Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

178
Hər hansı zədə zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb 
ola bilər. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Qanaxmalar 
zamanı görülən tədbirləri artıq 10­cu sinifdən bilirsiniz.
Ağciyərlərdən  qa naxma  olarsa  (bu  za man  köpüklü  al  qırmızı  qan  gəlir), 
zərərçəkənə  yarımoturaq  vəziyyət  vermək,  döş  qəfəsi  üzə rinə  buz  döşəmək, 
öskürəyi  azaldan  dər manlar  vermək  lazım dır.  Qanlı  qusma  olarsa  (bu  zaman 
qusuntu  kofe  çöküntüsünə  ox şayır),  xəstəyə  tam  sa kitlik  verilməli,  qarnının 
üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.
Əzilmə,  burxulma,  çıxıqlar  za ­
manı zədələnmiş nahiyənin sakitliyini 
təmin etmək, buz qoymaq və xəstəyə 
ağrıkəsici dərman içirtmək lazımdır. 
Vaxtında  və  düzgün  göstərilmiş 
ilk yardım bir çoxlarının həyatını xilas 
edə  bilər,  bu  isə  hər  kəsin  insanlıq 
vəzifəsidir.
  LAYİHƏ


179
Müxtəlif travmaların, qəfləti xəstəliklərin əlamətləri 
və göstərilən ilk tibbi yardım
Zədələr, qəfləti 
xəstəliklər
Əlamətlər
İlk yardım
Yaralar
ağrı, dəri və selikli qişaların, 
bəzən  daha  dərin  qatların  və 
orqanların  zədələnməsi,  qa­
naxma
Yaranın  ətrafını  antiseptiklə 
(yod,  spirt,  izosol  və  s.)  iş­
ləmək.  Qanaxmanı  dayandır­
maq, sarğını oymaq.
Oynaqların gə  ­
rilməsi, vətərlə­
rin dartılması
ağrı, oynağın şişkinliyi, hərə­
kət zamanı oynaqda ağrı
Oynağa  sıxıcı  sarğı,  buz  qoy­
maq.  Ətrafı  bədəndən  yuxarı 
səviyyədə yerləşdirmək.
Çıxıqlar
oynağın  normal  vəziyyətin­
dən  oynaqətrafı  sümüklərin 
tərpənməsi, şiddətli ağrı, oy­
naqda  hərəkətin  qeyri­müm­
künlüyü
Oynağa  maksimal  rahatlıq  ya­
ratmaq  (bintlə,  mələfə  ilə, 
kəmərlə  sarğı).  Qeyri­tibb  işçi­
sinə çıxığı yerinə salmaq qada­
ğandır. Zərərçəkmişi təcili olaraq 
tibb müəssisəsinə çatdırmaq.
Sınıqlar
sümüyün  bütövlüyünün  po­
zulması. Ağrı, zədələnmiş ət­
rafın  hərəkətliliyinin  qeyri­ 
mümkünlüyü;  ətrafın  oxunun 
dəyişilməsi,  ətrafın  gödəl­
məsi
Taxtadan,  fanerdən,  kartondan 
şina  qoymaq.  Açıq  sınıq  za­
manı yaraya sarğı qoymaq. Ət­
rafın  sınığına  şübhə  az  olsa 
belə,  ətrafın  immobilizasiyası 
mütləqdir.
Qarın boşluğu 
orqanlarının 
açıq yaralan­
maları
qarın  boşluğunu  dələn  yara­
lar  qarın  divarının,  mədənin, 
mədəaltı  vəzinin,  dalağın, 
bağırsaqların,  qaraciyərlərin 
və s. orqanların zədələnməsi, 
zədənin ağırlığı çox vaxt baş 
verən  şokdan,  daxili  qanax­
madan və qarın divarının ilti­
habından  asılıdır.  Qarında 
şiddətli  və  sərt  ağrılar,  bat­
mış  və  ağrılı  qarın,  şok  mü­
şayiət olunur
Yaranın  üzərinə  sarğı  qoymaq. 
Xaric  olmuş  qarın  boşluğu 
orqanlarını daxilə salmağa cəhd 
etməmək,  orqanların  üzərinə 
steril  material  örtüb  xəstəni  tə­
cili  olaraq  xəstəxanaya  çatdır­
maq lazımdır. Həkimə qədər ilk 
tibbi  yardımı  göstərmək  vacib­
dir  (şok  əleyhinə  və  s.  tədbir­
lər).
  LAYİHƏ


180
Dəm qazı ilə 
zəhərlənmələr
baş ağrısı, başgicəllənmə, 
qulaqlarda  küy,  sinədə 
ağrı,  quru  öskürək,  göz 
yaşı nın axması, dəri örtük­
lərinin  qızarması,  ürək 
döyüntüsünün  şiddətlən­
məsi, huşun itirilməsi
Qazın  təsirini  kəsmək, 
təmiz  hava  vermək,  başa 
soyuq  su  tökmək,  naşatır 
spirtini  iylətmək,  huşun 
itirilməsi  və  ürək  fəaliy­
yətinin pozulması zamanı 
süni  tənəffüs  və  ürəyin 
qapalı  masajını  tətbiq 
etmək.
Quduz heyvanların və 
həşəratların dişləməsi
dişlənmiş və ya sancıl mış 
nahiyədə qızartı, şişkinlik 
və ağrı, ürək fəaliyyətinin 
zəiflə məsi, təngnəfəslik
Zədələnmiş  ətrafı  bədən­
dən  yuxarı  səviyyədə 
yerləşdirib  zərərçəkmişi 
uzatmaq.  İçməyə  çoxlu 
maye vermək. Zəruri yar­
dımın  göstərilməsi  üçün 
(zərdabın vurulması) zərər­
çəkmişi  təcili  olaraq  ya ­
xın  müalicə  müəssisəsinə 
çatdırmaq.
1. Hər hansı fövqəladə hadisə zamanı zərərçəkənə göstərilən ilk tibbi 
yardımın əhəmiyyətini əsaslandırın.
2. Sizcə, ilk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirləri 
müəyyən ardıcıllıqla icra etməyin səbəbi nədir?
3.  Zərərçəkənin  əlaltı  vasitələrlə  təxliyə  edilməsini  praktiki  yerinə 
yetirin.
4. Süni tənəffüsvermədən əvvəlki tədbirləri əsaslandırın.
5. Qanaxmanın saxlanmasını əl altında olan vasitələrlə praktiki yerinə 
yetirin.
Sual və tapşırıqlar
  LAYİHƏ


181
34.  RADİOAKTİV VƏ KİMYƏVİ ZƏDƏLƏNMƏLƏR ZAMANI 
İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏSİ
Fərdi tibbi qoruyucu vasitələr fövqəladə hadisələr zamanı ilk tibbi yardımın 
göstərilməsi  üçün  zəruri  olan  sadə  vasitələrdir.  Bunlardan  istifadə  etmə 
qaydalarını hər kəs bilməlidir.
Fərdi tibbi qoruyucu vasitələr müxtəlif fövqəladə hallar və qəzalar zamanı 
hansı əhəmiyyətə malikdir?
Texnogen  qəzalar,  təbii  fəlakətlər  zamanı  insanlar  zədələrə  məruz  qalıb 
zəhərli,  zəhərləyici  və  radioaktiv  maddələrin  təsirindən  zədələnir.  Bütün  bu 
hallarda  tibbi  qoruyucu  vasitələr  sizin  birinci,  ən  uyğun  və  sadiq  köməkçiniz 
olacaq.
Fərdi sarğı 
paketi
Fərdi 
dərman 
qutusu
Ev üçün 
dərman 
qutusu
Zəhərli 
kimyəvi 
maddələr 
əleyhinə 
paket
Fərdi tibbi qoruyucu 
VASİTƏLƏR
Fərdi sarğı paketi
Fərdi  sarğı  paketindən  yara  səthinə  birincili  sarğı  qoyulması  məqsədilə 
istifadə edilir. O, bintdən (10 sm enində, 7 m uzunluğunda) və iki ədəd pambıq­
cuna  yastıqcıqdan  ibarətdir.  Yastıqcıqlardan  biri  hərəkətsiz  halda  bintin  bir 
kənarına tikilib, digər yastıqcıq isə bint uzunu hərəkətlidir. Adətən, bint və yas­
tıqcıqlar  mumlanmış  kağıza  bükülmüş  halda  sellofan  və  ya  perqament  kağı­
zından olan üzlüyə (çexola) yerləşdirilir. Paketin içində eyni zamanda sancaq 
da olur. Üzlüyün üzərində paketdən istifadə qaydası yazılır.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə