Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

165
İndikator borucuqları – ZM­i təyin et ­
mək üçündür O, daxilinə doldurucu mad də 
və reaktivli ampulalar yerləşdi rilmiş, ucları 
lehimlənmiş şüşə borucuq lardan ibarətdir. 
Borucuqlar  rəngli  halqa  şəklində  haşiyə­
lərlə  işarələnmişdir.  Bu  haşiyələr  həmin 
borucuq  vasitəsilə hansı zəhərləyici  mad­
dənin təyin edildiyini gös tərir. 
Cihazın  dəstində  üç  növ  indikator  borucuqları  olur:  bir  qırmızı  haşiyəli  və 
qırmızı nöqtəli borucuqlar – zarin, zoman, V­qazları tipli ZM­i; üç yaşıl haşiyəli 
borucuqlar – fosgen, difosgen, sianid turşusu, xlorsianı; bir sarı haşiyəli boru­
cuq isə ipriti təyin etmək üçündür. Hər kağız kasetdə eyni işarəli 10 ədəd indi­
kator borucuğu yerləşir.
İndikator borucuqlarının uclarını aşağıdakı qaydada ayırmaq lazımdır:
 

 
sol əl ilə nasosu, sağ əl ilə indikator borucuğunu götürməli;

 
indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli;

  
borucuğun çərtilmiş ucunu nasosun başlığındakı çökək yerə basmaqla sın dır­
malı, bu qayda üzrə borucuğun digər ucunu da açmalı və nasosu işlətməli.
Nasosun işlədilməsi (vurulması) sürəti 1 dəqiqədə 50–60 hərəkətə bə ra bərdir.
Radiasiyaya nəzarət cihazları
Mülki müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya 
şəraitində  əhalinin,  mülki  müdafiə  qoşunları  və  hərbiləşməmiş  dəstələrin 
fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu 
şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
–   Zədələnmə  ocaqlarında  xilasetməni,  digər  təxirəsalınmaz  işlərin  təhlü­
kəsiz liyini və əhalinin həyat fəaliyyətini təmin etmək üçün şüalanmaların aşkar­
lan ması və ölçülməsi;
–   Dezaktivasiya  və  sanitariya  təmizlənməsi  keçirilməsi  zərurətini,  bunların 
keyfiyyətini  müəyyənləşdirmək,  habelə  zəhərlənmiş  ərzaq  məhsullarından  isti­
İndikator borucuqları
  LAYİHƏ


166
fadənin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlərin zə ­
hərlənmə dərəcələrinin ölçülməsi;
–   Radiasiya baxımından əhalinin və ayrı­ayrı adamların iş qabiliyyətini təyin 
etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;
–   Ərzaq  məhsullarının,  suyun  radioaktiv  maddələrlə  zəhərlənmə  dərəcə­
sinin laboratoriyalarda ölçülməsi. 
Dozimetrik  cihazları  təyinatına,  vericisinin  tipinə,  ölçülən  şüalan manın  nö­
vünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif 
etmək olar.
Target Identifinder spektral müşahidə cihazının tə ­
yinatı və texniki göstəriciləri. Target Identifinder spek tral 
müşahidə  cihazı  əldə  gəzdirilən  detektordur,  qamma  və 
neytron radioaktiv mənbələrin yerini müəyyən etmək, radi­
o nuklid spektral analizini aparmaq üçün təyin olunmuşdur.
Cihazın  işə  hazırlanması.  Cihazı  işə  salmaq  üçün 
elek trik təchizatı düyməsindən istifadə etməklə “LED” qır­
mızı “Həyacan” işarəsi işıqlanana qədər düyməni ba sırıq, 
bu zaman tabloda “ON” yazısı görünəcəkdir. Cihazı sön­
dür mək üçün isə səs siqnalları səslənənə və indikator tab­
losu  “POWER  OFF”  (enerji  təchizatı  kəsil mişdir)  deyənə 
qədər  düyməni  basırıq.  Bu  halda  tabloda  “OFF”  görü­
nəcəkdir.
Doza  səviyyəsini  ölçmək  üçün  mənbə  “Deso  Rate 
Mode”  rejimində  yerləş dirilir.  Mənbənin  yerinin  müəyyən  edilməsi  üçün 
“FİNDER  MİOD”  rejimindən,  mənbənin  tərkibinin  müəyyən  edilməsi  üçün  isə 
“İDENTİFİCATİON MODE” rejimindən istifadə edilir.
Polimaster  DKQ  RM1621A  tipli  fərdi  dozimetrinin  təyinatı  və  texniki 
göstəriciləri.  Polimaster  DKQ  RM1621A  tipli  fərdi  dozimetr  γ­  və  rentgen 
şüalanmasının ekvivalent dozasını, eyni zamanda ekvivalent dozasının gücünü 
ölçmək üçün təyin edilmişdir Cihazın işə hazırlanması üçün ancaq 2 düymədən 
istifadə olunur. 
    
Polimaster  DKQ  RM1621A  tipli 
fərdi dozimetr
1  –  detektor;  2  –  infra­qırmızı  şüa­
ları  qəbul  edici­ötürücü;  3  –  maye 
kristal  lövhə;  4  –  səsli  həyəcan  siq­
nalı; 5 – “LIGHT”/”SET” düyməsi, 
6 – MODE (iş rejimi) düyməsi, 7 – qida 
mənbəyi.
Target 
Identifinder cihazı
1 – sintilyator; 2 – 
indikator tablosu; 
3 – tənzimləyicilər. 
Çəkisi 1,25 kq­dır.
  LAYİHƏ


167
Cihazın işə hazırlanması və istifadə qaydası.
İlk  öncə  cihazı  işə  hazırlamaq  üçün  quraşdırma  rejiminə  “LIGHT/SET” 
düyməsi ilə daxil olmaq lazımdır. Bunun üçün “SET” düyməsini 5 saniyə basıb 
saxlamaq,  sonradan  isə  norma  hədlərini  quraşdırmaq  lazımdır:  doza  rejimini; 
doza səviyyəsi rejimini və hər biri üçün iki norma həddini.
“SET” (quraşdırmaq) rejimindən istifadə edərkən lazımdır:
– hazırda əks olunan rejim üzrə norma hədlərini quraşdırıb  “SET” (quraş­
dırma) düyməsini 5 saniyə basmaqla birinci norma həddini aktivləşdirmək;
–  yanıb­sönən  qiymətləri  dəyişmək  üçün  “MODE”  (rejim)  düyməsindən 
istifadə edərək “SET” düyməsini azacıq basmaqla növbəti qiyməti seçmək;
– “SET” düyməsini 5 saniyə basaraq 1­ci norma həddinin quraşdırılmasını 
sona çatdırmaq. 
–  ikinci  norma  həddini  quraşdırmaq  üçün  “SET”  düyməsini  cəld  basaraq 
vahidləri, rəqəmləri və onluqları seçmək;
–  yanıb­sönən  rəqəmlərin  qiymətini  artırmaq  üçün  “MODE”  düyməsindən 
istifadə edib “SET” düyməsini yenidən 5 saniyə basaraq “Display Mode“ (İndi­
kator rejimi) rejiminə (quraşdırmaların sonu) qayıtmaq;
–  doza  səviyyəsini  yenidən  quraşdırmaq  və  taymeri  sıfır  səviyyəsinə 
gətirmək üçün “SET” və “MODE” düymələrini birlikdə 5 saniyə basmaq.
Həyəcan siqnalı səsini kəsmək üçün istənilən düyməni basmaq olur. Əgər 
qiymət norma həddindən aşağı düşərsə, bu halda səs kəsilir.
1.  Müasir  zəhərləyici  maddələri  hissiyyat  orqanları  vasitəsilə  aşkar 
etmək nə üçün təhlükəlidir?
2.  Zəhərləyici maddələri təyin etmək üsulları barədə təqdimat hazır layın.
3.  ВПХР­in  köməyi  ilə  zəhərləyici  maddələri  təyin  etməni  yerinə 
yetirin.
4.  Şəxsi heyətin aldığı şüalanma dozalarını nəyə görə mütəmadi olaraq 
ölçmək lazımdır?
5.  İonlaşdırıcı  şüalanmaları  təyin  etmək  üsulları  haqqında  fikirlərinizi 
bildirin. 
6.  Dozimetrik cihazlar barədə təqdimat hazırlayın.
Sual və tapşırıqlar
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə