Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

162
Respiratorun  çıxarılması  əleyhqazların  çıxarılması  üçün  verilən  komanda­
larla icra olunur.
Respiratoru çıxardıqdan sonra yarımmaskanı çırpmaqla onun xaricı hissə sin­
dən tozu kənar edərək dezaktivləşdirmək lazımdır. Yarımmaskanın daxili səthi 
nəm tamponla silinir, sonra qurudulur, paketə qoyulur və çantada saxlanılır.
Dərinin qorunma vasitələri
Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrində  silahlanmada  olan  müasir 
YMK­1  yüngül  mühafizə  kostyumu  şəxsi  heyətin  dəri  səthlərini,  geyim  və 
ayaqqabılarını  zəhərləyici  maddələrdən,  radioaktiv  tozlardan,  kimyəvi  və  bak­
terioloji vasitələrdən qorumaq üçün təyin olunub.
YMK­1  kostyumu  xüsusi  qorunma  paltarına  aiddir.  O,  çirklənmiş  zona­
ların radiasiya, kimyəvi, bakterioloji kəşfiyyatının, ələ keçmiş qurğuların 
və əmlakın xüsusi kəşfiyyatının, ekspertizasının aparılması zamanı istifadə 
üçün nəzərdə tutulmuşdur.
YMK­1 kostyumunun materialı kamuflyaj edilmiş, nəfəs almaq üçün yararlı 
təbəqəsi  olan,  su  keçirməyən  qoruyucu  parçadandır.  Zəhərləyici  maddələrlə 
zəhərlənmiş  YMK­1  kostyumunun  xüsusi  təmizlənməsi  həyata  keçirilir,  sonra 
isə yenidən istifadə edilir.
YMK­1  gödəkçədən,  şalvar  ilə  birlikdə  kəmərdən,  uzunboğaz  rezin  çək­
mədən, beşbarmaqlı rezin əlcəkdən və 2 ədəd çantadan ibarətdir.
YMK­1 kostyumu (gödəkçə və şalvar) üç ölçüdə (boyda) hazırlanır:
1) Birinci boyu 
165 sm­ə qədər
2) İkinci boyu
165 sm­dən 172 sm­ə qədər
3) Üçüncü boyu
172 sm­dən çox
Rezin çəkmələr
– 42; 44; 46 və 48 ölçülərdə hazırlanır
  LAYİHƏ


163
1.  Süzücü  ümumqoşun  əleyhqazı  olan  “Radon”un  təyinatını  şərh 
edin.
2.  Süzücü əleyhqazdan istifadə qaydalarını praktiki göstərin.
3.  Özünüzə görə respirator ölçülərini müəyyən edin.
4.  YMK­1 yüngül mühafizə kostyumunun təyinatını şərh edin.
5.  Əleyhqazın,  yaxud  respiratorun  geyinilməsi  normativini  yerinə 
yetirin.
6.  YMK­1 kostyumunun geyinilməsi normativini yerinə yetirin.
Sual və tapşırıqlar
Fərdi mühafizə vasitələrinin geyilməsi üzrə bəzi 
NORMATİVLƏR
N
Normativin 
adı
Normativin yerinə yetirilmə şərti 
(qaydası)
Öyrədilən­
lərin ka­
teqo riyası 
(bölmə)
Vaxta görə qiymət
“əla”
“yaxşı” “kafi”
F.1 Əleyhqazın, 
yaxud 
respiratorun 
geyinilməsi
Gözlənilmədən “Qazlar” və ya 
“Respi ratoru geyin” komandası 
verilir. Öyrədilənlər əleyhqazları 
və ya respiratorları geyinirlər. 
Vaxt komanda verilən andan 
baş geyiminin geyinilməsinədək 
hesablanır.
Qeyd: Surətdə əleyhqazın, məxrəсdə 
isə respiratorun geyinilmə vaxtı 
göstərilib.
Hərbi 
qulluqçu
Heyət 
(manqa)
Taqım
7 san
11 san
8 san
12 san
9 san
13 san
8 san
12 san
9 san
13 san
10 san
14 san
10 san
14 san
11 san
15 san
12 san
17 san
N
Normativin adı
Normativin yerinə yetirilmə şərti 
(qaydası)
Öyrədi­
lənlərin 
kateqo riyası 
(bölmə)
Vaxta görə qiymət
“əla” “yaxşı” “kafi”
F.5 Yüngül qoruyucu 
kostyumun
(YMK­1) və 
əleyhqazın 
geyinilməsi.
“Yüngül qoruyucu kostyumunu 
geyin”, “Qazlar” komandaları ilə 
öyrədilənlər yüngül qoruyucu 
kostyumu və əleyhqazları 
geyinirlər.
Hərbi 
qulluqçu
4 dəq 4 dəq 
20 san 
5 dəq 
10 san 
  LAYİHƏ


164
31.  KİMYƏVİ KƏŞFİYYAT VƏ RADİASİYAYA NƏZARƏT 
CİHAZLARINDAN İSTİFADƏ QAYDALARI
Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün kimyəvi kəşfiyyat 
cihazlarından  istifadə  olunur.  Müasir  zəhərləyici  maddələri  hiss  orqanları 
vasitəsilə aşkar etmək heç də həmişə mümkün deyil. Onların çoxunun heç 
bir  iyi,  rəngi,  qıcıqlandırıcı  xassələri  yoxdur.  Bir  sıra  mad dələrin  zəhərlilik 
dərəcəsi o qədər yüksəkdir ki, onları iyinə və ya qıcıq landırıcı təsirinə görə 
aşkar etmək cəhdi zəhərlənmələrlə nəticələnə bilər.
Kimyəvi kəşfiyyat təşkil edilib aparılmazsa, nə baş verər?
Kimyəvi kəşfiyyat cihazları
Müşahidə yolu ilə, yəni əşyanın səthindəki zəhərli maddənin damcılarına və 
ləkələrinə, yaratdığı buludun və zəhərlənmış bitki yarpaqlarının rənginin dəyiş­
məsinə görə onlardan bəzilərini təxmini olaraq aşkar etmək mümkündür.
ВПХР qoşun kimyəvi kəşfiyyat cihazı 
Təyinatı və quruluşu. ВПХР (QKKC) qoşun kimyəvi kəşfiyyat cihazı havada, 
ərazidə, müxtəlif texnikaların (obyektlərin) səthində zəhərləyici mad dələri təyin 
etmək üçündür. O, havada, ərazidə, müxtəlif texnikaların (obyektlərin) səthində 
zarin, zoman, iprit, havada V­qazları, fosgen, difosgen, sianid turşusu, xlorsian 
tipli ZM­in mövcudluğunu müəyyən edir 
  
ВПХР qoşun kimyəvi kəşfiy yat 
cihazı 
1 – əl nasosu; 2 – nasosun uc luğu; 
3 – qoruyucu qapaqlar; 
4 – tüstü əleyhinə süzgəclər
5 – qızdırıcı patronlar; 6 – elek trik 
fənəri; 7 – qızdırıcı; 8 – mil; 9 – 
indikator borucuqları yığıl mış 
kağız kasetləri; 10 – kürək; 11 – 
daşımaq üçün çiyin qayışı. Cihazın 
çəkisi təxminən 2,2 kq­dır.
Bir gün italiyalı kimyaçı Fransa kralı XIV Lüdovikə müraciət edərək özünün ixtira etdiyi 
bakterioloji silahı silahlanmaya qəbul etməsini xahiş edir. Kral nəinki bu təklifdən imtina 
edir, hətta silahın sirrini başqa ölkələrə satmaması üçün ona ömürlük təqaüd ödəyir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə