145
Təbii fəlakətlərin əsas növlərinin siyahısı
Təbii fəlakət
Əsas kriteriya
Təsiredici amil və nəticələr
Zəlzələ
Gücü və ya intensiv
liyi 12 bala qədər
Süxurun titrəməsi, çatlar, yanğınlar,
partlayışlar, dağıntılar, insan tələfatı
Sel axını,
sürüşmə
Axının kütləsi, sürəti
Daşpalçıq axını, insan tələfatı,
maddi
sərvətlərin məhvi
Güclü külək (qa
sırğa, burağan)
Küləyin sürəti
Küləyin gücü, maddi sərvətlərin
məhvi, insan tələfatı.
Buzlaşma, qar
yağması
Yağıntıların miqdarı
12 saatda 20 mmdən
çox
Qar qalağının
səviyyəsi, naqillərin
qırılması, insan tələfatı
Toz fırtınası
Küləyin sürəti
Küləyin gücü,
əkinlərin və münbit
torpaqların məhvi
Daşqın
Suyun səviyyəsinin
qalxması
Qurunu su basması, dağıntılar,
insan tələfatı
Sunami
Dalğaların hündür
lüyü
və sürəti
Qurunu su basması, dağıntılar, insan
tələfatı
Zəlzələ
Törətdiyi ziyana, qurbanlara və dağıdıcı təsirlərə görə zəlzələnin tayıbərabəri
yoxdur. O, tektonik, vulkanik, uçqun təbiətli olmaqla meteoritlərin düşməsi nəti
cəsində və ya dəniz suyu altında baş verə bilər. MDBdə il ərzində orta hesabla
500, təkcə Yaponiyada isə 7500 zəlzələ qeydə alınır.
Zəlzələ külli miqdarda azad olan enerji ilə bağlı yer qabığı dərinliyində
baş verən parçalanma və yerdəyişmələr nəticəsində qəflətən yaranan
yeraltı təkan lar, yaxud yer səthinin titrəməsidir.
Zəlzələ nəticəsində baş verən dağıntılar. Seysmik dalğalar zəlzələ mər
kəzindən çox böyük məsafələrə yayılaraq dağıntılar və kombinasiyalı təsir
ocaqları yaradır. Yeraltı zərbənin yaranma ərazisi zəlzələnin ocağı, ocağın mər
kəzində yerləşən nöqtənin yer səthindəki proyeksiyası isə
episentr adlanır.
Güclü zəlzələlər zamanı süxurun bütövlüyü pozulur, tikililər dağılır, kom muni
kasiyalar, energetik obyektlər sıradan çıxır, yanğınlar olur və insan tələfatı baş
verir. Zəlzələlər, adətən, müxtəlif intensivlikli xarakterik səslərlə müşayiət
olunur ki, bunlar da ildırım çaxmalarına, gurultu və partlayış səslərinə bənzəyir.
Bu halda hazırlıqlı insanlar üçün ilk saniyələr də xilasedici ola bilər. Yaşayış
LAYİHƏ
147
Zəlzələlər
Tikililərin zədələnmə xarakteri
Zəif (3 bala qədər)
Mülayim (4 bala qədər)
Divarlarda böyük çatlar. Suvağın tökülməsi, tüstü
bacalarının uçması, süşələrin sınması
Güclü (5–6 bal)
Çox güclü (7 bal)
Qeyriseysmik binaların xarici divarlarındakı çatlar,
konstruksiyaların uçması, qapıların pərçimlənməsi
Dağıdıcı (8–10 bal)
Seysmik dözümlü binaların zəif dağılmaya məruz
qalması, digərlərinin uçması
Qəza (11–12 bal)
Xarici konstruksiyaların uçması və binaların tam
dağılması
Vulkan püskürməsi
“Vulkan” sözü qədim Roma mifologiyasına əsasən Od tanrısı olan Vulkanın adından
götürülmüşdür. Vulkanla məşğul olan elm
vulkanologiya adlanır.
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktivliyinə (fəaliyyətdə olan,
sönmüş) və yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnif olunurlar.
Yerin 100 km dərinliyində, təxminən, 10001300°С temperatur mövcuddur.
Bu istiliyin təsirindən ərimiş daş qarışığı maqmaya çevrilir. Təzyiq çoxaldıqca
maqma litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir.
Vulkan püskürməsi zamanı təkcə közərmiş maye deyil, həm də bərk və qaz
halında olan maddələr xaricə çıxır. Püskürmədən sonra vulkanın aktivliyi ya
dayanır, ya da o, uzun müddət “mürgüləyir”. Bu zaman vulkanın özündə və
ətrafında maqmatik özəyin soyuması ilə müşayiət olunan aktivlik davam edir.
Vulkan püskürməsi nəticəsində torpaq üçün zəngin qida ele mentləri və minerallar
ətrafa yayıldığından həmin ərazidəki torpaqlar planetin ən münbit torpaqları hesab
olunur.
LAYİHƏ