Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

141
O,  mülki  müdafiə  rəhbərinin  qərarına  və  qərargah  rəisinin  konkret  göstə­
rişlərinə  uyğun  olaraq  kəşfiyyat  tədbirlərini  planlaşdırır,  qrupları  və  manqaları 
fəaliyyətə hazır layır, kəşfiyyata göndərir, onlardan alınan məlumatları toplayır, 
təhlil edir, ümu mi ləşdirir.
Yaranmış vəziyyət barədəki məlumatlar dərhal mülki müdafiə rəhbərinə və 
yuxarı qərargaha təqdim edilir, tabelikdəki qərargahlara çatdırılır.
Plana obyektin sxemi əlavə edilir, burada idarəetmə məntəqələri, mühafizə 
qurğuları və kəşfiyyat bölmələrinin yerləri, onların fəaliyyət marşrutları, vəzifə­
lərini yerinə yetirdikdən sonra qayıdacaqları toplanış məntəqələri şərti işarələrlə 
göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat apar­
maq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda ya ­
ranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıl dığı, 
konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq 
və nəticələr barədə məlumat vermək qaydaları dəqiq göstərilir. 
Kəşfiyyat  bölmələri  radioaktiv  zəhərlənmə  ocaqlarında  kəşfiyyat  işlərini 
kəşfiyyat  dəstələrində  və  radiasiya­kimya  müşahidəsi  postlarında  həyata 
keçirirlər.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində bilavasitə obyektdə, 
habelə  düşmən  basqınından  sonra  zədələnmə  ocağında  və  hərəkət  marşrut­
larında  yaranmış  vəziyyəti  öyrənmək  məqsədilə  göndərilir.  Kəşfiyyat  dəstəsi 
onun  komandirindən,  rabitə  və  bir  neçə  kəşfiyyat  manqalarından  ibarət  olur. 
Hər  manqa  bir­birindən  500  m  aralı,  800  m­dək  zolaqda,  yaxud  şəhərin  2–3 
məhəl ləsindən  ibarət  sahədə  kəşfiyyat  aparmaq  üçün  nəzərdə  tutulur.  Kəş­
fiyyat man qası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, 
kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi dozimetr ilə təchiz edilir, 
fəaliyyətə baş la yarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət mar­
şru tunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
Zədələnmə  rayonlarında  kəşfiyyat  aparılarkən  radiasiya  səviyyələri 
0,5  rentgen­saatdan  çox  olan,  yaxud  kimyəvi  zəhərlənmə  aşkar  edilən 
zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zədələnməni  ölçdükdən  sonra  kəşfiyyatçı  hədd  nişanı  qoyur  və  nişanda 
zəhərlənmənin  növünü,  səviyyəsini,  ölçülmə  vaxtını  qeyd  edir.  Hədd  nişanı 
yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Manqa komandiri hərəkəti 
  LAYİHƏ


142
davam  etdirərək  marşrutun  sxemini  zəhərlənmə  ölçülən  yeri,  zəhərlənmənin 
növünü, ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə obyektin 
mülki müdafiə qərargahına məlumat verir.
Kəşfiyyat qurtardıqdan sonra manqa qərargaha gəlir, komandir vəzifələrin 
yerinə  yetirilməsi  haqqında  məlumat  verir  və  kəşfiyyat  sxemini  təq dim  edir. 
Bundan  sonra  o,  lazımi  hallarda  şəxsi  heyətin  və  avtomobilin  zəhər lənmə 
dərəcəsini yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir, 
qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Radiasiya  və  kimya  müşahidəsi  postları  –  bütün  obyektlərdə  yaradılır  və 
təhlükə  yaranarkən  bilavasitə  fəaliyyətə  başlayır.  Onların  əsas  vəzifələri 
radioaktiv  və  kimyəvi  zəhərlənmələri  vaxtında  aşkar  etmək,  müşahidə  sahə­
sində vəziyyətin mülki müdafiə kəşfiyyatı dəyişməsinə fasiləsiz göz qoymaq və 
qərargaha  müntəzəm  surətdə  məlumat  verməkdir.  Təbii  fəlakət  və  istehsalat 
qəzaları vaxtı posta digər vəzifələr də tapşırıla bilər. Post elə yerdə qoyul ma­
lıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü mülki 
müdafiə idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin dalda­
lanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər 
düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişanlar qoyulur. Postun 
heyəti rəisdən və iki müşahidəçidən ibarətdir.
Kimyəvi müşahidə postlarının əsas məqsədləri aşağıdakılardır:
– Radiasiya, kimyəvi, bakterioloji (bioloji) və meteoroloji müşahidələrin apa­
rılması;
  LAYİHƏ


143
–  Əhalinin  radiasiya,  kimyəvi  və  bakterioloji  (bioloji)  çirklənmə  haqqında 
xəbərdar edilməsi;
– Çirklənmə ərazilərinin sərhədlərinin müəyyənləşdirilməsi;
– Ərazidə radiasiya və havanın zəhərləyici maddələrlə çirklənməsi səviyyə­
sinin dəyişməsinə dair nəzarətin aparılması;
–  Hava,  su,  torpaq  və  bitki  örtüyündən  nümunələrin  götürülməsi,  onların 
müayinə üçün laboratoriyaya göndərilməsi.
Radiasiya  və  kimyəvi  kəşfiyyat  bölməsi  özü­özlüyündə  vahid  bir  kimyəvi 
müşahidə postu təşkil edir. Bölmə müşahidəni, adətən, kimyəvi kəşfiyyat avto­
mobilindən  aparır.  Kimyəvi  müşahidə  postları  yaxşı  görünüş  sahəsinə  malik 
olmalı  və  gizlədilməlidir.  Onlar  meşə  kənarında  və  ya  görünən  oriyen tirlər 
yanında qurulmamalıdır. Bəzi hallarda müşahidəçilər səngərlərdə və ya xüsusi 
təchiz edilmiş müşahidə səngərlərində yerləşdirilməlidir.
Kimyəvi müşahidə postlarında rəhbərlik bölmə komandiri tərəfindən həyata 
keçirilir. Kəşfiyyat zamanı komandirlə əlaqə rabitə vasitəsilə reallaşdırılır. 
Hər  hansı  bir  radiasiya,  yaxud  kimyəvi  zədələnmə  aşkar  olunarsa,  bölmə 
komandiri xüsusi həyəcan siqnalı verir və bu barədə komandirə (rəisə) məruzə 
edir. Bundan sonra müşahidəçi fərdi mühafizə vasitələrini hazır vəziyyətə gətirir 
və radiasiya səviyyəsini, zəhərli maddələrin növünü müəyyən edərək nəticələr 
haqqında  bölmə  komandirini  məlumatlandırır,  eləcə  də  növbədənkənar  mete­
oroloji ölçmələr aparır. Növbə təhvil verildikdə yeni gələn müşahidəçi müşahidə 
nəticələri  ilə  tanış  edilir,  nəyə  xüsusi  diqqət  yetirməsi  bildirilir  və  müşahidə 
postunun ava dan lığı təhvil verilir.
Bölmə  komandiri  müşahidəçinin  verdiyi  məlumatları  yoxlamalı  və  kimyəvi 
müşahidə postunu təyin edən komandirə məruzə etməlidir. Sonra bu nəticələri 
bölmə  komandiri  müşahidə  jurnalında  qeyd  edir.  Nəzarət  rayonunda  zəhərli 
ərazinin və havanın kəşfiyyatı, radiasiya səviyyəsinə nəzarət təşkil olunur. 
Radiasiya və kimyəvi müşahidə jurnalında aşağıdakı parametrlər əksini tapır:
● 
 
 
Ölçülmə vaxtı;
● 
 
 
Radiasiya səviyyəsi;
● 
 
 
Ölçülmə yerinin koordinatları;
● 
 
 
Zəhərləyici maddələrin istifadəsi (aşkar edilməsi) vaxtı;
● 
 
 
Zəhərləyici maddənin tipi;
● 
 
 
İstifadə vasitələri;
● 
 
 
Zəhərləyici maddələrin istifadə (aşkarlanma) yeri, koordinatları;
● 
 
 
Zəhərlənmiş ərazinin sahəsi;
● 
 
 
Kimə və nə zaman məruzə edilmişdir (vaxtı, soyadı və inisialları).
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə