Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

156
Dağıntıların  ehtimal  olunan  xarakterini,  aparılacaq  xilasetmə  işlərinin  həc­
mini  və  şəraitini  müəyyən  etmək  məqsədilə  nüvə  zədələnməsi  ocağını  dörd 
zonaya  –  tam,  güclü,  orta  və  zəif  dağıntılar  zonasına  ayırırlar.  Zədələnmə 
ocağı sahəsinin 13%­ni tam, 10%­ni güclü, 15%­ni orta, 62%­ni zəif dağıntılar 
zonası təşkil edir.
 
Bu zonalarda görüləcək xilasetmə işləri: 
Tam  dağıntılar  zonasında
  –  xilasetmə  işləri  aparılacaq  sahələrə  keçid  yolu 
düzəltmək və oradakı yanğını söndürmək; uçqun altında qalmış sığınacaq 
və daldalanacağa hava keçməsini təmin etmək; oradan insanları çıxarmaq, 
onlara tibbi yardım göstərmək və s.
Güclü dağıntılar zonasında
 
– yanğını söndürmək, uçqunlar altında və yanan 
binalarda  qalan  insanları  xilas  etmək;  uçqun  altında  qalan  sığınacaqları 
açmaq, oraya hava vermək; xilasetmə işlərinə təhlükə törədən zədələnmiş 
binaları və qurğuları dağıtmaq və s.
Orta dərəcəli dağıntılar zonasında
 – güclü yanğınları söndürmək; mühafizə 
qurğularının çıxış yerlərini açmaq, buradan və yanan binalardan insanları 
xilas etmək və s.
Zəif dağıntılar zonasında
 – ayrı­ayrı yanğınları söndürmək; yanan binalardan 
insanları xilas etmək, tibbi yardım göstərmək və s. 
Radioaktiv  zəhərlənmə  zonalarında  görülən  tədbirlər.  Burada  radiasiyanın 
səviyyəsini  müəyyən  etmək  üçün  kəşfiyyat  işləri  aparılır,  xəstəlik  və  ölümün 
sayı  hesablanır,  görüləcək  işlərin  (baytar  emalı,  heyvanların  müalicəsi  və  ya 
məhv  edilməsi,  tikilinin,  yemin,  suyun  dezaktiva si yası  və  s.)  həcmi  müəyyən 
edilir.  Radioaktiv  zəhərlənmə  zonasında  heyvan ların  mühafizə  və  saxlanma 
rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır.
Qapalı  şəraitdə  saxlanılan  heyvanlar  radioaktiv  maddələrdən  etibarlı  mühafizə  edilir. 
Tikilidən kənarda təhlükə sovuşmayana qədər onlar tikili daxilində saxlanılır.
Kimyəvi zəhərlənmə ocağı
Kimyəvi silah tətbiq olunan ərazilərdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi  zəhərlənmə  ocağı  kimyəvi  silahın  zəhərli  maddələri  (ZM)  və  ya 
güclü təsirlinə malik zəhərli maddələr (GTZM) nəticəsində həmin ərazidə əha­
linin, heyvanların və bitkilərin zədələnməsi baş verdiyi əraziyə deyilir. Kim yəvi 
zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici  maddələrin  işlədilməsi  miqya sından, 
  LAYİHƏ


157
növündən, tətbiq edilmə üsulundan, meteoreoloji şəraitdən və yerin relyefindən 
asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM­lə bilavasitə zəhərlənən əsas 
zonaya, ZM­in buxar və ya aerozolları yayılan ikinci zonaya ayrılır. GTZM­dən 
mühafizə  olunmaq  üçün  sənaye  əleyh qazlarından  və  xüsusi  respiratorlardan 
istifadə olunur.
Ərazinin, eləcə də kənd təsərrüfatı heyvanlarının saxlanıldığı yerin zəhər­
ləyici maddələrdən təmizlənməsi böyük qüvvə və vasitələrin sərfiyyatını tələb 
edir. Məsələn, 1 hektar sahədə deqazasiya işlərinin görülməsi üçün 10 ton de­
qazasiya  məhlulu  işlədilir.  Ona  görə  də  zəhərsizləşdirmə  yalnız  insanların 
yaşayaraq işlədiyi, heyvanların və ərzaqın saxlanıldığı ərazilərdə aparılır. Digər 
ərazilər  isə  xüsusi  məhdudedici  işarələrlə  qeyd  olunaraq  öz­özünə  zəhərsiz­
ləşdirmə üçün saxlanılır. Dağıdıcı amilin növündən asılı olaraq ərazinin, yemin, 
suyun  və  digər  əşyaların  zəhərsizləşdirilməsi  dezaktivasiya,  deqazasiya  və 
dezinfeksiya  adlandırılır.  Kənd  təsərrüfatı  heyvanlarının  saxlanılma  yerlərinin, 
ərazinin,  kənd  təsərrüfatı  texnikasının,  ərzağın,  suyun  təmizlənməsi  müxtəlif 
mexaniki, fiziki, kimyəvi, fiziki­kimyəvi və kombinə edilmiş üsullarla aparıla bilər.
Bioloji zədələnmə ocağı
Bioloji silah tətbiq olunan ərazilərdə bioloji zədələnmə ocağı yaranır.
Bakterioloji  (bioloji)  zədələnmə  ocağında  infeksion  xəstəliyin  yayılmasının 
qarşısını almaq üçün xüsusi rejim – karantin rejimi qoyulur.
Karantin – bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstə­
liyin  yayılmasının  qarşısını  almaq  və  yoluxmanı  aradan  qaldırmaq  məqsədilə 
yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktik tədbirlər sistemidir. Karan­
tinin məqsədi zədələnmə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldır­
maqdır. Rejimli tədbirlərə bunlar aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini 
kiçik  qruplara  bölmək,  komendant  xidməti  yaradaraq  əraziyə  giriş  və  çıxışı 
qadağan etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağa 
qoymaq, ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.
Epidemiya əleyhinə tədbirlər: 

 
Təcili profilaktika;

  
Xəstələrin  və  xəstələndiyi  şübhə  edilənlərin  müəyyənləşdirilərək  təcrid 
olun ması;

 
Onların qospitala göndərilməsi və müalicəsi;

 
Əhalinin sanitar təmizlənməsi;

 
Əra zinin, nəqliyyatın, əşyaların və mənzillərin dezinfeksiyası.
  LAYİHƏ


158
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər, tədris ocaqlarında dərs­
lər  dayandırılır,  bazarlar  və  əhalinin  kütləvi  yığıldığı  yerlər  bağlanır.  Fəhlə  və 
qulluqçular  profilaktik  sanitariya  təmizlənməsindən  keçirilir.  Karantin  zonasına 
yalnız mülki müdafiə qərargahı rəisi tərəfindən xüsusi icazəsi olanlar buraxılır. 
İşini  davam  etdirən  obyektlər  xüsusi  rejimə  keçirilir,  işçiləri  kiçik  qruplara  bö ­
lünür, onlar arasında əlaqə azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaq lar 
ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur. Ərzaq və su lazım gəl dikdə 
xüsusi  dəstələr  vasitəsilə  evlərə  çatdırılır.  Karantin  müddəti  axırıncı  xəstənin 
təcridindən,  şəxsi  heyətin  tam  sanitar  təmizlənməsi  və  yolux muş  obyektlərin 
dezinfeksiyası başa çatdıqdan sonra ləğv edilir. 
Kütləvi xəstələnmə təhlükəsi olmadıqda observasiya rejimi təyin olunur.
Observasiya  –  epidemiya  ocağında  yoluxucu  xəstəliklərin  qarşısını  almaq 
məqsədilə həyata keçirilən təcridetmə – məhdudlaşdırma və müalicə­profilaktik 
tədbirlər sisteminə deyilir.
Observasiya zamanı aşağıdakı işlər görülür:
1. Giriş­çıxış məhdudlaşdırılır;
2. İnfeksion xəstələrin müəyyənləşdirilməsi, təcrid edilməsi və hospitallaşdı­
rılması, əhalinin sanitar təmizlənməsi;
3. Təcili profilaktik tədbirlərin görülməsi, sanitar­gigiyenik və epidemiya əley­
hinə tədbirlərin gücləndirilməsi.
Observasiya  zamanı  bütün  müalicə­profilaktika  tədbirləri  olduğu  kimi  apa­
rılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında 
əhali tibb xidmətinin qoydugu bütün tədbirlərə ciddi riayət etməlidir. Profilaktik 
peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməli­
dir. Observasiya müddəti son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa 
çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu məq sədlə yara­
dılmış observasiya məntəqələrində yerləşdirilir, daimi nəzarət altında saxlanılır. 
Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxs­
lər arasında xəstələr aşkar edilərsə, onlar təcrid edilir, digərləri yenidən sanitar 
təmizləmədən keçirilir, otaqlar dezinfeksiya olunur, observasiya müddəti uzadılır. 
Bu müddət başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını 
tərk edir və onlara əmək qabiiyyətini itirmə vərəqəsi verilir, observasiya məntə­
qələrində son dezinfeksiya işləri aparılır. Karantin və observasiya zonalarında 
əhali  profilaktik  olaraq  antibiotik  və  digər  preparatlar  qəbul  edir.  Karantın  və 
observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya, dezinseksiya 
və deratizasiya həyata keçirilir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə