Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

174
Əziz  gənclər,  sizin  sağlam  həyat  tərzinizi  formalaşdırmaq  hər  bir  ailə nin, 
vətəndaşın,  təhsil  işçisinin  borcudur.  Bu  işdə  siz  də  onlara  yardımçı  olun. 
Unutmayın,  ölkələr  sağlam  düşüncəli,  elmli,  yüksək  intellektli  və  vətənpərvər 
gənclər hesabına inkişaf edirlər.
1. Asudə vaxtınız səmərəli təşkil olunubmu?
2.  Yoluxucu  xəstəliklər,  yoluxma  mənbələri  və  bu  xəstəliklərə  yo­
luxmamaq üçün vacib olan tədbirlərlə tanışsınızmı? Fikrinizi əsaslan dırın.
3. Sağlam həyat tərzinin formalaşmasında müəllimlərin və valideyn­
lərin şəxsi nümunələrini şərh edin.
4. Siqaret çəkmənin, narkomaniyanın, spirtli içki qəbul etmənin orqa­
nizmə vurduğu ziyan haqqında təqdimat hazırlayın. 
5. Mobil telefonların, kompüterlərin və oturaq həyat tərzinin sağlam­
lığa mənfi təsiri haqqında təqdimat hazırlayın.
Sual və tapşırıqlar
  LAYİHƏ


175
33. FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI İLK TİBBİ YARDIM
Hər  hansı  fövqəladə  hadisə  zamanı  zərər  çəkmiş  şəxsin  həyatını  xilas 
etmək və sağlamlığının bərpası üçün ona göstərilmiş ilk tibbi yardımın böyük 
əhəmiyyəti var. Hadisə yerində bəzi tədbirləri yubanmadan həyata keçirməklə 
ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.
Fövqəladə hallar zamanı ilk tibbi yardım hansı bilikləri zəruri edir?
İstənilən  vaxtda  və  məkanda  baş  verə  biləcək  fövqəladə  hadisə  zamanı 
yaxınlıqda  tibb  işçisi  olmaya  bilər  və  bu  vaxt  digər  şəxslər  zərərçəkmişə  ilk 
yardım göstərməyə borcludurlar. Özünü itirmək və bacarıqsızlıq zərərçəkmişin 
vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə hər kəs ilk tibbi yardım qayda­
larını öyrənməli və ehtiyac olduqda həkim gələnə qədər yerinə yetirməlidir.
Təbii fəlakət zamanı insanlarda düşüncə və davranış dəyişikliyi, həyəcan, 
depressiya, əsəbilik, ağlama, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inam­
sızlıq,  yardım  qəbul  etməmək  və  s.  hallar  yaşanır.  Bunların  baş  verməməsi 
üçün hər kəsin maariflənməsi, müxtəlif fövqəladə hadisələrə əvvəlcədən hazır 
olması  vacibdir.  Fəlakət  zonasına  düşmüş  şəxs  özünü  ələ  almalı  və  təmkinli 
olmağa çalışmalıdır.
İlk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər 
üç əsas qrupa bölünür:
Birincisi,
 zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı 
və ya yuxarı hərarət, ağır əşya altında sıxılma və s.) təsirinin dərhal 
aradan  qaldırılması,  onun  əlverişsiz  şəraitdən  uzaqlaşdırılması  (su­
dan, yanan və ya qaz dolmuş yerdən çıxarılması və s.).
İkincisi,
  alınmış  zədənin  növündən  və  xarakterindən  asılı  olaraq  dərhal 
tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs 
verilməsi, yaralara sarğı qoyulması və s).
  LAYİHƏ


176
Üçüncüsü,
  ehtiyatlı  davranmaqla,  yaxud  hadisə  yerinə  təcili  tibbi  yardım 
çağırmaqla  zərərçəkənin  ən  qısa  müddətdə  yaxındakı  tibb  müəssisə­
sinə çatdırılması.
İlk  yardım  göstərərkən  hadisə  yeri  diqqətlə  nəzərdən  keçirilməli,  şərait 
qiymətləndirilməlidir.  Elə etmək lazımdır ki, yardım edən  özü də zərərli  təsirə 
mə ruz qalmasın (elektrik cərəyanı, uçqun və s). Əlavə travma almaması üçün 
zərərçəkəni düşdüyü əlverişsiz şəraitdən ehtiyatla çıxarmaq zəruridir. Onu sakit 
bir  yerdə  uzatmaq,  kəmərini  boşaltmaq,  yaxasını  açmaq,  üstünü  örtmək  və 
tibbi  yardım  çağırmaq  lazımdır.  Zərərçəkmi şin  vaxtında  tibb  məntəqəsinə 
çatdırıl ması onun həyatını xilas etmək üçün çox vacibdir. Bu zaman istənilən 
yolüstü nəqliyyatdan da istifadə etmək olar.
Əksər  hallarda  zərərçəkənə  yardım  göstərərkən  onun  paltarını  çıxartmaq 
lazım  gəlir.  Belə  olduqda  paltar  əvvəlcə  bədənin  salamat  tərəfindən  çıxarılır. 
Güclü qanaxmalar və yanmalar olduqda ən yaxşı üsul paltarı kəsib atmaqdır. 
Yanıb  dəriyə  yapışmış  paltarı  güc  tətbiq  etməklə  qoparmaq  qəti  qadağandır. 
Onu ehtiyatla kəsib götürmək lazımdır.
Zərərçəkmiş  huşsuz  vəziyyətdədirsə,  onun  başını  yana  çevirmək  lazımdır 
ki, qusuntu kütləsi tənəffüs yollarını bağlamasın. 
Ürək və tənəffüs fəaliyyəti dayanıbsa, bu heç də onun ölməsi demək deyil. 
Ürək fəaliyyəti və tənəffüsün dayanması çoxlu qan itirmə, tənəffüs yoluna yad 
cismin  düşməsi,  elektro travma,  suda  boğulma,  kəskin  zəhərlənmə,  uçqun 
altında qalma nəticəsində baş veribsə, dərhal ürəyin qapalı masajına və süni 
tənəffüsə başlamaq lazımdır.
  LAYİHƏ


177
Zərərçəkmiş  arxası  üstə  döşəməyə  və  ya  düz  yerə  uzadılmalıdır.  Yardım 
göstərən  şəxs  yan  tərəfdə  duraraq  əllərini  bir­birinin  üstündə  yerləşdirir  və 
xəstənin  döş  qəfəsinin  aşağı  hissəsinə  qoyaraq  öz  bədəninin  ağırlığı  ilə  döş 
qəfəsini  ritmik  şəkildə  (dəqiqədə  80–100  dəfə)  onurğa  sütununa  doğru  sıxır. 
Yardım göstərən tək olduqda hər 10 ritmik hərəkətdən sonra zərərçəkmişin ağ 
ciyərlərinə “ağızdan ağıza “ və ya “ağızdan buruna” 2 dəfə hava üfürür. Yardım 
göstərənlərdən  biri  ürəyin  qapalı  masajını  edir,  digəri  isə  süni  tənəffüs  verir. 
Ürəyin  qapalı  masajı  və  süni  tənəf füs  ürək  fəaliyyəti  bərpa  olanadək  davam 
etdirilir. Bu zaman zərərçək mişin yuxu arteriyasında nəbz vur ğusu əmələ gəlir. 
Sifətində,  dodaq la rında  göyərmə  azalır,  bəbək  refleksi  bərpa  olunur,  qan 
təzyiqi yüksəlməyə başlayır. 
Süni tənəffüs vermək üçün əvvəlcə zərərçəkənin ağız boşluğu, burnu qum­
dan,  torpaqdan,  lildən,  və  s.  təmizlənməli,  diş  protezi  varsa,  çıxarılmalıdır. 
Sonra  xəstənin  başı  geri  dartılır,  ağzına  təmiz  tənzif  və  ya  dəsmal  örtülür, 
burnu  barmaqla  sıxılır,  hava  sürətlə  zərərçəkənin  ağzına  üfürülür.  Bu  zaman 
döş qəfəsinin genişlənməsi havanın ağciyərlərə daxil olmasını göstərir. Xəstə­
nin tənəffüsü bərpa olunana qədər süni tənəffüs davam etdirilir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə