dən- transformasiya yaradanlardan asılıdır.
Üzvi maddələrin transformasiyası və mikrob metobolizmin qazşəkil- li
məhsullarının mübadiləsi torpaq mikroorqanizmlərinin ilkin və ikinci
(törəmə) mineralları ilə qarşılıqlı təsirilə müşayiət olunur.
Öz əhəmiyyətinə görə biosfer üçün bu proses fotosintez və mole- kulyar
azotun fıksasiyası ilə müqayisə edilə bilər, belə ki, litosferdə mövcud olan
mineral elementlər - ilkin mənbələr Yer üzərindəki bütün orqanizmlərin həyatı
üçün vacibdir. Onlarsız günəş şüasının kinetik enerjisindən yaşıl bitkilər
tərəfindən dəyişdirilmiş potensial enerjinin daşıyıcısı olan üzvi maddələrin
yaranması qeyri mümkündür. Praktiki olaraq mikroorqanizmlərin və onların
metabolitlərinin təsirinə uğramayan elə bir element mövcud deyildir.
Torpağın mineral hissələri qeyri-üzvi və üzvi turşular, qələvilər, fer-
mentlər və digər birləşmələr - torpaq mikroorqanizmlərinin həyat fəaliyyəti
məhsulları tərəfindən parçalanmaya məruz qalır. Belə ki, nitrifi- kasiya
mikroorqanizmləri nitrifikasiya prosesində güclü azot turşusu ayırır. Əlverişli
şəraitdə nitrifikasiya prosesində 1 ha-da bir il ərzində 300 kq-a qədər nitratlar
əmələ gələ bilər.
Mikroorqanizmlərin tənəffüsü prosesində ayrılan karbon2-oksid
mineralların həll olmasına səbəb olur. Belə ki, mikroorqanizmlərin iştirakı ilə
CO
2
və suyun qarşılıqlı təsirindən həll olunmayan fosfatlar kar- bonat turşusu
tərəfindən həll olunur:
Ca3(P04)2 + 2CO: +
2
H
2
O ->
2
CaHP
04
+ Ca(HC
03)2
Bitkinin lazımi qida elementləri və enerji ilə təmin olunması bu
proseslərin intensivliyindən sılıdır.
Üzvi maddələrin parçalanması ilə yanaşı, torpaqda humuslaşma prosesi
də gedir. Bu proseslərdə torpaq biotasının, qismən mikroorqanizmlərin rolu
böyükdür. Ölü üzvi maddələrin bütün növmüxtəlifiikləri torpaqda bioloji
parçalanmaya və oksidləşməyə - humuslaşmaya məruz qalaraq adətən vahid,
torpaq substratının kifayət qədər sabit (stabil) kimyəvi substansiyasına
(maddəsinə) - humus maddələrinə çevrilir.
Humuslaşma zamanı həm üzvi qalıqların parçalanması, həm də yeni üzvi
birləşmələrin sintezi baş verir. Parçalanma məhsulları, qismən, torpağın
spesifik üzvi maddələri - fulvoturşusu və humin turşusunun sintezi
prsosesində istifadə edilir. Humusun əmələ gəlməsində üzvi komponentlərin
parçalanması və maddələr dövranı torpağın məskunları (canlıları) tərəfindən
həyata keçirilən biokimyəvi fermentasiya proseslərinin nəticəsidir.
Üzvi maddələrin miqdarının analiz məlumatları müxtəlif bitki zona
186
larında (meşə zonası istisna olmaqla) humusıın ehtiyatı, həmin zonalarda
müvafiq bitki qruplaşmalanndakı fitokütlənin cəmindən artıq olduğunu təsdiq
edir. Məsələn, tundrada yerüstü bitki kütləsi 3...10 ton/ha; döşənək, kök
sistemi, humus isə 270...380 ton/ha; qaratorpaqlarda uyğun olaraq 10...20 və
500... 1000 ton/ha təşkil edir.
Humus torpaqda məskunlaşan orqanizmlərin və ali bitkilərin
uzunmüddətli və müxtəlif qarşılıqlı təsiri nəticəsində toplanır. Əsasını humus
maddələri təşkil edən torpaq münbitliyi torpaq mikrobiotasının strukturu və
aktivliyindən asılıdır.
Torpaq mikroorqanizmləri qazşəkilli atmosfer azotunu fiksasiya edərək,
onu bitkinin mənimsənilməsi üçün birləşmələrə çevirmək kimi nadir
qabiliyyətə malikdir. Torpaq mikroorqanizmləri tərəfindən fiksə edilən azot
bioloji azot adlanır.
Yerüstü ekosistemlərdə azot fiksasiyasmın illik məhsulunun cəmi
təxminən 175... 190 mln ton təşkil edir, onun 90... 110 mln tonu aqroe-
kosistem torpaqlarının payına düşür.
Azot fıksəedən mikroorqanizmlər qeyri-simbiotik və simbiotik mik-
roorqanizmlərə bölünür. Qeyri simbiotik azotfiksatorları, öz növbəsində,
sərbəst yaşayan (bitkinin kök sistemi ilə bilavasitə əlaqəsi olmayan) və
assosiativ- torpaqda kök sisteminə bitişik (yanında olan rizosfer) və kök və
yarpaqların səthində olan (fitoplanda) azotofiksatorlar.
Sərbəst yaşayan azotfiksə edən mikroorqanizmlər tərəfindən istehsal
olunan azotun illik miqdarı müxtəlif torpaq tipləri üçün 1 ha-da on və yüz
kiloqramlarla tərəddüd edir:
Çimli podzol
Boz-meşə
Qaratorpaqlar
Şabalıdı
Şoran və şorakət
38..
.192
48..
.216
90..
.312
135..
.516
69..
.540
Assosiativ azot fiksasiyası bitki assosiasiyasında yaşayan mikroor-
qanizmlərlə yerinə yetirilir, bu halda da proses yüksək dərəcədə rizosferə daxil
olan asan mənimsənilən üzvi maddələrin və enerjinin kəmiyyəti və
keyfiyyətindən asılıdır. Bu proses fotosintez prosesi ilə sıx əlaqədardır (şəkil
10.2).
Mikrob biokütləsi özündə ali bitkilərə lazım olan müxtəlif maddələr
saxlayır. O, xüsusilə azotla zəngindir. Mikroorqanizmlərin hüceyrələrində
onun miqdarı 12%-ə çatır; P
205
-in payına 3%, K^O-nun payfna 2,2% düşür.
Mikrob biokütləsinin biokimyəvi tərkibi də müxtəlifdir. Onun quru
187