Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

95
Heyvandarlıqda  yeni  cinslərin  alınması  üçün  aparılan  metodlardan  biri  süni 
mayalanmadır. Bu metodda arzu olunan əlamətə malik erkək heyvanların spermala-
rı alınır və sperma bankında
*
 saxlanılır. Ondan arzu olunan əlamətə malik yumurta 
hüceyrələrin mayalandırılması üçün istifadə olunur. 
Poliploid bitkilərin alınması sizə məlumdur. Bu bitkilərin diploidlərə nisbətən 
böyük ölçülü orqanları olduğunu xatırlayın. Bu xüsusiyyətlərinə görə onların iqti-
sadi dəyəri daha da artıqdır. 
İrimeyvəli alma, kartof, boranı, çiyələk, qarabaşaq, buğda və toxumsuz qarpız 
belə bitkilərə misal ola bilər. Bəzək bitkilərinin də çoxlu poliploid formaları vardır. 
Heyvanlarda poliploidlərə nadir hallarda rast gəlinir. 
Hibridləşdirmə zamanı arzu olunan əlamətlərin əldə edilməsi üçün aparılan 
növdaxili və növlərarası çarpazlaşdırmalara misallar göstərin. 
F
T
1.  Bəzi sənaye müəssisələri öz məhsullarının üzərinə etiket yapışdırmaq istəmir-
lər. Sizcə, bunun səbəbi nədir? Araşdırın. 
2.  Marketdən meyvə alarkən siz nələrə fikir verməlisiniz və nə üçün? Fikirlərini-
zi əsaslandırın. 
3.  Şəkilləri müqayisə edin və fikirlərinizi paylaşın. İstifadə üçün hansını seçərdi-
niz? 
  LAYİHƏ


96
Son illərdə klonlaşdırma anlayışı biotexnologiyanın ən mühüm sahələrindən bi-
rinə çevrilmişdir. 
► 
Klonlaşdırma nədir? 
► 
Bu proses necə həyata keçirilir?
► 
Klonlaşmanın əhəmiyyəti nədir?
► 
Klonlaşmanın mənfi xüsusiyyətləri nə ola bilər?
 
27. Canlılarda klonlaşdırma
• 
Qruplara bölünün.
• 
 Hər qrup genetik mühəndisliyin bir bölməsində çalışan araşdırmaçı kimi təd-
qiqat aparsın.
• 
Qrup üzvlərinizlə klonlaşmanın müsbət və mənfi cəhətlərini müzakirə edin. 
• 
Digər qruplarla fikirlərinizi paylaşın. 
• 
Fikirlərinizi yazın və bülleten hazırlayın.
• 
Digər qrup üzvləri ilə hazırlanan bülletenləri müqayisə edin.
Hazırda gen mühəndisliyi yolu ilə normadan çox böyük kartof yumruları, po-
midor, xiyar, buğda və s. sortlar alınsa da, onların mənfi xüsusiyyətləri haqqında 
çoxlu mülahizələr vardır. Alimlər gen mühəndisliyinin ən mühüm sahələrindən biri 
olan  klonlaşdırmada  da  böyük  nailiyyətlər  əldə  etmişlər.  Heyvan  hüceyrələrində 
klonlaşdırma nəticəsində yaranan dəyişkənliyə misal olaraq surəti çıxarılmış qoyun 
Dollini misal göstərmək olar.
Dollinin alınması üçün aparılan işlər belə bir ardıcıllıqla olmuşdur: yetkin bir 
qoyunun yumurta hüceyrələrinin nüvəsi çıxarılmış və onun yerinə başqa bir qoyu-
nun somatik hüceyrələrinin nüvəsi yerləşdirilmişdir. Alınan hüceyrə üçüncü bir qo-
yunun balalığına yerləşdirilmişdir. 
Sizcə, Dolli bu qoyunlardan hansının surəti ola bilərdi?
Şəklə əsasən cavablarınızı əsaslandırın.
F
M
Dolli, Fin 
Dorset cinsi
Daşıyıcı ana 
(surroqat ana)
Dollinin alınması
  LAYİHƏ


97
İngilis alimləri müəyyən etdilər ki, somatik hüceyrələrin nüvələrinin bu cür 
inkişaf  etdirilməsi  orqanizmin  bütün  əlamətlərinin  klonlaşdırılmış  orqanizmdə 
inkişafını təmin edir. Ancaq Dolli çox sürətlə qocalmağa başladı. Bu onu göstər-
di ki, yeni yaranan orqanizmin yaşı onun nüvəsi götürülmüş hüceyrə sahibinin 
yaşı ilə eyni olmuşdur. Bu isə alimləri fikirləşməyə məcbur etdi. 
Heyvan  hüceyrələrində  genetik  dəyişmələr  orqanizmlərin  bir  sıra  yeni  əla-
mətlər qazanmasına imkan verir. Aşağıda verilmiş şəkil buna misal ola bilər.
Yumurta hüceyrə
Daşıyıcı ana
DNT
Böyümə 
hormonu 
genini daşıyan 
hüceyrə
İnsanın böyümə 
hormonunun geni 
ziqota köçürülür.
Daşıyıcı anaya təcrübə 
aparılan ziqot köçürülür.
Təcrübə aparılmayan ziqot-
dan alınan siçovullar
Təcrübə aparılan ziqotdan 
alınan siçovullar
Spermatozoid
Ziqot
DNT
  LAYİHƏ


98
1.  Broyler toyuqlarının alınmasında hansı metodlardan istifadə olunur? Bunun 
orqanizm üçün faydalı və ya zərərli olduğunu əsaslandırın. 
2. Klonlaşdırmanın kütləvi şəkildə aparılmamasının səbəblərini araşdırın.
3. Doğru və səhv fikirləri qruplaşdırın:
a) Klonlaşdırma hüceyrə mühəndisliyinin bir sahəsidir.
b) Klonlaşdırma gen mühəndisliyinin bir sahəsidir.
c) Dollinin genləri yumurta hüceyrələrdən istifadə olunan orqanizmlə oxşardır.
d) Dollinin genləri onu dünyaya gətirən orqanizmin genləri ilə oxşardır.
e)  Dollinin genləri mayalanmada somatik hüceyrəsi istifadə olunan orqaniz-
min genləri ilə oxşardır. 
T
Mayalanmış yumurta hüceyrələri dişi siçovulun yumurta borularından çıxarılır 
və sınaq şüşəsinə yerləşdirilir. İnsanın boy hormonunu daşıyan geni xüsusi üsullar 
vasitəsilə DNT-dən ayrılır və sınaq şüşəsində olan mayalanmış yumurta hüceyrəyə 
daxil edilir. Yeni genotipi olan bu hüceyrə daşıyıcı ana siçovulun bədənində inkişaf 
etməyə başlayır. Belə siçovul balaları adi balalardan böyük olmaları ilə fərqlənirlər. 
Üç nəsil boyunca siçovulların hüceyrələrinin DNT analizi onu göstərmişdir ki, on-
lar insanların böyümə hormonunun genini daşıyırlar. 
Meymunlarda klonlaşdırma daha sadə yolla aparılır. Əvvəlcə mayalanmış yu-
murta hüceyrə (ziqot) bölünür (mitoz yolla) və 2, 4, 8 hüceyrə əmələ gətirir. Bu hü-
ceyrələr ayrılır, nüvələri çıxarılır və ayrı-ayrı saxlanılır. İkinci mərhələdə bu nüvələr 
digər orqanizmin əvvəlcədən nüvələri çıxarılmış hüceyrələrinə yer ləşdirilir. Bu nü-
vələr tamamilə eyni genotipli olur və alınan yeni orqanizmlər tamamilə bir-birinin 
eyni olur. Bu çalışmalarda da alimlər hələ tam olaraq məqsədlərinə çatmamışlar.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə