Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

159
1.  Nüvə zədələnməsi ocağının ölçüləri nələrdən asılıdır?
2.  Zədələnmə ocağının sahəsini hansı dağıntılar zonası təşkil edir?
3.  Nüvə zədələnməsi ocağında görüləcək xilasetmə işlərini şərh edin.
4.  Kimyəvi silah tətbiq olunan ərazilərdə hansı vəziyyət yaranır?
5.  Radioaktiv zəhərlənmə zonalarında hansı tədbirlər görülür? 
6.  Karantin və observasiya rejimini şərh edin.
Sual və tapşırıqlar
30.  FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNDƏN 
İSTİFADƏ QAYDALARI
Fərdi mühafizə vasitələri onlardan istifadə edən şəxsləri ətraf mühit dəki 
hər hansı zərərli maddələrdən və digər bu kimi təhlükələrdən qoru maq üçün 
istifadə  olunur.  Lakin  onlar  mühafizə  zamanı  son  ümid  vasi təsi  kimi  qəbul 
edilməlidir. Fərdi mühafizə vasitələri kollektiv mühafizə qurğusunu tam əvəz 
edə  bilməz.  Eyni  zamanda,  fərdi  şəkildə  istifadə  olunduqlarına  görə  onlar 
ümumi mühafizə sistemləri üçün əvəzedici vasitə kimi qəbul edilməməlidir.
Sizcə, fərdi mühafizə vasitələrinin istifadəsi bütün əhalinin təhlü kəsizliyini 
təmin edə bilərmi?
Süzgəcli ümumqoşun əleyhqazları
“Radon” süzgəcli ümumqoşun 
əleyhqazı  şəxsi  heyətin  tənəffüs 
orqanlarını, gözlərini və sifətini ha ­
vada qaz, buxar və aerozol halında 
olan  zəhərləyici  maddələrdən,  ra ­
dioaktiv  tozlar dan  qorumaq  üçün 
təyin olunub.
Əleyhqazın iş prinsipi nəfəs or­
qan la rını  ətraf  mühitdən  qorumaq 
və alı nan havanı zəhərli aerozol və 
buxarlardan  süzgəc  vasitəsilə  tə­
miz ləməkdən ibarətdir.
“Radon” 
süzgəcli əleyhqazı
  LAYİHƏ


160
Onun üz maskasının ən kiçik, kiçik, orta və böyük ölçüləri var. Şərti ölçüləri 
üz maskasının üzərində aşağıdakı formada yazılır:
Əleyhqazın 
ölçülərinin 
seçilməsi
Üfüqi
Şaquli
Ölçmənin nəticəsi
Tələb 
olunan 
ölçü
121 sm­ə qədər
1
121,5–126 sm­ə qədər
2
126,5–131 sm və daha 
çox
3
Əleyhqazın üzlük hissəsinin lazımi ölçü­
sünü tapmaq üçün Üfüqi və Şaquli ölçü kə­
miyyətləri (sm­lə) cəmləyir və lazımi ölçünü 
cədvəl üzrə müəyyən edirlər.
Üfüqi ölçü: qaşların üstü, qulaqların üst 
tərəfi  və  boyun  arxasından  keçən  dairəvi 
xətdir. 
Şaquli  ölçü:  kəllə  –  yanaq  –  çənəaltı 
dairəvi xətdir.
Süzgəcli  əleyhqazdan  istifadə  qaydaları.  Şəraitdən  asılı  olaraq  süzgəc 
tipli əleyhqaz “Yürüş”, “Hazır” və “Döyüş” vəziyyətində gəzdirilir. 
“Yürüş” və­
ziy yətində əleyhqaz çantası qayışı sağ tərəfdən keçirilməklə sol yandan asılır, 
yuxarı həddi kəmər səviyyəsində, qapağı çölə və bağlı olur. Yeriş zamanı sol 
əlin  hərəkətinə  mane  olmaması  üçün  çanta  arxaya  çəkilir.  Əleyhqaz 
“Hazır” 
vəziyyətə 
“Əleyhqazı hazırla” komandası ilə keçirilir. Bu komanda ilə əleyh­
qaz qabağa çəkilir, bağ ilə bel nahiyəsinə bərkidilir, çantanın qapağı açılır.
Əleyhqaz 
“Döyüş” vəziyyətinə “Qazlar”“Kimya həyəcanı” komandaları 
ilə, yaxud sərbəst olaraq radioaktiv çirklənmə, zəhərləyici maddələr, bakterioloji 
(bioloji) vasitələr aşkar edildiyi zaman keçirilir. Bunun üçün tənəffüs saxlanılır, 
gözlər yumulur, baş geyimi çıxarılır, hər iki əlin dörd barmağı ilə şlem­maskanın 
aşağı  hissəsinin  qalınlaşdırılmış  kənarından  tutaraq  (baş  barmaq  kənarda 
qalır) şlem­maska çənəyə, əllərin yuxarı və arxaya cəld hərəkəti ilə başa geyilir 
(bu zaman şlem­maskada qırışlar olmamalı, gözlüklər qovşağı gözlərin önündə 
olmalıdır), nəfəs tam buraxılır, gözlər açılır və tənəffüs bərpa edilir.
Əleyhqaz 
“Kimyəvi  həyəcan  sovuşdu”,  yaxud  “Əleyhqazı  çıxarın”  ko­
mandası ilə çıxarılır.
  LAYİHƏ


161
Respiratorlardan istifadə qaydaları
Respiratorların təyinatını 10­cu sinif proqramından artıq bilirik. 
Respiratorlar üç ölçüdə buraxılır. Onun hər hansı bir şəxs üçün seçilməsi 
həmin şəxsin alnı ilə burnunun birləşdiyi nöqtə ilə çənəsinin ən aşağı nöqtəsi 
arasındakı məsafəni ölçməklə aparılır. 
Respiratorun 
ölçülərinin 
seçilməsi
Ölçmənin nəticəsi
Tələb olunan ölçü
109 mm­ə qədər
1
110 mm­dən 119 mm­ə qədər
2
120 mm və çox
3
Respirator seçildikdən sonra geyilmə zamanı onun kipliyi yoxlanılır. Bunun 
üçün:
– Yarımmaska üzə geyilir, bu zaman burun və çənə yarımmaskanın içində 
olmalıdır;
–  Başlıq  elə  geyilir  ki,  bağ  başın  kəlləsində  olur,  lazım  gələrsə,  yarım­
maskanı çıxarıb bağın uzunluğunu tənzimləmək mümkündür;
– Sıxacı buruna sıxmaq lazımdır.
Yarımmaskanın üzə kipliyini yoxlamaq üçün nəfəsburaxma klapanının qoru­
yucu ekranının deşiklərini ovucla örtmək və yüngül nəfəs buraxmaq lazımdır. 
Əgər  bu  zaman  respiratorun  kənarlarından  hava  çıxmırsa  və  o,  azca  şişirsə, 
deməli,  respirator  düzgün  geyilmişdir.  Əgər  burun  pərlərinin  yanından  hava 
çıxırsa, onda burun sıxacı bir az bərk sıxılmalıdır. Bu zaman yenə də herme­
tiklik  alınmırsa,  onda  ölçünü  dəyişmək,  yoxlamadan  sonra  isə  onu  çantaya 
qoymaq lazımdır.
Şəxsi heyət onu 
“Respiratoru geyin” komandası ilə geyinir. Bunun üçün 
baş geyimini çıxarmaq, respiratoru çantadan götürüb geyinmək, paketi çantaya 
qoymaq və baş geyimini geyinmək lazımdır.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə