106
1. İnsan beyninin hissələrinə kompüterdə uyğun olanları göstərin.
beyin →
neyron →
görmə payı →
eşitmə payı →
Açar sözlər: videokart, kompüter, səs kartı, mikrosxem
2. Canlılara istinad edən cihazlar fikirləşin və sxemi doldurun.
T
Bionika
3. Şəkillərə baxın. Onları uyğunlaşdırın və nə üçün uyğunlaşdırdığınızın səbəbi-
ni izah edin.
heyvanların saatda onlarla, yüzlərlə kilometr məsafə qət etməsi, delfin dərisinin
suyun tormozlayıcı hərəkətlərini aradan qaldıran elastikliyi cəlb etməyə bilməzdi.
Bionika elminin tətqiqatları yalnız texnika üçün deyil, biologiya üçün də
əhəmiyyətlidir. Bu, canlılarda gedən bioloji proseslərin mexanizmini daha dəqiq
başa düşməyə imkan verir.
LAYİHƏ
107
Layihə
Mövzu: Genomu dəyişdirilmiş orqanizmlər (GDO)
Məqsəd: Genomu dəyişdirilmiş orqanizmlər və bunlardan əldə edilən məh-
sulların insan orqanizminə təsiri
İşin gedişi:
Çalışma üçün qrup üzvlərinizi seçin.
Qrup üzvləri arasında vəzifə bölgüsü aparın.
Hər kəsin tapşırıqlarını hazırlayın və paylaşdırın.
Tapşırığınıza uyğun olaraq material seçin:
Genomu dəyişdirilmiş orqanizmlər və bunlardan
əldə edilən məhsullar;
Genomu dəyişdirilmiş orqanizmlərdə qidalanmanın insan orqanizminə birba-
şa və dolayı yolla təsiri;
Materiallar slaydlar, şifahi təqdimatlar, bülletenlər və s. şəklində də təqdim
edilə bilər.
Araşdırılacaq
mövzu
Zaman
Təqdimat
formaları
•
Genomu dəyişdirilmiş
orqa nizm lər
•
Onlardan əldə edilən
məhsulların insan orqa-
nizminə təsiri
2 həftə
Yazılı və şifahi
Müəyyənləşdirin:
GDO-lar və onlardan əldə olunan
məhsullara aid nümunələr;
GDO məhsullarının orqanizmə mənfi və müsbət təsirləri;
GDO ilə qidalanmanın birbaşa və dolayı yolla insan sağlamlığına təsiri.
Qiymətləndirmə aşağıdakı meyarlar əsasında aparılacaq:
•
Toplanılan məlumatın elmiliyi,
dəqiqliyi, sistemliliyi;
•
Şəkil və sxemlərin mətnə uyğunluğu;
•
Layihə materialının mövzunu tam əhatə etməsi.
LAYİHƏ
110
Yer planetinin əsas 3 geosfer qatından ibarət olması sizə bəllidir. Bu qatlar
müxtəlif qaz qarışıqlarından (atmosfer), sudan (hidrosfer) və bərk maddələrdən
(litosfer) əmələ gəlmişdir. Tarixi inkişaf nəticəsində yaranan canlılar və onların
yayıldıqları ərazilər (hava, su, quru səthi, torpaq) birlikdə biosferi formalaşdır-
mışdır.
►
Biosferin sərhədləri necə müəyyənləşir?
►
Biosferdə baş verən dəyişikliklərdən hansı qlobal xarakter daşıya bilər?
►
Müəyyən bir regionda planetin 3 qatından hansında baş verən dəyişikliklər
daha qlobal təhlükəyə çevrilə bilər?
30. Biosferin sərhədləri və orada baş verən
dəyişikliklərin qlobal xarakteri
“Yerin geosferi” sxeminə əsasən biosferin sərhədlərini müəyyənləşdirin. Bio-
sferin sərhədlərdə baş verən dəyişikliklərin qloballaşmasının qarşısının alınması
üçün hansı tədbirlər həyata keçirilə bilər? Fikirlərinizi kiçik qruplar daxilində
müzakirə edib ümumiləşdirin, qısa məruzə şəklində təqdim edin.
F
M
LAYİHƏ
111
Atmosfer* Yerin xarici təbəqəsidir. Yer səthindən 100 km hündürlüyə qədər
olan sahəni tutur. Atmosferin Yer səthindən 17 km hündürlükdə olan aşağı tə-
bəqəsi troposfer* müxtəlif qazlardan və su buxarından ibarətdir. Troposferin üs-
tündə stratosfer*, stratosferdə isə ozon təbəqəsi yerləşir. Ozon ekranı canlıları
Günəşin ultrabənövşəyi şüalarından qoruyur.
Litosfer* 2 təbəqədən – yer qabığından və mantiyadan ibarətdir. Yer qabığı-
nın bünövrəsi bazalt qatı, onun üzərində qranit (okeanlarda qranit qatı yoxdur)
və çökmə süxurlarından ibarətdir .
Hidrosfer* planetin su qatıdır. Hidrosferə bütün su hövzələri daxildir ki, onu
da Dünya okeanı adlandırırlar. Müxtəlif su mənbələrini əhatə edən hidrosfer Yer
kürəsinin təqribən 70,8 %-ni təşkil edir.
Biosfer* planetin canlılar yaşayan hissəsidir. O, litosferin üst qatını, bütün hid-
rosferi, atmosferin aşağı hissəsini əhatə edir. Yer kürəsində həyatın əmələ gəlməsi
ilə
birgə biosfer əmələ gəlmiş, uzun sürən təkamül nəticəsində formalaşmışdır.
Müxtəlif orqanizmlərin yaşayışı üçün zəruri olan şəraitlə bərabər, biosferin
sərhədləri müəyyən edilir, yəni atmosferin təqribən 35 km hündürlüyü (burada
bakteriya və göbələk sporlarına rast gəlinir) və litosferin 12 km dərinliyi (neft
yataqları süxurlarında anaerob bakteriyalar yaşayır) biosferin yuxarı və aşağı hü-
dudları hesab edilir.
Yer səthindən yuxarı və aşağı getdikcə canlıların sayının məhdudlaşması səbə-
bini araşdırın. Nəticəni təqdim edin.
F
8884
5300
4100
3500
2100
1600
100
200
300
400
500
1000
3000
6000
10000
11500
0
M
Buzlaqlar
Tundra
Alp çəmənlikləri
İynəyarpaqlı
meşələr
Enliyarpaqlı meşələr
Tropik və subtropik meşələr
Çöküntü
məhsulları
Qranit
Bentos
Plankton
Bazalt
Neft
Q a b a r m a z o n a s ı
LAYİHƏ