Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

168
Hərbi tibbi hazırlıq
 32. Sağlam həyat tərzinin formalaşdırılması
 33. Fövqəladə hadisələr zamanı ilk tibbi yardım
 34.  Radioaktiv və kimyəvi zədələnmələr zamanı ilk tibbi 
yardımın göstərilməsi
 35. Radioaktiv və kimyəvi zədələnmələrin tibbi profilaktikası
 36. Yoluxucu xəstəliklərə qarşı mübarizə
TİBBİ BİLİKLƏR VƏ 
İLK TİBBİ YARDIM QAYDALARI
  LAYİHƏ


169
  LAYİHƏ


170
32. SAĞLAM HƏYAT TƏRZİNİN FORMALAŞDIRILMASI
Sağlam həyat tərzinin formalaşdırılmasında insanın sağlamlığına müsbət 
təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın və 
idmanla məşğul olmağın təsiri böyükdür.
Sağlam həyat tərzini hansı amillər şərtləndirir?
Hörmətli gənclər, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu), hemo­
filiya (talassemiya), narkomaniya, alkoqolizm, xərçəng və s. xəstəliklərin geniş 
yayıldığı bir dövrdə yaşayırıq. Sağlamlıq haqqında biliklərə yiyələnmək və bu 
biliklərə riayət etmək hər kəsin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi 
hər  bir  yeniyetmənin,  gəncin  şəxsi  seçim  yolu  və  fərdi  davranış  sistemidir. 
Məktəblilərdə onun formalaşmasında valideynlərin və müəllimlərin şəxsi nümu­
nəsi xüsusi rol oynayır.
Siz “Həyat bilgisi”, “Biologiya”, “Çağırışaqədərki hazırlıq” fənlərini öyrənər­
kən  ekoloji  biliklərə  yiyələnməklə  yanaşı,  ekoloji  təfəkkürə  və  mədəniyyətə 
malik  şəxsiyyət  kimi  də  formalaşırsınız.  Asudə  vaxtınızın  səmərəli  təşkili  sizi 
zərərli vərdişlərdən çəkindirir, sağlam həyat tərzinə meyilləndirir. Ətraf mühitin 
qayğısına qaldıqca öz fiziki və mənəvi sağlamlığınız barədə də düşünürsünüz.
Zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, yanğın, eləcə də digər təbii fəla kət lər 
zamanı davranış və xilasolma qaydaları ilə tanış oldunuz. Təbii fəlakət zamanı 
  LAYİHƏ


171
insanların ilk yardıma nə qədər ehtiyacı olduğunu və bu yardımın onlar üçün nə 
qədər  önəm  daşıdığını  da  artıq  bilirsiniz.  İndi  isə  təbii  fəlakət  zamanı  zərər 
çəkən insanların xilas edilməsi, onlara yardım göstərilməsi kimi vərdişlərə yiyə­
lənmənin əsl vaxtıdır.
Oxuduğunuz təhsil müəsisəsində təşkil edilmiş ekoloji lövhələrdən yoluxucu 
xəstəliklər, yoluxma mənbələri və bu xəstəliklərə yoluxmamaq üçün profilaktik 
tədbirlərlə tanış olmalısınız.
Əziz gənclər, sağlam həyat tərzinizi təmin etmək üçün 
özünüzdə aşağıdakı cəhətləri mütləq 
formalaşdırmalısınız:
Özünə 
güvənmək
Müsbət nəticələr 
əldə edəcəyinə 
inanmaq
Yaşadığına görə 
hər gün sevinc 
duymaq
Rejimlə çalışmaq 
istirahət etmək
Nailiyyətlərə 
sevinmək
Zərərli 
vərdiş lərdən 
uzaq olmaq 
Rejimlə və sani­
tariya qaydalarına 
uyğun qidalanmaq 
Uğursuzluqlara 
nikbinliklə 
yanaşmaq
Unutmayın ki, xırda bir uğurun sevinci 
böyük nailiyyətlərə təkan verir.
  Özünü yaxşı hiss edirsənsə, bu sağlamlıqdır.
  Heç yerin ağrımırsa, bu sağlamlıqdır.
  Həyatda sevinməyinə heç nə mane olmursa, bu sağlamlıqdır.
  Səhər yuxudan xoş əhvali­ruhiyyə ilə oyanırsansa, bu sağlamlıqdır.
  LAYİHƏ


172
Cəmiyyətdə  gənc  nəslin  sağlam  yetisməsinə  mane  olan  problemlər  sıra­
sında  siqaretçəkmə,  narkomaniya  və  spirtli  içkilərin  istifadəsi  kimi  vərdişlər 
daha geniş yayılmışdır. Siqaretin insan orqanizminə nə qədər ziyan vurduğunu 
siqaret  çəkənlər  çəkməyənlərdən  daha  yaxşı  bilir.  Ömrünü  siqaret  çəkməklə, 
spirtli içki qəbul etməklə, narkotik maddələrə aludə olmaqla keçirmək sağlam­
lığına külüng çalmaq deməkdir.
Gənclərın  spirtli  içkilərə  qurşanması  bir  tərəfdən  onların  zehni  inkşafını 
zəiflədir, digər tərəfdən isə idmana, təhsilə, zəhmətə olan həvəsini söndürür. 
Spirtli içkiləri çox qədim zamanlardan “əqlin oğrusu” adlandırmışlar. Məşhur riyaziyyatçı 
Pifaqor  spirtli  içki  aludəçiliyini  “Sərxoşluq  ağılsızlığın  məşqidir”  sözləri  ilə  xarakterizə 
etmişdir.
Sağlam  böyüməniz,  hərtərəfli  inkişaf  etmiş  bir  şəxsiyyət  kimi  yetişməyiniz 
üçün özünüzdə erkən yaşlardan sağlam həyat tərzinə uyğun vərdişlər forma­
laşdır malısınız. Bu məqsədlə məktəblərdə fəaliyyət göstərən idman dərnəklə­
rində  (bölmələrində),  Uşaq­Gənclər  İdman  Məktəblərində  maraqlarınız  üzrə 
idmanla məşğul olmalısınız. Günə səhər gimnastikası ilə başlamalı, günün müx­
təlif vaxtlarında kross qaçışları həyata keçirməlisiniz. 
  LAYİHƏ


173
Təbii  sərvətlərdən  düzgün  istifadə  qaydalarını  öyrənmək  də  sizin  sağlam 
ruhlu, sağlam düşüncəli, bir sözlə, fiziki və mənəvi cəhətdən yetkin vətəndaş 
kimi tərbiyə edilmənizə kömək edər.
Müəllim­şagird  kollektivinin  maraqlı  oyun  formasında  birgə  təşkil  etdiyi 
tədbirlər, əlamətdar təqvim günlərinə həsr edilmiş spartakiadalar sağlam həyat 
tərzinizin formalaşmasında mühüm rol oynayır. 
●   
31  Dekabr  –  Dünya  Azər baycanlılarının  Həmrəyliyi  Gününə  həsr  edilmiş 
siniflərarası estafet yarış larının;
●   
5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş silsilə idman təd­
bir lərinın;
●   
7 Aprel – Ümumdünya Sağlamlıq Gününün;
●   
Tədris ilinin başa çatması münasibətilə hərbi idman bayramının 
keçirilməsinin  əsas  məqsədi  insan  orqanizmi  üçün  çox  vacib  olan  sağ lamlığı 
möhkəmləndirməyə maraq yarat maqdır.
 
Sağlamlıq  günü  təşkil  olunan  “Sağlam  həyat  tərzi  nədir?”,  “Ekologiya  və 
insan sağlamlığı” və s. mövzularda viktorinalarda, dəyirmi masalarda fəal işti­
rak  etmək  təkcə  fiziki  cəhətdən  deyil,  həm  də  mənəvi  cəhətdən  sağlam  bir 
vətəndaş kimi formalaşmağınızda mühüm rol oynayır. 
Mobil  telefonlar,  kompüterlər  və  oturaq  həyat  tərzi  sağlamlığınıza  mənfi 
təsir edir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə