113
MADDƏLƏR
DÖVRANI
Atmosfedə müəyyən qazların
əlaqəsini
təmin edir
.
Dağların
əmələ gəlməsində
iştirak edir
.
Dünya okeanının
suyunun duzlulu
-
ğunu normada saxlayır
.
Hidrosferin
təbii şəkildə təmiz
lənməsini təmin edir
.
Bioloji aşınmanı mümkün edir
.
LAYİHƏ
114
1. Atmosfer, hidrosfer və litosferdə baş verən dəyişikliklərin qlobal xarakterini
əsaslandırın. Qlobal dəyişikliklərin qarşısını almaq üçün aparılan mübarizə
tədbirlərinə aid təqdimat hazırlayın.
2. Atmosferdə, hidrosferdə baş verən qlobal və regional dəyişiklikləri müvafiq
xanalara yazıb qruplaşdırın. Nümunələr yazmaqla sxemi tamamlayın.
DƏYİŞİKLİKLƏR
Qlobal
1.
2.
3.
4.
1.
2.
3.
4.
Regional
3. “Ekoloji tarazlığın pozulmasında litosferdə baş verən dəyişikliklərin rolu”
mövzusunda məruzə hazırlayın.
T
Tarazlığın pozulması bütün canlılar, o cümlədən insan üçün böyük təhlükədir.
Nəzərə almalıyıq ki, bu təhlükənin qarşısının alınması biz insanlardan asılıdır. Tə-
biətə qarşı amansız münasibət Yer üzərində həyatın məhvinə səbəb ola bilər.
Təbiəti mühafizə etmək üçün qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçi-
rilməsi zəruridir:
1. Bəşəriyyətin varlığında başlıca rol oynayan ekosistem və əsas iqtisadi proses-
lərin
dəstəklənməsi;
2. Orqanizmin genetik müxtəlifliyinin qorunması;
3. Ekosistem və növlərin qorunması, bərpası şərtilə onların uzunmüddətli və da-
vamlı istifadəsi.
LAYİHƏ
116
Biosferdə baş verən maddələr dövranı zamanı canlı maddənin bir sıra funksi-
yaları baş verir:
1.
Qaz yaratmaq funksiyası. Yer üzərində qazlar, əsasən, biogen
*
mənşəlidir.
Xlorofilə malik əksər canlıların həyata keçirdikləri fotosintez prosesində ayrılan ok-
sigen, canlıların tənəffüsü və üzvi maddələrin qıcqırması zamanı ayrılan karbon
qazı, denitrifika siya bakteriyalarının fəaliyyəti zamanı atmosferə çıxan azot qazı
buna misal ola bilər.
2.
Qatılaşdırma funksiyası. Canlı maddənin bəzi kimyəvi elementləri ətraf
mühitdən özündə toplamasına əsaslanır. Sizə bəllidir ki, canlı orqanizmdə karbon,
hidrogen, oksigen və azot elementləri daha çoxdur. Natrium, kalium, kalsium,
maqnezium, dəmir, fosfor, kükürd və xlor elementlərinin miqdarı da kifayət qə-
dərdir. Bu onu planetin cansız maddəsinin tərkibindən əsaslı surətdə fərqləndirir.
Bəzi canlılar özlərində xüsusilə elementlərdən birini toplanması ilə fərqlənir.
Məsələn, bakteriyalar, kükürd, molyuskalar kalsium, bitkilərindən bəziləri kalium,
bəziləri isə silisium toplayır.
3.
Oksidləşmə-reduksiya funksiyası. Yerin səthində üstünlük təşkil edən bu
funksiya plastik və energetik mübadilə zamanı maddələrin kimyəvi çevrilməsi
nəticəsində meydana çıxır.
4.
Energetik funksiya. Bu funksiya canlı maddənin Günəş enerjisini mənim-
səməsi ilə özünü göstərir. Enerji qida zənciri ilə ötürülür. Bu funksiyanın əsasın-
da fotosintez prosesi dayanır.
5.
Biokimyəvi funksiya. Bu funksiya məhv olmuş orqanizmlərin redusentlər
tərəfindən mineral maddələrə qədər parçalanmasına əsaslanır. Mineral maddələr
yarandıqdan sonra yenidən bioloji dövrana qoşulur.
Avtotrof
bitkilər
(fotosintezedicilər)
CO
2
, H
2
O
duzlar
Mikroorqanizmlər
Saprofitlər
Otyeyən
heyvanlar
Ətyeyən
heyvanlar
Biosferdə maddələr dövranı
LAYİHƏ