Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

152
Xilasetmə işləri aşağıdakıları əhatə edir:

  
Hərəkət marşrutlarında və iş sahələrində (obyektlərində) yanğınların 
məhdudlaşdırılması və söndürülməsi; 

  
Zədələnmiş  adamların  axtarılması  və  onların  uçqunlar  altından, 
dağılan və yanan binalardan, qaz, su və tüstü ilə dolmuş otaqlardan 
çılxarılması;

  
Uçmuş və zədələnmiş mühafizə qurğularının açılması, oradan adam­
ların xilas edilməsi;

  
Uçqunlar  altında  qalmış  və  süzücü­havalandırma  sistemi  zədələn­
miş muhafizə qurğularına hava verilməsi;

  
Zədələnmiş adamlara ilk tibbi yardım və ilk həkim yardımı göstəril­
məsi, onların müalicə müəssisələrinə köçürülməsi;

  
Əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara çıxarılması;

  
Əhalinin  sanitar  təmizlənməsi,  paltarların,  texnikanın,  nəqliyyatın, 
müha fizə vasitələrinin, ərazinin, qurğuların, habelə ərzaq məhsulla­
rının və suyun zərərsizləşdirilməsi.
Fövqəladə  hallar  zamanı  ailənizin  təhlükəsizliyini  təmin  etmək  və  təşvişin 
qarşısını almaq məqsədilə ailə üçün plan hazırlanması tövsiyə olunur. 
  LAYİHƏ


153
Ailənin fövqəladə hallara hazırlıq planı:
  Yaşadığınız bölgə üçun xarakterik olan fövqəladə halları əvvəlcədən mü­
əyyən edin;
  Həmin fövqəladə hallara hazırlıq, onların qarşısının alınması və nəticələ­
rinin aradan qaldırılmasına dair davranış qaydalarını öyrənin, ailənin hər 
bir üzvünün bilməsinə əmin olun;
  Çalışdığınız  yerlərdə  (iş  yeri,  məktəb,  baxça  və  s.)  fövqəladə  hal  planı 
(təxliyə planı) ilə tanış olun;
  Ailə  üzvlərinizlə  kənarda  görüş  yeri  təyin  edin.  Əmin  olun  ki,  ayrı  düş­
dükdə hamı bir­biri ilə nə vaxt və necə əlaqə saxlayacağını bilir;
  Aidiyyəti qurumlardan başqa, fovqəladə hallar zamanı əlaqə saxlaya bilə­
cəyiniz yaxın bir adam müəyyən edin. Bütün ailə üzvləri o şəxsin telefon 
nömrəsini  və  ünvanını  bilməlidir.  Fövqəladə  haldan  sonra  həmin  şəxsə 
zəng edin, olduğunuz yeri və hər şeyin qaydasında olub­olmadığını söy­
ləyin;
  Ev heyvanı saxlayırsınızsa, fövqəladə hallar zamanı onun təhlükəsizliyini 
necə  təmin  edəcəyinizi  müəyyən  edin.  Çünki  ev  heyvanları  belə  hallar 
zamanı yaradılan sığınacaqlara buraxılmır.
Plan hazırlandıqdan sonra aşağıdakılara əməl edilməlidir:
– Ailənizlə fövqəladə hallara hazırlığı birlikdə müzakirə edin və əmin olun ki, 
hər kəs öz rolunu bilir;
–  Planınızı  mütəmadi  məşq  edin,  ailə  üzvlərinin  plan  haqqında  biliklərini 
müntəzəm olaraq yoxlayın;
–  Ehtiyat  çantasını  vaxtlı­vaxtında  yoxlayın,  istifadə  müddəti  bitmiş  məh­
sulları təzələyin.
Yadda saxlayın!
–  Fövqəladə  hal  baş  verən  zaman  “112”  qaynar  xəttinə  zəng  etməyi  və 
hansı məlumatları verəcəklərini uşaqlara öyrədin;
–  Qaz  və  elektrik  enerjisinin  şəbəkədən  necə  ayrıldığını  hər  kəs  öyrənib 
yadda saxlasın;
–  Vacib  sənədlərinizi  təhlükəsiz  yerdə  saxlayın  və  onların  bir  surətini 
etibar etdiyiniz şəxsə verin.
  LAYİHƏ


154
Fövqəladə hallara hazırlıq çantası (ehtiyat çantası)
Hazırlıq çantası – fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazır­
lanan və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır. Bu çanta hər 
zaman hazır vəziyyətdə əl altında olmalıdır.
Hazırlıq çantasına olan tələblər:
Çantanın parçası möhkəm, işıqqaytaran zolaqlı, su keçirməyən və yüngül, 
qayışları isə boyunuza uyğun, daşımaya rahat olmalıdır.
Hazırlıq çantasında aşağıdakılar olmalıdır:
  Quru qida məhsulları və su (mini­
mum 3 günlük qidalanma üçün 
yüngül, yer az tutan məhsullar);
  Tibbi yardım qutusu;
  Pul və sənədlər;
  Zəruri geyim əşyaları;
  Çoxfunksiyali bıçaq;
  Kibrit və ya alışqan;
  Şam;
  İynə və sap;
  Birdəfəlik istifadə üçun qab­
qacaq;
  Fit (yardım çağırmaq üçün);
  Gigiyena vasitələri (nəm və quru 
salfet, sabun və s.);
  Kiçik bloknot və karandaş;
  Kompas;
  Fənər və batareyalar;
  Telefon və qida bloku;
  Mümkündürsə, yataq torbası.
  LAYİHƏ


155
Yadda saxlayın ki, hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə 
uyğun olmalı, xarab ola bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.
1.  Xilasetmə işləri nələri əhatə edir?
2.  Ailənin fövqəladə hallara hazırlıq planını şərh edin.
3.  Hazırlıq çantasında nələr olmalıdır?
4.  Zəruri geyim əşyaları deyəndə nə başa düşürsünüz?
5.  Hazırlıq çantasındakı kiçik bloknot və karandaş nə üçün lazımdır? 
Fikirlərinizi əsaslandırın.
6.  Yaşadığınız yerin fərdi xüsusiyyətlərinə uyğun hazırlıq çantası yığın. 
Sual və tapşırıqlar
29.  KÜTLƏVİ QIRĞIN SİLAHLARININ TÖRƏTDİYİ 
FƏSADLARIN ARADAN QALDIRILMASI
Bir  hadisənin  qarşısını  almaq  onun  nəticələrini  aradan  qaldırmaqdan 
daha asandır. 
Heydər Əliyev
Kütləvi  qırğın  silahlarının  törətdiyi  fəsadların  aradan  qaldırılması  tə bii 
mənşəli dağıntıların aradan qaldırılmasından nə ilə fərqlənir?
Nüvə zədələnməsi ocağı
Nüvə zədələnməsi ocağı – nüvə partlayışının zədələyici amilləri nəti cəsində 
saysız­hesabsız binalar, qurğular dağılan, yanğınlar və radioaktiv zəhərlənmə 
baş verən ərazidir. Burada mü  hafizə olunmayan əhali kütləvi surətdə zədələnə 
bilər. 
Nüvə zədələnməsi ocağının 
ölçüləri, burada dağıntıların nəti­
cəsi və tələfat – nüvə sursatının 
gücü,  partlayışın  növü,  yaşayış 
məntəqəsindəki  tikililərin  xüsu­
siyyətləri,  yerin  relyefi  və  s. 
faktorlardan asılı olur.
Zədələnmə sahəsi
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə