Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə41/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 43 ____________________________ 
vasitəsilə  xarici  mənbələrdən  alır.  Gördüyü  işin  nisbətən 
sadəliyinə  baxmayaraq,  rəhbərliyi  dəstəkləyən  sistemlərin 
olub-olmaması    korporativ  informasiya  sistemlərinin  uğurlu 
inkişafına ciddi təsir göstərir. Kompüterləşdirilmiş informasiya 
sistemlərinin  faydasını  şirkət  rəhbəri  ilk  növbədə  rəhbərliyi 
dəstəkləyən sistemlərin nümunəsində hiss edir.  
Aparıcı  informasiya  sistemlərinin 
ERP-sistem  üzərində 
quraşdırılmış 
Accenture, Navision  kimi öz kokpit-sistemləri 
vardır.  
İkincisi, rəhbərliyi dəstəkləyən sistemlər
 xüsusən strateji 
qərarların  hazırlanması  üçün  istifadə  edilir.  Bu,  şirkətin 
perspektiv  fəaliyyətini:  istehsalda  istifadə  edilən  materiallar, 
texnoloji  proseslər,  idarəetmə  prosesləri,  strukturları  və 
metodları, müəssisələrin kreditləşməsinin maliyyə sxemləri və 
öz vəsaitlərinə investisiya qoyuluşları, ixtisaslı mütəxəssislərin 
cəlb edilməsi, hazırlanması və yenidən hazırlanması, rəqiblərin 
fəaliyyəti və s. baxımından qiymətləndirmək üçün lazımdır. 
Xarici  mənələrdən  alınması  mümkün  olan  bütün 
informasiya  toplanır.  Mütəxəssislər  strateji  inkişaf  ssenariləri 
hazırlayır. Bu məqsəd üçün bəzi hallarda külli miqdarda vəsait 
sərfi  ilə  bağlı  güclü  hesablayıcı  sistemlərə  sahib  olmaq  lazım 
gəlir.  
Rəhbərliyi  dəstəkləyən  sistemlər
  çox  hallarda  “əgər..., 
onda  nə  olar?”  suallara  cavab  verən  sistem  kimi  fəaliyyət 
göstərir.  
Strateji 
informasiya 
sistemləri 
şirkətin 
rəqabət 
qabiliyyətini  azalmağa  qoymayan  məhsul,  xidmət,  proses 
axtarışı ilə məşğul olur. Bu məsələlər adətən, strukturlaşdırıl-
mamış  olur.  Bəzi  iri  şirkətlərdə  xüsusi  situasiya  otaqları 
fəaliyyət  göstərir  ki,  bunlar  da  müxtəlif  strateji  ssenarilərin 
virtual  gerçəkləşdirilməsi  və  qiymətləndirilməsi  ilə  məşğul 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə