Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

139
in ki şa fı za ma nı yal nız rü şeym dis ki bö lü nür. Rü şeym dis ki olan tə rəf də yu mur ta 
sa rı sı az olur. Yumurta sarısı ilə zəngin olan hissə parçalanmır. Bu hissə rüşeymin 
inkişafı zamanı onu qida maddələri ilə təmin edir. Rü şeym əmə lə gə lən za ma n 
am ni yo nun
*
 içə ri sin də in ki şaf edir. Am ni yonu bilavasitə əhatə edən zar dır. Onun 
için də am ni yon ma ye si olur ki, rü şey mi qurumaqdan və mexaniki tə sir lər dən qo-
ru yur. Ana bətnində embrionun in kişafı məməlilərdə olduğu kimi gedir. Rü şeym 
təbəqələrindən müxtəlif orqanlar formalaşır. Göründüyü kimi, sü rü nənlər, quşlar 
və məməlilərdə rüşeymin inkişafı ba lıq larda və suda-quruda yaşayanlarda olduğu 
kimi, maye mühitində gedir.
Bu  oxşarlıqlar  xordalıların  eynimənşəli  olmasını  göstərən  embrioloji  də-
lillərdir.
1. Cümləni tamamlayın:
 Heyvanlarda  __________  miqdarı  artdıqca  onlarda  __________  prosesində 
əmələ gələn hüceyrələrin ölçüsü __________ olmur.
Açar sözlər: parçalanma, yumurta sarısı, eyni
2.  Quşlarda  və  suda-quruda  yaşayanlarda  embrional  inkişafın  gedişini  müqa-
yisə edin və təqdimat hazırlayın.
3.  Şəklə  əsasən  xordalı  heyvanların  embrional  inkişafının  müqayisəli  xarak-
teristikasını verin. Fikrinizi əsaslandırın.
T
Sürünən 
 
Quş 
 
  Məməli
  LAYİHƏ


140
Şəkillərdə  insanın  ontogenezində  olan  bəzi  mərhələlər  verilmişdir.  Şəkillərə 
əsasən aşağıdakı sualları cavablandırın.
Təbiətdə canlıların müxtəlif yollarla çoxaldığını bilirsiniz.
► 
İnsanın fərdi inkişafı hansı mərhələlərə bölünür?
►  
Şəkillərdəki canlılardan hansının çoxalması insanın çoxalmasına uyğun 
gəlir?
►  
İnsanda embrional inkişaf necə gedir?

  
Şəkillərdə insan ontogenezinin hansı mərhələləri göstəril mişdir?

 
Rəqəmləri düzgün sıralayın.

 
Bu cür inkişaf hansı onurğalılarla oxşardır? 

 
Oxşarlığa səbəb nədir?
 
37. İnsanın embrional inkişafı
F
1
4
5
6
2
3
M
  LAYİHƏ


141
İnsan  yalnız  cinsi  yolla  çoxalır.  Meyoz  nəticəsində  yaranan  qametlərin 
birləşməsi  mayalanmaya  səbəb  olur.  Mayalanma  nəticəsində  yaranan  ziqot  mitoz 
yolla bölünür. 
Hüceyrələrin mitoz yolla bölünməsi insanın postembrional
*
 dövründə də davam 
edir. Orqanizmin emb rional inkişafı aşağıdakı ardıcıllıqla baş verir.
Par ça lan ma. Bu zaman hü cey rə lə rin mi toz yol la sü rət lə  ço xal ma sı baş ve rir. 
Zi qot  uzu nu na  bö lü nüb  blas to mer lə ri  əmə lə  gə ti rir.  Alı nan  blas to mer lər  ye nə 
uzu nu na,  son ra  eni nə  bö lü nür.  Daha  son ra  bö lün mələr  uzununa,  eninə  olaraq 
növ bə lə şir. Bu mər hə lə də hü cey rə lə rin sa yı ar tır, an caq on lar bö yü mür lər. 
Ziqot
İki blastomer
Morula
*
Blastula 
*
Dörd blastomer
Mezoderma
*
hüceyrələri
Dörd həftəlik embrion
Altı həftəlik embrion
Doqquz həftəlik döl
On iki həftəlik döl
Endodermaya başlanğıc 
verən hüceyrələr
Mezoderma
Qastrula 
boşluğu
Blastopor
Ekdoderma
*
Endoderma
*
Otuz altı 
həftəlik döl
  LAYİHƏ


142
Mo ru la. Ço xal mış blas to mer lər top lu su olub, kü rə şə kil lidir. On da olan bü tün 
hü cey rə lə rin küt lə si zi qo tun küt lə sin dən az olur. Çün ki bö lün mə lə rə sərf olu nan 
ener ji or ada kı mad də lər he sa bı na ödə ni lir. 
Blas tu la.  Bu  mərhələdə  mo ru la da kı  hü cey rə lər  kə na ra  çə ki lir.  İçə ri də  bir 
boş luq əmə lə gə lir. Boş luq da ma ye top la nır. Bu, blas tula boş lu ğu ad la nır. İn ki şaf 
za ma nı bu boş luq yox olur.
Qast ru la. O, blas tu la  hü cey rə lə ri nin içə ri çə kil mə si yo lu ilə ya ra nır. Rü şeym 
iki qat lı olur. Qast ru la za ma nı ya ra nan boş luq qast ru la boş lu ğu ad la nır. Bu boş luq 
in ki şaf  za ma nı  həzm  ka na lı na  çev ri lir.  Qast ru la nın  xa ri ci  qa tı  ek to der ma,  da xi li 
qa tı isə en do der ma ad la nır. Son ra kı in ki şaf mərhələsində ek to der ma və en do der-
ma ara sın da me zo der ma qa tı da ya ra nır. Bun la rın hər üçü rü şeym tə bə qə lə ri dir. 
Rü şeym tə bə qə lə ri müx tə lif or qan lara və or qan lar sis te mi nə baş lan ğıc ve rir.
Ney ru la (or qa no ge nez). Bu mər hə lə də to xu ma lar və or qan lar for ma laş ma ğa 
baş la yır. Ha mi lə li yin üç ayı ər zin də bü tün or qan lar tamamilə for ma la şmış olur.
Rüşeym təbəqələrində olan müəyyən hüceyrə qrupları digər hüceyrə qrupla-
rının inkişafını təmin edir. Elm adamlarının apardığı təcrübələr nəticəsində mə-
lum olmuşdur ki, xordalı heyvan rüşeymlərindən bel tərəfdən ektoderma qatı gö-
türülərsə, embrion inkişaf edir, ancaq sinir sistemi inkişaf etmir.
Aparılan  təcrübələrdən  məlum  olmuşdur  ki,  əgər  bel  tərəfdə  yerləşən  ekto-
dermanı yox, onun altındakı mezodermanı çıxartsaq, sinir sistemi inkişaf etmir.
Ancaq çıxarılan mezoderma hüceyrələrini digər bir embrionun qarın tərəfindən 
çıxarılan mezodermanın yerinə yerləşdirdikdə isə embrionda ikinci bir sinir boru-
su da inkişaf edir. Beləliklə, aydın olur ki, embrional inkişaf zamanı bir hüceyrə 
qrupu digər hüceyrə qrupunun inkişafına səbəb olur və orqanlar formalaşır. 
Xordalılarda rüşeymlərin inkişafında bəzi fərqli cəhətlər vardır.
Ektoderma
Mezoderma
Endoderma
• 
sinir sistemi 
• 
gözün torlu qişası
• 
ağız, anus və burun epitelisi
• 
epidermis
• 
epidermisin törəmələri
• 
duyğu reseptorları
• 
dişin mina qatı
• 
hipofiz və s.
• 
sümüklər, bağlar
• 
əzələlər 
• 
qan damarları, qan
• 
cinsiyyət sistemi
• 
limfa sistemi
• 
derma 
• 
dərinin piy qatı
• 
qarın örtüyü (periton)
• 
böyrəklər və s.
• 
xorda
• 
həzm kanalının epitelisi
•  
nəfəs borusu, bronxlar və 
ağciyərin örtük epitelisi
• 
qaraciyər, mədəaltı vəzi
• 
sidik kisəsinin epitelisi
• 
qalxanabənzər vəz və s.
Rüşeym vərəqlərindən formalaşan orqanlar və orqanlar sistemləri:
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə