Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə40/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 42 ____________________________ 
rəhbərə  uyuşan,  onun  səviyyəsinə  köklənə  biləndir.  Bunlar 
bəzən kokpit (
Cockpit – ingiliscə, pilot kabinəsi) - sistemlər də 
adlandırılır. Rəhbərliyi dəstəkləyən sistemlər üçün tipik sistem 
nümunəsi  yoxdur.  Çünki  bu  sistem  şirkətdə  qərarların 
hazırlanması  və  qəbulu  üslubundan  (stilindən)  əhəmiyyətli 
dərəcədə  asılıdır.  Sirr  deyil  ki,  yüksək  səviyyə  rəhbərləri 
kompüterləşdirilmiş  informasiya  sistemlərindən  istifadə  səviy-
yəsinə  görə  bir-birindən  kəskin  fərqlənirlər.  Bu  rəhbərlərin 
bəziləri  iş  gününü  İnternet  xəbərləri  ilə  başlamadan  keçinə 
bilmədiyi  halda,  bəziləri,  ümumiyyətlə  kompüterdə  işləməyi 
qətiyyən sevmirlər. 
Əvvəla,  rəhbərliyi  dəstəkləyən  sistemlər  şirkətdə  qəbul 
edilmiş  reqlamentə  uyğun  və  ya  yaranmış  ənənəyə  müvafiq 
qaydada  qərar  hazırlanması  və  qəbulunu  təmin  edən 
bloklardan  təşkil  edilir.  Bu  ənənə  gündəlik  səhər  dinləmələri 
(informasiyası), operativ iclaslar üçün və ya xüsusi komitələrin 
və direktorlar şurasının iclasları üçün informasiya verilməsi və 
s. şəklində ola bilir. İri şirkətlərdə və ya xoldinqlərdə rəhbərliyi 
dəstəkləyən sistemlərin bu istiqamətdəki işi: qəzalar, bədbəxt 
hadisələr,  hava  proqnozları,  xammal  və  hazır  məhsul 
anbarlarının  vəziyyəti,  hazır  məhsul  və  xammalın  qiymətləri, 
kreditor  və  debitor  borcları,  hazır  məhsulun  yüklənib 
göndərilməsi,  göndərilmiş  məhsula  görə  ödənişlər,  bazar 
proqnozları, səhmlərin qiymətinin təyin edilməsi (kotirovkası), 
valyuta  kursları  və  s.  barədə  informasiya  hazırlayıb  təqdim 
etməkdən ibarətdir.  
Bu  tip  informasiya  rəhbərin  kompüterinin  baş  səhifəsi 
olaraq displey ekranına  ilk  çıxan  məlumatlardır.  Bu 
informasiyanı  rəhbərliyi  dəstəkləyən  sistemlər  şirkətin  aşağı 
idarəetmə  səviyyələrindən,  əsasən  menecer  və  qərar 
qəbulunu  dəstəkləyən  sistemlərində,  həmçinin  İnternet 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə