məsələn, 

yazda  torpağın  temperaturunun  S^C-dən  bir  artması  azot,  fosfor,  kaliumun 

aktivləşməsinə (mütəhərriyinin artmasına) stimul yaradır,  yəni temperaturun 

göstərilən  həddi  vegetasiya  dövrünün  başlanması  ilə  əlaqədar  qida 

elementlərindən  istifadənin  başlanğıcı  «siqnalı»nı  (məlumatını)  göstərir. 

Torpaq biokimyəvi maneə vəzifəsini görür. Müxtəlif birləşmələri, o cümlədən 

toksik  birləşmələri  ı\dmaq  qabiliyyəti  ona  ətraf  mühitin  «kimyəvi  sanitarı» 

rolunu  oynamağa,  bununla  da,  çirkləndirici-  lərin  kənd  təsərrüfatı 

məhsullarına daxil olmasının qarşısını almağa imkan yaradır. 

191 



10.3.3.

 

Torpaq sferinin (podosferin) qlobal funksiyaları 

Dünya  torpaqlarının  məcmuunu  çox  vaxt  ekosferin xüsusi  hissəsi  kimi 

ayıraraq onu torpaq sferi və ya pedosfer (yun. pedon- torpaq) adlandırırlar. 

V.A.  Kovdaya  görə  pedosfer-  özü  inkişaf  etmək,  özü-özünü  nizamlamaq 

qabiliyyətinə  malik  olan,  canlı  orqanizmlərin  mövcudluğunu  və  yenidən 

bərpasını  təmin  edən  ümumdünya  bioenergetik  və  biokimyə-  vi  sistemdir. 

Pedosferin  məhz  bu  xüsusiyyətləri  təbii  və  antropogen  ekosistemlərin 

münbitliyinə səbəb olur. 

Torpaq-çoxkomponentli,  lakin  bütöv  təbii  törəmədir.  O,  yer  səthində 

dörd geosferin (litosfer, hidrosfer, atmosfer və biosfer) 'bir-birilə təmasda və 

qarşılıqlı təsiri olduğu yerdə əmələ gəlir. 

Torpaq hər bir landşaftda geosferin elementlərilə, yəni bütövlükdə Yerlə 

sıxı bağlı olub maddələrin qlobal biogeokimyəvi tsiklində aktiv rol oynayır. 

Torpaq havası və atmosfer arasında mübadilə gedir. İnfiltrasi- ya, buxarlanma, 

axım və s. proseslər zamanı suyun torpağın daxilində hərəkəti, torpağın suyun 

qlobal  dövranında  aktiv  iştirak  etməsinə  səbəb  olur.  Bu  zaman  su  torpaq 

məhlulunu əmələ gətirərək torpaqəmələgətir- mə prosesində aktiv iştirak edir. 

Aşınma  proseslərinə  məruz  qalan  litosferin  üst  hissəsi  torpağın  mineral 

komponentlərinin mənbəyi hesab olunur. 

Beləliklə, torpaq, həm təbii cisim, həm dinamik sistem, həm də landşaftın 

bir  hissəsi  hesab  edilir.  V.A.Kovdaya  (1985)  görə  torpaq  örtüyünün  əsas 

funksiyaları aşağıdakılardır: 



-

 

bioekoloji  (torpaq  canlı  maddələrin  yerləşdiyi  və  fəaliyyətdə  olduğu 

yerdir); 



-

 

bioenergetik  (humus  yə  digər  üzvi  maddələrdə  günəş  enerjisinin 

toplanaraq bioloji kütləyə çevrilmə sahəsi); 



-

 

azotun fiksasiya funksiyası və zülalların əmələ gəlməsi; 

-

 

əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv 

agentlərin funksiyası; 



-

 

alt kristal süxurları xırda fraksiyalara çevirmə funksiyası (aşınma); 

-

 

hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi); 

-

 

meteroloji  funksiya  (atmosferin  tərkib  və  rejiminin  formalaşmasına 

aydın təsir göstərən sahə.). 

Ekoloji  problemlərin  çoxu  pedosferlə  bağlıdır.  Atmosferin  kimyəvi 

dəyişməsi  və  onun  yaratdığı  nəticələr  maddələrin  qlobal  biogeokimyəvi 

tsiklində  iştirak  etməsindən  asılıdır.  Okeanların,  kənar  və  daxili  dənizlərin, 

xüsusən sahil zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll 

olan  və  asılı  kimyəvi  maddələrlə  təyin  olunur.  Bütün  bu  maddələrin  maye 

axınının formalaşmasında torpaq örtüyü və onun vəziyyəti olduqca böyük rol 

oynayır. 

192 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə