Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə38/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

transaksiya  sistemləri  ilə  yanaşı,  həm  də  tranzaksiya 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 40 ____________________________ 
sistemləri  də  mövcuddur.  Bu  ad  oxşarlığı  dolaşıqlıq 
yaratmamalıdır.  Çünki  transaksiya  təsərrüfat  fəaliyyətinin 
elementar  aktıdır.  Məsələn,  hesabdan  çıxarış  verilməsi  bir 
transaksiyadır.  Sifarişin  emalı  başqa  transaksiyadır  və  s. 
Tranzaksiya 
isə 
verilənlər 
bazasında 
verilənlərin 
manipulyasiyası  əməliyyatlarıdır  ki,  bunların  da  nəticəsində 
verilənlər  bazası  bir  bütövlük  vəziyyətindən  digər  bütövlük 
vəziyyətinə  keçir.  Yəni  transaksiya  xalis  iqtisadi  termindir. 
Tranzaksiya  isə  verilənlərin  saxlanması  və  onlara  müraciətin 
təşkili ilə bağlı olan texnoloji termindir.  
Beləliklə, 
transaksiya  sistemləri  baş  verən  təsərrüfat 
əməliyyatları  ilə  əlaqədar  olan  verilənlərin  daxil  edilməsi, 
emalı  və  təqdim  edilməsi  işlərini  həyata  keçirir.  Yəni  faktiki 
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir. 
Tranzaksiya  sistemləri  isə  çoxsaylı  istifadəçilərin 
sorğularının  paralel  işlənməsi  imkanını  reallaşdırır. Bu 
sistemlər hətta eyni verilənə çoxsaylı paralel müraciət mövcud 
olan hallarda da paralel işlənməni həyata keçirə bilir. 
Taktiki səviyyədə, biliklərin emalı sahəsində 2 tip sistem 
işləyir:  bilik  emalı  sistemləri  (BES,  ingiliscə, 
KMS-  Knowledge 
Management System)  və  ofisin  avtomatlaşdırılması  sistemləri 
(OAS-
 Office Automation Systems). 
Bilik  emalı  sistemləri  (BES)  –  təşkilatda  yeni  biliklərin 
yaradılmasına  (yeni  məhsulların  dizaynı,  sənəd  dövrüyyəsinin 
avtomatlaşdırılması, şirkətin İnternetdə təqdim edilməsi və s) 
və inteqrasiyasına kömək edən informasiya sistemləridir.  
Ofisin 
avtomatlaşdırılması 
sistemləri 
(OAS) 
isə 
menecerlərin  əmək  məhsuldarlığını  yüksəldən  kompüter 
sistemləridir.  Məsələn, 
Microsoft Office  belə  sistemdir.  Ofisin 
avtomatlaşdırılması  sistemləri  həm  də  sənəd  dövüyyəsini 
dəstəkləyən avtomatlaşdırılmış sistemləri də əhatə edə bilər. 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə