Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

144
1.  Mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün görü­
lən əsas tədbirlər hansılardır?
2.  Sülh  və  müharibə  dövrlərində  mülki  müdafiə  kəşfiyyatının  əsas 
vəzifələrini fərqləndirin.
3.  Kəşfiyyat dəstələri necə təşkil olunur? 
4.  Radiasiya­kimya müşahidəsi postlarının əsas vəzifələri nələrdir?
5.  Radiasiya və kimyəvi müşahidə jurnalını tərtib edin.
Sual və tapşırıqlar
27.  TƏBİİ FƏLAKƏTLƏR, ONLARIN ƏRAZİLƏRƏ GÖRƏ 
XARAKTERİKLİYİ VƏ NƏTİCƏLƏRİN TƏQRİBİ 
PROQNOZLAŞDIRILMASI
Son  bir  əsr  ərzində  insanlar  təbii  mühiti  əhəmiyyətli  dərəcədə  dəyiş­
dirmişlər.  Bu,  ilk  növbədə,  dünya  əhalisinin  sayının  artması  ilə  izah  olunur. 
Hesablamalara görə, 2050­ci il üçün Yer kürəsində əhalinin sayı 10 milyarda 
çatacaq. Bu isə təbii resurslara (su, bitki və torpaq örtüyü, heyvanlar aləmi, 
istilik resursları və sair) tələbatın artmasına səbəb olacaq.
Sizcə, təbii fəlakətin nəticələri ərazilərə görə necə dəyişə bilər?
Təbii fəlakətlərin xüsusiyyət və miqdar baxımından artmasına əhalinin təh­
lükəli yerlərdə yaşayış məntəqələri salması da təsir göstərir.
Yer  kürəsində  təbii  fəlakətlərin  çoxalmasının  səbəblərindən  biri  də  qlobal 
iqlim dəyişkənliyidir. Bu da Yer kürəsinin müxtəlif regionlarında havanın tempe­
raturunun,  küləyin,  yağıntıların  illik  orta  göstəricilərinin  fərqli  olması  ilə  nəti­
cələnir.
Keçmişdə  iqlim  təbii  ardıcıllıq  və  dinamik  proseslər  nəticəsində  dəyişkənliyə  məruz 
qalırdı. 
  LAYİHƏ


145
Təbii fəlakətlərin əsas növlərinin siyahısı
Təbii fəlakət 
Əsas kriteriya 
Təsiredici amil və nəticələr
Zəlzələ
Gücü və ya intensiv­
liyi 12 bala qədər
Süxurun titrəməsi, çatlar, yanğınlar, 
partlayışlar, dağıntılar, insan tələfatı
Sel axını, 
sürüşmə
Axının kütləsi, sürəti
Daş­palçıq axını, insan tələfatı, 
maddi sərvətlərin məhvi
Güclü külək (qa ­
sırğa, burağan)
Küləyin sürəti
Küləyin gücü, maddi sərvətlərin 
məhvi, insan tələfatı.
Buzlaşma, qar 
yağması
Yağıntıların miqdarı 
12 saatda 20 mm­dən 
çox
Qar qalağının səviyyəsi, naqillərin 
qırılması, insan tələfatı 
Toz fırtınası
Küləyin sürəti
Küləyin gücü, əkinlərin və münbit 
torpaqların məhvi
Daşqın
Suyun səviyyəsinin 
qalxması
Qurunu su basması, dağıntılar,
insan tələfatı 
Sunami
Dalğaların hündür­
lüyü və sürəti
Qurunu su basması, dağıntılar, insan 
tələfatı
Zəlzələ
Törətdiyi ziyana, qurbanlara və dağıdıcı təsirlərə görə zəlzələnin tayı­bərabəri 
yoxdur. O, tektonik, vulkanik, uçqun təbiətli olmaqla meteoritlərin düşməsi nəti­
cəsində və ya dəniz suyu altında baş verə bilər. MDB­də il ərzində orta hesabla 
500, təkcə Yaponiyada isə 7500 zəlzələ qeydə alınır.
Zəlzələ  külli  miqdarda  azad  olan  enerji  ilə  bağlı  yer  qabığı  dərinliyində 
baş  verən  parçalanma  və  yerdəyişmələr  nəticəsində  qəflətən  yaranan 
yeraltı təkan lar, yaxud yer səthinin titrəməsidir.
Zəlzələ nəticəsində baş verən dağıntılar. Seysmik dalğalar zəlzələ mər­
kəzindən  çox  böyük  məsafələrə  yayılaraq  dağıntılar  və  kombinasiyalı  təsir 
ocaqları yaradır. Yeraltı zərbənin yaranma ərazisi zəlzələnin ocağı, ocağın mər­
kəzində  yerləşən  nöqtənin  yer  səthindəki  proyeksiyası  isə  episentr  adlanır. 
Güclü  zəlzələlər  zamanı  süxurun  bütövlüyü  pozulur,  tikililər  dağılır,  kom muni­
kasiyalar, energetik obyektlər sıradan çıxır, yanğınlar olur və insan tələfatı baş 
verir.  Zəlzələlər,  adətən,  müxtəlif  intensivlikli  xarakterik  səslərlə  müşayiət 
olunur ki, bunlar da ildırım çaxmalarına, gurultu və partlayış səslərinə bənzəyir. 
Bu  halda  hazırlıqlı  insanlar  üçün  ilk  saniyələr  də  xilasedici  ola  bilər.  Yaşayış 
  LAYİHƏ


146
rayonlarında  və  meşə  massivlərində  qalaqlanmalar,  böyük  ərazilərdə  torpaq 
sürüşməsi baş verir, avtomobil və dəmir yolları sürüşür, yaxud deformasiyaya 
uğrayır. Zəlzələ suyun altında baş verdikdə, böyük dalğalar (sunami) yaranır ki, 
bunlar da sahilyanı rayonlarda güclü dağıntılara və daşqınlara səbəb olur. 
Zəlzələ  dağ  və  qar  uçqunlarına,  sürüşmələrə,  subasmalara  da  səbəb  ola 
bilər.

  
1201­ci  ildə  Aralıq  dənizinin  şərqində  baş  verən  zəlzələ  zamanı  1  milyondan 
çox insan həlak olub.

  
2011­ci ildə Yaponiyada baş verən zəlzələ nəticəsində Yer kürəsinin fırlanma 
sürəti artıb, nəticədə gün 1,8 mikro saniyə qısalıb.

  
2015­ci ildə Nepalda baş verən zəlzələ nəticəsində Everest yüksəkliyi 2,5 sm 
azalıb.
  LAYİHƏ


147
Zəlzələlər 
Tikililərin zədələnmə xarakteri
Zəif (3 bala qədər)
Mülayim (4 bala qədər)
Divarlarda böyük çatlar. Suvağın tökülməsi, tüstü 
bacalarının uçması, süşələrin sınması
Güclü (5–6 bal)
Çox güclü (7 bal)
Qeyri­seysmik binaların xarici divarlarındakı çatlar, 
konstruksiyaların uçması, qapıların pərçimlənməsi
Dağıdıcı (8–10 bal)
Seysmik dözümlü binaların zəif dağılmaya məruz 
qalması, digərlərinin uçması
Qəza (11–12 bal)
Xarici konstruksiyaların uçması və binaların tam 
dağılması
Vulkan püskürməsi
“Vulkan”  sözü  qədim  Roma  mifologiyasına  əsasən  Od  tanrısı  olan  Vulkanın  adından 
götürülmüşdür. Vulkanla məşğul olan elm vulkanologiya adlanır.
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktivliyinə (fəaliyyətdə olan, 
sönmüş) və yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnif olunurlar.
Yerin 100 km dərinliyində, təxminən, 1000­1300°С temperatur mövcuddur. 
Bu istiliyin təsirindən ərimiş daş qarışığı maqmaya çevrilir. Təzyiq çoxaldıqca 
maqma litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. 
Vulkan  püskürməsi  zamanı  təkcə  közərmiş  maye  deyil,  həm  də  bərk  və  qaz 
halında  olan  maddələr  xaricə  çıxır.  Püskürmədən  sonra  vulkanın  aktivliyi  ya 
dayanır,  ya  da  o,  uzun  müddət  “mürgüləyir”.  Bu  zaman  vulkanın  özündə  və 
ətrafında maqmatik özəyin soyuması ilə müşayiət olunan aktivlik davam edir.
Vulkan  püskürməsi  nəticəsində  torpaq  üçün  zəngin  qida  ele mentləri  və  minerallar 
ətrafa yayıldığından həmin ərazidəki torpaqlar planetin ən münbit torpaqları hesab 
olunur.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə