Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə39/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 41 ____________________________ 
Taktiki  səviyyədə  idarəetmə  və  analitik  məsələlərin  həlli 
sahəsində də 2 tip sistem işləyir: 
1.İnzibati  fəaliyyətin  avtomatlaşdırılması  üçün  idarəedici 
sistemlər  və  ya 
menecer  informasiya  sistemləri 
(
Management Information Systems – MİS); 
2.Analitik işlərin avtomatlaıdırılması üçün 
qərar qəbulunu 
dəstəkləyən  sistemlər  (Decision Support Systems – 
DSS). 
Menecer  informasiya  sistemləri  (MİS)  taktiki  səviyyədə 
bezdirici  hesabatların  və  əlahiddə  məruzələrin  hazırlanması 
zamanı  planlaşdırma,  nəzarət  və  qərar  qəbulu  funksiyalarını 
dəstəkləyən  informasiya  sistemləridir.  Bu  sistemlər  operativ 
səviyyədən  topladığı  informasiya  əsasında  avtomatik  hesabat 
tərtib  edə  bilir.  Yəni  menecer  informasiya  sistemləri  tipik 
məsələlər  üzrə  tipik  hesabatlar  hazırlayan  avtomatlaşdırılmış 
sistemlərdir ki, bunlar da şirkətlərin idarə edilməsi keyfiyyəti-
nin yüksəldilməsində çox mühüm əhəmiyyət kəsb edir. 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  (QQDS)  müasir 
mürəkkəb  analitik  modellər  vasitəsilə  yarımstrukturlaşdırılmış 
və  ya  strukturlaşdırılmamış  məsələlərin  həllini  dəstəkləyən 
taktiki  səviyyə  sistemləridir.  Bu  sistemlər  adətən,  qərarın 
hazırlanması və qəbulunu asanlaşdırmaq vəzifəsini icra edir.  
Strateji səviyyədə işləyən sistemlər də 2 tipdir: 
1.Rəhbərliyi  dəstəkləyən  sistemlər  (
Executive Support 
Systems – ESS); 
2.Strateji  informasiya  sistemləri  (
Strategic Information 
Systems – SIS). 
Rəhbərliyi  dəstəkləyən  sistemlər  (RDS)  şirkət  üzrə  ən 
yüksək  idarəetmə  səviyyəsində  qərar  qəbulunu  dəstəkləmək 
üçündür.  Bu  sistemlər  həm  strateji,  həm  də  operativ  qərar 
qəbulunu  dəstəkləyə  bilir.  Rəhbərliyi  dəstəkləyən  sistemlər 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə