Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

148

  
Dünya üzrə 760­a yaxın fəaliyyətdə olan vulkan var ki, onların püskürməsi nəticə­
sində son 400 il ərzində 300 mindən artıq insan həlak olub. Vulkanlar zəlzələlərdən 
fərqli olaraq, daha az baş verir, lakin nəhəng kataklizmlərlə nəticələnir.

  
Santorin  adasında  (Egey  dənizi,  b.e.ə.  1470­ci  il)  vulkanın  püskürməsi  Aralıq 
dənizində mövcud olan sivilizasiyanın məhvinə səbəb olub. Vezuvinin püskürməsi 
isə  (eramızın  79­cu  ilində)  Pompey  şəhərinin  yox  olması  ilə  nəticələnib.  Sumatra 
adasında  (vulkan dan  40  km  məsafədə)  yüzlərlə  insan  diri­diri  yanıb,  stratosferə 
20 km
3
 kül tullanıb (vulkanik toz yer ətrafında, təxminən, iki dəfə dövr edib).
Çox  güclü  və  böyük  vulkanlar  “super  vulkan”  adlanır.  Onların  nəticələri 
uzunmüddətli  təsirə,  qlobal  iqlim  dəyişikliyinə  səbəb  olur,  təbiətə,  heyvanlar 
aləminə böyük itkilər verir. 
Vulkanların püskürdüyü rayonlarda epidemioloji nəzarət təyin edilir.
Lava
Krater
Maqma
Baş qol
Toz, kül və qaz
Vulkanın yaranma sxemi
Sürüşmə
Torpaq  sürüşmələri  geoloji  fəlakətlərin  ən  təhlükəli  növlərindən  biri  olub 
təsərrüfatlara, tikililərə, ətraf mühitə böyük zərər verir, itkilərə səbəb olur. Əsas 
  LAYİHƏ


149
zədələyici  faktorları  hərəkət  edən  dağ  süxurlarıdır.  Onların  təsiri  nəticəsində 
binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə massivləri süxur layları 
ilə örtülür, çayların yataqlarının dəyişməsinə və çoxsaylı insan tələfatına səbəb 
olur. Bir çox hallarda bu geoloji hadisələr dağlıq ərazidə yerüstü nəqliyyat üçün 
təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, avtomobil yollarını dağıdır, elek­
trik və rabitə xətlərini, neft kəmərlərini, yaşayış məntəqələrini sıradan çıxarır.
1911­ci  ildə  Pamir  dağlarında  baş  verən  zəlzələ  böyük  bir  sürüşməyə  səbəb  olub. 
Nəticədə,  Usoy  qışlağı  əhalisi  ilə  birlikdə  torpaq  kütləsinin  altında  qalıb.  Sürüşmənin 
Murqab  çayının  qarşısını  kəsməsi  nəticəsində  isə  yaxınlıq dakı  Saraz  qışlağı  yeni 
yaranmış göldə batıb. 
Sürüşmənin miqyası proses gedən sahə ilə xarakterizə olunur. Miqyasına 
görə  sürüşmələr 
nəhəng  –  400  ha  və  daha  çox,  çox  böyük  –  200–400  ha, 
böyük – 100–200 ha, orta – 50–100 ha, kiçik – 5–50 ha, çox kiçik – 5 ha kimi 
təsnif edilir.
İldırım
İldırım  atmosfer  hadisəsidir. 
Yağış  buludları  və  yer  arasında 
güclü elek trik boşalmaları il dırım 
əmələ gətirir. Belə boşalmalarda 
gər ginlik milyon volta çatır. 
Bir  tufanda  sərf  edilən  elek­
trik  enerjisi  kiçik  bir  şəhəri  il 
ərzində  elektriklə  təmin  etməyə 
bəs  edər.  Boşalmaların  sürəti 
100 min km/san, cərə yanın gücü 
isə 180 min amperə çatır. İldırı­
mın  kanalındakı  temperatur  gü­
nəş  səthindəkin dən  6  dəfə  çox 
olur,  ona  görə  də  ildırımın  vur­
duğu hər bir əşya yanır. İşıqla nan 
boşalma  kanalının  eni  70  m­ə 
çatır. Kanalda qızan havanın sürətlə geniş lən məsi nəticəsində ildı rım çaxma­
larının  səsi  eşidilir.  Yer  kürəsində  ildə  44  minə  qədər  ildırım  çaxır.  Onla rın 
davamiyyət  müddəti  bir  saata  çatır.  İldırım,  adətən,  hündür  yerləri,  ay  rıca 
dayanmış ağacları, texnikanı vurur. Suda və ona yaxın yerdə dayanmaq olmaz. 
  LAYİHƏ


150

  
Yəhudilər  Qüds  məbədini  mislə  örtülmüş  hündür  qüllələrlə  əhatə  etmişlər. 
Planetin ən ildırım təhlükəli rayonunda yerləşməsinə baxmayaraq, min illik tarixi 
ərzində o, bir dəfə də olsun ildırımdan zərər çəkməmişdir.

  
İnsanın  istifadə  etdiyi  ilk  şüşə  təbii  mənşəlidir.  İldırım  qumsal  yerə  düşdükdə 
qumu əridir və şüşə borucuğa çevirir.

  
1998­ci ildə Konqoda meydançaya düşən ildırım nəticəsində 11 nəfər futbolçu 
həlak olub.
Güclü qar yağması, qar yığınları, buzlaşma və uçqunlar
Bunlar əsasən qış fəsli ərzində müşayiət olunan təbiət hadisələridir. Güclü 
qar yağması bir neçə gün davam edib yolları, yaşayış məntəqələrini qarla örtür. 
Müasir texnologi yalar sahəsində təbiət hadisələri dəqiq olaraq proqnozlaşdırılır 
və adətən, fəlakət gözlənilən rayonlara vaxtında xəbərdarlıq edilir.
Dağ yerlərində qarın toplanması uçqunların yaranmasına səbəb olur, bun­
ların enməsi külli miqdarda qar və daşların yerdəyişməsinə səbəb olur. Hərəkət 
edən  kütlə  öz  yolunda  hər  şeyi  silib­süpürür  ki,  bu  da  qurbanlar  və  kommu­
nikasiyaların sıradan çıxması ilə nəticələnir. 
  LAYİHƏ


151
1938­ci ildə Yaponiyada qar uçqunu yaşayış binasını 800 m məsafəyə qədər sürüyüb 
aparmış  və  qayalara  çırparaq  dağıtmışdır.  2017­ci  ildə  isə  İtaliyanın  Peskara  vilayə­
tində mehmanxana binası qar uçqununun altında qalmışdır. 
Fəsadların aradan qaldırılması üçün maksimal miqdarda yük nəqliyyatı və 
yüklənmə  vasitələri  cəlb  edilir.  Magistralların  təmizlənməsi  və  yaşayışı  təmin 
edən əsas müəssisələrin (çörəkbişirmə, su kanalı, kanalizasiya) işinin fasiləsiz 
olması üçün tədbirlər görülür. 
1.  Təbii fəlakətlərin xüsusiyyət və miqdar baxımından artmasını necə 
izah edərdiniz?
2.  Təbii fəlakətlərin təsiredici amilləri və nəticələri barədə təqdimat 
hazırlayın.
3.  Zəlzələləri və tikililərin zədələnmə xarakterini şərh edin.
4.  Nəyə görə vulkanların püskürdüyü rayonlarda epidemioloji nəza rət 
təyin edilir?
5.  İldırım necə yaranır və hansı fəsadları var?
6.  Güclü qar yağması, qar yığınları, buzlaşma və uçqun hadisələrini 
dəqiq proqnozlaşdırmaq olarmı? Nümunələr göstərməklə şərh edin.
Sual və tapşırıqlar
28.  XİLASETMƏ TƏDBİRLƏRİ ZAMANI ƏHALİNİN HƏRƏKƏTLƏRİ
Dünyada  həm  təbii  fəlakətlərin,  həm  də  texnogen  qəzaların  artdığı  bir 
zamanda fövqəladə halların qarşısının alınması, baş verə biləcək hadisə lər 
zamanı təhlükəsizliyin təmin olunması hamını düşündürən mövzu olmalıdır. 
Hər  bir  vətəndaş  özünü,  ailəsini  müdafiə  etməyi,  digər  insan lara  yardım 
göstərməyi  bacarmalıdır.  Bu  məqsədlə  əhalidə  qəza  və  fəla kətlər  zamanı 
qabaqlayıcı  tədbirlərdə  iştrak  etmək  və  səriştəli  davran maq  vərdişlərinin 
formalaşdırılması olduqca əhəmiyyətlidir.
Fövqəladə  hallar  üçün  müəyyən  olunmuş  qaydalara  biganəlik  nə  ilə 
nəticələnə bilər?
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə