scnirasiya olunur. Biofil element olan azotun miqdarı (ümumi azot) humuş
kimi torpağın aşağı qatlarına doğru azalır. Fosfor mühüm vo çox defisit biofil
və aqrofıl element hesab olunur. O, canlı orqanizməlor -bitki, heyvan, insan
tərəfindən çox istifadə edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır.
Torpağın informasiya funksiyasu Torağın profilində həm müasir, həm
də qədim torpaq proseslərinin «dəlillərini» (izlərini) görmək olar. Müasir
proseslərə torpağın islanma dərinliyi, rütubətliyi, strukturu, bio- genliyi və s.,
qədim proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar,
gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən torpağın tarixini,
onun keçdiyi mərhələləri, hazırda şumlanan torpaqların vaxtilə meşə altında
olmasının bərpası, yəni, ərazinin qədim landşaftının qanunauyğun
paleocoğrafi rekonstruksiyasını keçirmək olar.
10.3.4.
Torpağın gücdən düşməsi
Torpağın yorulmasının xarici əlaməti kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının kəskin azalması ilə özünü göstərir, bu, eyni növdən olan
bitkinin sistemsiz becərilməsi zamanı müşahidə edilir. Çox vaxt belə hal
kətan, günəbaxan, şəkər çuğunduru, pambıq və digər bitkilərin təkrar
səpilməsi zamanı baş verir.
Torpağın gücdən düşməsinin başlıca səbəbi bitkinin kökləri və mik-
roorqanizmlər tərəfindən, spesifik zərərvericilərin, xəstəlik törədicilərin və
alaqların parçalanmasından (çürüməsindən) ayrılan toksik maddələr hesab
olunur. Torpağın gücdən düşməsinin qarşısının alınması asandır. Bunun üçün
səpin dövriyyəsinə riayət etmək, torpağı sağlamlaşdırmaq üçün ona üzvi
gübrələr, sideratlar vermək, davamlı bitki sortlarmdan istifadə elmək və s.
lazımdır.
Torpağın münbitlik vəziyyətinə nəzarət etmək üçün xüsusi xidmət
təşkilatı olmalıdır. Onların verdiyi qərara əsasən torpağı sağlamlaşdırmaq və
münbitliyini bərpa etmək üçün torpaq müntəzəm olaraq kənd təsərrüfatı
dövriyyəsindən çıxarılır, bu, torpağın ekoloji funksiyasını yerinə yetirməyə
imkan verir.
. 10.4.TORPAĞIN ANTROPOGEN ÇİRKLƏNMƏSİ
Torpaq daima müxtəlif dərəcədə insanın təsərrüfat fəaliyyəti təsirinə
məruz qalır. Torpağın tikinti və nəqliyyat məqsədilə kənd təsərrüfatı
istifadəsindən çıxarılması, eroziya prosesinin inkişafı, şorlaşma, çirklənmə və
s. hadisələr qlobal xarakter daşıdığından dünyada bəşəriyyəti ciddi narahat
etməyə başlamışdır. V.Q.Rozomovun məlumatına əsasən bəşəriyyət tarixi
ərzində dağılmağa və deqradasiyaya məruz qalan lorpaqla-
195
nn ümumi sahəsi 20 mln km^-ə çatır, bu müasir dünyamızdakı ümumi əkin
sahəsindən çoxdur. BMT ətraf mühit və inkişaf üzrə keçirdiyi Konfransın
(Rio-de-Jeneyro, 1992) sənədlərində qeyd olunur ki, çox güclü (böhranlı)
deqradasiyaya uğramış torpaqların sahəsi - 1%, güclü dərəcədə - 15%, orta
dərəcədə - 46% və zəif dərəcədə - 38% təşkil edir. Bundan, deqradasiya
proseslərinin 56%-i su eroziyası, 28%-i külək eroziyası, 12%-i çirklənmə,
4%-i isə fiziki deqradasiyanın payına düşür.
Torpaq resurslarının vəziyyətinin pisləşməsi və torpağın münbitliyinin
azalması gələcəkdə milyonlarla insan üçün yaşayış vasitələrinə və ərzaq
təhlükəsizliyinə qorxu yaradır, su resursları və bioloji müxtəlifliyin
saxlanması üçün mənfi nəticələr gözlənilir.
Deqradasiya proseslərinin inkişafı təbii (iqlim, hidroloji, morfodi- namik,
fıto və zoogen) və antropogen faktorların təsiri sayəsində baş verir.
Antropogen faktorlar (dəmyə və suvarma əkinçiliyinin səmərəsiz aparılması,
hədsiz otarma, torpaq və bitki örtüyünün sənaye, kommunal və irriqasiya
tikintiləri tərəfindən məhv edilməsi, dağ-mədən-qazıntı işləri, atmosferə
texnoloji və qəza sənayesi tullantılarının atılması, çirkab və drenaj sularının
axıdılması və b.) şübhəsiz, torpağın pisləşməsində aparıcı rol oynayır.
Çirkləndirici maddələr biosferin canlı komponentinə (hüceyrədən tutmuş
orqanizm səviyyəsinə qədər) təsir göstərərək, maddələr mübadiləsi və enerji
axını prosesinin təbii mexanizmini pozur, ekosistemin tro- fık zəncirində
funksional əlaqəsini parçalayır.
10.4.1.
Ağır metallarla çirklənmə
Çirklənmə miqyasına və bioloji obyektlərə təsirinə görə çirkləndirici
maddələr arasında ağır metallar xüsusi yer tutur. Prinsip etibarilə, onlardan
çoxu canlı orqanizmlərə lazımdır, lakin biosferdə, atmosferdə intensiv
yayılması və torpaqda yüksək konsentrasiyası onların biota üçün toksikliyinə
çevrilir.
1990-cı ilin əvvəlində Şimali Amerikada və Avropada müxtəlif sənaye
fəaliyyəti nəticəsində bir ildə atmosferə daxil olan ağır metalların cəmi
aşağıdakı kimi olmuşdur: qurğuşun - 370 min t (o cümlədən etil- ləşdirilmiş
benzinin hesabına 280 min t), arsen - 31,2 min t (əlvan və qara metallurgiya,
şüşə, sement istehsalı), kadmium- 7,6 min t (əlvan metallurgiya - 6,2 min t) və
s. əlvan metallurgiya müəssisələrində 1 ton məhsul əldə etmək üçün ətraf
mühitə 40...60kq qurğuşun, 3 kq-a qədər ar.scn, 280 qr-a yaxın civə, 13 q-a
qədər kadmium ayrılır (atılır) (cədvəl 10.3*).
Rumıniyada (Reuse, Kırstya, 1986) metallurgiya müəssisəsinin yanında
torpağın 0...10 sm qatında ağır metlların ümumi miqdarı (mq/kq)
196