117
Canlı maddənin funksiyaları atomların biogen
*
miqrasiyası zamanı meydana
çıxır. 3 növü olan biogen miqrasiyası orqanizmdə gedən bioloji proseslər – mad-
dələr
mübadiləsi, çoxalma və inkişaf zamanı baş verir.
1. “Bakteriyalar təbiətin qəbirqazanlarıdır” (L.Paster) mövzusunda referat hazır-
layın.
2. Şəkildəki canlıları qaz yaratmaq funksiyasına aid olan halqaları da yerləşdirin.
Burada baş verən proseslərin şərhini məruzə şəklində təqdim edin.
Biogen miqrasiyaları həyata keçirən canlılar:
T
Canlı maddədə dəyişiklik
İnsanın təbii qanunauyğunluqlara, bütövlükdə təbiətə müdaxiləsi nəticəsində
canlı maddənin xassələri dəyişir və onun funksiyaları arasında olan tarazlıqlar
pozulur.
İri şəhərlərin salınması, texniki bitkilərin geniş sahələrdə becərilməsi, böyük sə-
naye müəssisələrinin inşası təbii bitki növlərinin sıxışdırılmasına və məhv olması-
na səbəb olur. Bataqlıqların qurudulması, təbii çəmənliklərin əkin sahələrinə çev-
rilməsi, meşələrin qırılması iqlimin kəskin dəyişməsinə gətirib çıxarır.
Fauna və floranın inkişafı mümkün olmayan ərazi özünütənzimləmə qabiliyyə-
tini itirmiş olur. Bu cür qeyri-sabit torpaq ona qarışan sənaye tullantılarını ney-
trallaşdıra bilmir. İnsanın güclü təsirinə məruz qalan belə ərazilərdə maddələr
dövranı düzgün getmir. Canlı maddənin özünütənzimləmə xassəsi pozulur, fun k-
siyaları arasında olan tarazlıq dəyişir. Dünyanın hər yerində torpağın və suyun
zəhərlənməsi onların müqavimətinin tükənməsinə gətirib çıxarır. Axı hər mühitin
özünün müqavimət həddi var. Nəticədə bu ərazilərdə cəmləşən canlı aləmin nor-
mal inkişafı və həyat fəaliyyəti pozulur. Hər yerdə təşviş doğuran karbon və civə
böhranı biosfer qanunauyğunluqlarının pozulmasının nəticəsidir. Bütün bunlar
nəticə etibarilə canlı maddənin miqdarında və kimyəvi tərkibində dəyişikliklərə
səbəb olur.
I növ
mikro
orqanizmlər
II növ
çoxhüceyrəli orqanizmlər
III növ
insanlar
LAYİHƏ
119
Biosferdə illik məhsuldarlıq quru çəki hesabı ilə təqribən 176,7 ∙ 10
9
ton təşkil
edir. Bu qədər məhsulun sintezi üçün trilyon kilocoullarla enerji sərf olunur.
Sxemdə verilənlər əsasında “Biosferdə Günəş enerjisinin çevrilməsi” mövzu-
sunda məruzə hazırlayın.
►
Bu enerji haradan alınır?
►
O nə kimi çevrilmələrə məruz qalır?
►
Təbiətə antropogen müdaxilənin biosferdə enerji dövranında rolu nədən iba-
rətdir?
32. Biosferdə enerji çevrilmələri
M
F
Günəş şüaları
Yerə düşən Günəş şüaları
Yer
səthindən əksolunma
Buludlardan əksolunma
Atmosfer tərəfindən udulma
Atmosfer tərəfindən
səpələnmə
Paylanan şüalar
Atmosfer
Yerdə olan canlı maddə biosferin kimyəvi proseslərini əhatə edir və onu ye-
nidən qurur. Bu zaman enerji həm udulur, həm də ayrılır. Yerdə enerji balansı
müxtəlif mənbələr vasitəsilə tənzimlənir. Bu, əsasən, Günəş enerjisi və radioak-
tiv enerjidir.
Həyatın əmələ gəlməsinin ilk dövrlərində radioaktiv enerji indikindən 18
dəfə çox olmuşdur.
Hal-hazırda biosferin əsas enerji mənbəyi Günəşdir. Günəş enerjisinin mad-
dələr dövranının baş verməsində əvəzsiz rolu vardır. Yer səthinə düşən bu enerji-
LAYİHƏ
120
Günəş enerjisi qismən Yer qabığında olan orqanizm qalıqlarında – o cümlə-
dən daş kömürdə, sapropeldə (lildə), torfda və neftdə toplanır. Fotosintez prosesi
biosferdə karbon qazının azalmasına səbəb olur ki, bu da qlobal istiləşmənin qar-
şısını alır.
nin 58%-i torpaq və atmosfer tərəfindən udulur, 42%-i isə atmosferə və kosmosa
əks olunur. Yer səthində udulan enerjinin bir hissəsi Yer tərəfindən şüalandırılır,
bir hissəsi Dünya okeanından suyun buxarlanmasına sərf olunur, az bir qismin-
dən isə xlorofilli canlılar üzvi maddə sintez edirlər. Bir qrup canlılar, əsasən, bit-
kilər Günəş enerjisini biosferin enerji dövranına qoşur. Yer kürəsində fotosintez
və xemosintez məhsulları həyatın enerji mənbəyi hesab edilir.
Qeyri-üzvi
maddələr
Kon
sumentlər
Oty
eyənlər
Ətyeyənlər
Produsentlər
Ətraf mühitə
yayılan enerji
Günəş enerjisi
BİOSFERDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ
Redusentlər
LAYİHƏ
121
Yer
üzərində çox böyük iqlim, geoloji və bioloji proseslərə səbəb olan
Günəş enerjisi müxtəlif enerji formalarına çevrilir. Bu da maddələr döv-
ranına, miqrasiyalara, biokütlənin artmasına və yayılmasına səbəb olur.
Beləliklə, Yer kürəsində canlı maddələrin və kimyəvi elementlərin dövra-
nının nəhəng sistemi olan biosferin hüdudları genişlənir.
Təbiətdə karbon qazının əmələ gəlməsinə hansı proseslər səbəb olur? Qlobal is-
tiləşmə Yer kürəsində həyat üçün nə kimi təhlükə yaradır? Cavablarınızı ümu-
miləşdirərək təqdim edin.
F
Atmosferdə CO
2
dif
fuziya
dif
fuziya
Fotosintez
Tənəffüs
Fotosintez
Çürüntü
Torf
Kömür
Neft və qaz
Məhvolma
Plankton
Dəniz
yosunları
Qalıqlar
Yanacağın
yanması
Təbii
yanacaq
LAYİHƏ