Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

137
– İnsanların oturması və hər 5 nəfərdən birinin uzanması üçün bir və ya iki 
mərtəbəli taxtlar; 
–  Bir  nəfər  üçün  gündə  3  litr  hesabı  ilə  iki  günlük  su  və  ərzaq  ehtiyatları 
saxlanılan qablar üçün yer;
– Avadanlıq və alətlər saxlanılan yer.
Elektrik şəbəkəsi və kanalizasiya sistemi olan binalardakı radiasiya dalda­
lanacaqları həmin şəbəkələrə qoşulur.
Yaşayış  binalarından  radia siya  daldalanacağı  kimi  istifadə  etmək  üçün 
qalın  (ən  azı  40  sm)  divarları  və  qapı­pəncərələri  az  olan  daş  binaların  içəri 
otaq la rından  istifadə  edilir.  Belə  bina ların  müha fizə  xassələrini  artır maq  üçün 
pən cərə  yerlərini  divar  qalınlığında  hörmək,  evin  damına  30–40  sm  qalınlıqda 
torpaq  tökmək  lazımdır.  İçəriyə  radio aktiv  toz  keçməsin  deyə  qapılar  kipləş­
dirilməli,  çərçi vənin  bütün  ətrafı  boyu  rezin,  brezent  və  ya  keçə  vurulmalıdır. 
İçəri tərəfdən qapıya qalın material dan tikilmiş pərdə asılmalıdır. Havanı dəyiş­
mək üçün binadakı bacalardan havasorucu boru kimi istifadə etmək olar.
Kənd yerlərində yerli və köçüb gələn əhali üçün radia siya daldalanacaqları 
kifa yət qədər ol madıqda binalardan kənarda radiasiya dal dala nacaqları tikmək 
lazımdır. Bunlara qazma tipli radiasiya daldalana caqları deyilir. Belə dal da lana­
caqların qoru yucu xassələri daha etibarlı olur. 
  LAYİHƏ


138
Sadə daldalanacaq
Sadə daldalanacaq – ən qısa müddətdə düzəldilən üstü açıq və ya örtülü 
xəndəklərdən, səngərlərdən, qazmalardan ibarət olur. Bu cür daldalanacaqlar 
kütləvi qırğın silahlarının zədələyici təsirini azaldır. Düşmən hücumu təhlükəsi 
olduqda bu iş əhalinin köməyi ilə ən qısa müddətdə həyata keçirilir.
Qazma  tipli  sadə  daldalanacaqlardan  müvəqqəti  yaşayış  üçün  istifadə 
etmək  olar.  Lakin  zəhərləyici  və  bakterial  maddələrdən  üstüörtülü  səngərdə 
mühafizə  olunmaq  mümkün  deyil.  Belə  hallarda  səngərlərdə  daldalanarkən 
fərdi  mühafizə  vasitələrindən  –  tənəffüs  üzvlərini  və  bədənin  səthini  qoruyan 
vasitələrdən istifadə edilməlidir.
Nəzərə almaq lazımdır ki, xəndəklər, səngərlər və digər sadə daldalana caq­
lar əhalinin mühafizəsi üçün əsas vasitə sayılmır, onlar yalnız yardımçı vasi tə lərdir. 
Bunlar əsas mühafizə qurğuları kifayət etmədiyi hallarda qısa müddətdə düzəldilir.
Fövqəladə Hallar Nazirliyinin mütəmadi keçirdiyi təlimlərin təcrübəsi göstərir ki, 10 nə­
fərlik səngər əl alətləri ilə 30–36 adam/saat ərzində hazırlanır.
Səngər  tikmək  üçün  relyefin  xarakteri  nəzərə  alınmalıdır.  Leysan  yağışlar 
yağarkən və qar əriyərkən su basa biləcək yerlərdə, torpağın sürüşmə ehtimalı 
olan ərazilərdə, magistral qaz, istilik, su kəmərləri yaxınlığında sən gər tikmək 
olmaz. Səngərlər bir­birindən, ən azı, 10 m məsafədə düzəldilməlidir.
1.  Mülki  müdafiənin  mühafizə  qurğularının  qoruyucu  xassələrinə 
görə hansı növləri var?
2.  İnsanlar sığınacaqda necə davranmalıdırlar?
3.  Zirzəmilərdə  və  digər  yeraltı  otaqlarda  radiasiya  daldalanacağını 
necə düzəltmək olar?
4.  Yerüstü  otaqları  (mənzili)  radiasiya  daldalanacağı  kimi  necə  dü­
zəlt mək olar?
5.  Qazma tipli yeraltı radiasiya daldalanacağını necə tikirlər?
6.  Sadə daldalanacaqların düzəldilməsi haqqında təqdimat hazırlayın.
7.  Radiasiya daldalanacağında adamlar necə davranmalıdırlar?
Sual və tapşırıqlar
  LAYİHƏ


139
26.  RADİASİYA, KİMYƏVİ VƏ BAKTERİOLOJİ 
KƏŞFİYYATIN TƏŞKİLİ
Radiasiya,  kimyəvi  və  bakterioloji  kəşfiyyat  mülki  müdafiə  qüvvələ rinin 
fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Sizcə,  radiasiya,  kimyəvi  və  bakterioloji  kəşfiyyat  mülki  müdafiənin  təş-
kilinə necə təsir edir?
Mülki  müdafiə  sistemində  aparılan  kəşfiyyatda  məqsəd  güclü  istehsalat 
qəzası, təbii fəlakət və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə 
dəqiq məlumatlar toplamaqdır.
Ən dəqiq, daha dol­
ğun kəşfiyyat növü 
sayılır və bütün 
mülki müdafiə qə­
rargahları tərəfindən 
təşkil edilir.
Zədələnmə ocaqla­
rında, təbii fəlakət 
və qəza rayonların  da 
ümumi vəziyyəti tez 
aşkar etmək üçün 
təyyarə və ya heli­
kop terlərdən apa­
rılır.
Sahillərdə, limanlarda, 
buradakı qurğularda 
vəziyyəti öyrənmək 
məqsədilə aparılır, yük ­
sək sürətli gəmilər və 
ya katerlər vasitəsilə 
icra edilir.
Yerüstü kəşfiyyat
Havadan kəşfiyyat
Dənizdən (çaydan) 
kəşfiyyat
Mülki müdafiə kəşfiyyatı
Mülki müdafiə kəşfiyyatının əsas vəzifələri
Sülh dövründə: 
– Ətraf mühitdə hava, su və torpağın, eləcə də maldarlıq, bitkiçilik məhsul­
larının  radioaktiv,  kimyəvi,  bakterial  maddələrlə  çirklənməsinə  vaxta­
şırı müşa hidə və laboratoriya nəzarəti aparmaq;
  LAYİHƏ


140
– Yoluxucu xəstəlik ehtimalı olan rayonlarda epidemik, epizootik və epi­
fitotik vəziyyətə müntəzəm nəzarət etmək. 
Müharibə dövründə:
–  İşlədilmiş  silahın  növünü,  zərbənin  nə  vaxt  və  haraya  endirildiyini, 
nüvə partlayışının gücünü və koordinatlarını təyin etmək;
–  Radiasiyanın  səviyyəsini,  zəhərləyici  maddənin  konsentrasiyasını  və 
zəhərli hava buludunun yayılma istiqamətini müəyyən etmək;
– Zədələnmə ocağının hüdudlarını müəyyənləşdirmək;
– Xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə 
dəyişdiyini daim müşahidə etmək. 
Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması qaydaları
Kəşfiyyatı  təşkil  etmək  bütün  mülki  müdafiə  rəhbərlərinin,  qərargahlarının 
və komandirlərinin vacib vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə ediləcək qüvvələri, ilk 
növbədə, hansı məlumatların toplanmasını və müddətlərini mülki müdafiə rəh­
bəri müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi məsuliy­
yət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə qərargah rəisinin müavinidir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə