Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

190
Dezaktivasiyanın  həyata  keçirilməsinə  nəzarət  dozimetrik  və  radiometrik 
cihazlarla yerinə yetirilir.
Paltarların qismən dezaktivasiyası
1.  Radioaktiv  və  kimyəvi  maddələrin  zərərsizləşdirilməsi  üsullarını 
izah edin.
2.  Paltarların  silkələnməsi  zamanı  küləyin  istiqamətindən  yararlan­
manı necə təsəvvür edirsiniz?
3. Deqazasiyanın aparılma üsullarını praktiki göstərin.
4. Dezinfeksiyanın növləri haqqında təqdimat hazırlayın. 
5. Cari dezinfeksiya hansı məqsədlə aparılır?
6. Dezaktivasiya necə həyata keçirilir?
Sual və tapşırıqlar
  LAYİHƏ


191
36. YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI MÜBARİZƏ
Yoluxucu xəstəliklər təsadüfi olmayıb, bəşər tarixi ilə birlikdə inkişaf edən 
və  dəyişən  qanunauyğunluqdur.  Bir  infeksiyanı  başqası  əvəz  edir,  bununla 
da, onların profilaktikasının yeni problemləri yaranır.
Yoluxucu xəstəliklərə yoluxmamaq üçün nə etməliyik?
Havalar  soyuduqda  bir  çox  yoluxucu  xəstəliklərin  sayı  artmağa  başlayır. 
Yoluxucu  xəstəliklərin  qarşısını  almaq  üçün  görülən  tədbirlər  onların  azalma­
sına, bəzilərinin törədicilərinin tamam məhv olmasına səbəb olur. 
İnfeksion  xəstəliklər  üzrə  profilaktik  tədbirlər  ümumi  və  xüsusi  olmaqla  iki 
qrupa bölünür.
Ümumi  profilaktika  tədbirləri  qrupuna  əhalinin  maddi  rifah  halının  yüksəl­
dilməsinə, tibbi təminatın, əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına yönəl­
dilmiş  dövlət  tədbirləri,  habelə  yaşayış  məntəqələrinin  tikintisi  və  səmərəli 
planlaşdırılması tədbirləri, yoluxucu xəstəliklərin profilaktikasında, ləğv edilmə­
sində uğur qazanmağa imkan verən bir çox başqa tədbirlər aid edilir.
Rejimli tədbirlər kompleksində xəstənin qab­qacağının, dəyişəyinin, otağının 
və işlənən alətlər kompleksinin dezinfeksiyası mühüm yer tutur.
Hospitala  yerləşdirilmiş  xəstələrin  səmərəli  kompleks  terapiyası  yoluxucu 
xəs təliklər barəsində görülən profilaktik tədbirlərdən biri sayılır. Xəstə tam klinik 
sağaldıqdan  və  hər  bir  infeksiya  üçün  yenidən  yoluxma  ehtimalının  müəyyən 
edilmiş müddəti keçəndən sonra stasionardan çıxarılır.
Sanitar­gigiyenik_Dezinseksiya_tədbirləri'>Xüsusi qrupa yönəldilmiş 
bütün profilaktik tədbirlər 
üç əsas qrupa bölünür
Sanitar­gigiyenik
Dezinseksiya 
tədbirləri
Dezinfeksiya
  LAYİHƏ


192
yoluxucu xəstəlik 
daşıyıcıları ilə 
təmasın kəsilməsi
Sanitar­
gigiyenik 
qaydalar
təmasda olduqdan 
sonra mütləq əlləri 
sabunla yumaq
gigiyena 
qaydalarına 
ciddi riayət etmək
qoruyucu 
maskalar dan 
istifadə etmək
otağın havasını 
tez­tez 
dəyişmək
ətrafı nəm əski ilə 
tez­tez silmək
təmiz havada 
olmaq
İnfeksiya mənbəyinin ötürülmə yollarına təsir edən profilaktik tədbirlər, infek­
sion  xəstəlik  ocaqlarında,  ictimai  yerlərdə  (vağzallarda,  nəqliyyatda,  məktəb­
lərdə və s.) aparılan işlər 
dezinfeksiyaya
 aiddir. 
Tənəffüs  yollarının  infeksiyaları  (qızılca,  məxmərək,  difteriya,  skarlatina, 
qrip və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq üçün 
tədbirlərin  aparılması  bağırsaq  infeksiyalarındakına  nisbətən  böyük  çətinlik 
törədir. Tənəffüs yollarının törədici mikrobları olan, xarici mühitdə azdavamlı infek­
siyalarda  (qızılca,  suçiçəyi,  məxmərək,  epidemik  parotit)  dezinfeksiya,  demək 
olar ki, tətbiq edilmir. Dezinfeksiya əsasən skarlatina və difteriya zamanı apa­
rılır.
Transmissiv  infeksiyaların  qarşısını  almaq  üçün  törədici  mikrobları  yayan 
qansoran  gənələrin,  həşəratların  məhv  edilməsinə  yönəldilmiş 
dezinseksiya 
vasitələri böyük əhəmiyyət kəsb edir. Həmçinin yoluxdurucuların dişləməsindən 
və hücumundan kollektiv və fərdi qorunma tədbirləri tətbiq olunur.
Süni  aktiv  immunitet  yaratmaq  məqsədilə  vaksinlə  profilaktika  tətbiq 
edilməlidir. Bunun üçün immun serumlardan istifadə edirlər. Peyvəndlər yalnız 
tibbi idarələrdə aparılır.
Süni aktiv immunitet vaksin yeridildikdən dərhal sonra deyil, müəyyən vaxt 
keçdikdə yaranır. Bu, adətən, bir neçə həftə çəkir.
  LAYİHƏ


193
Yoluxucu xəstəliklərə yoluxma və onlardan qorunma yolları
Yoluxucu xəstəliyin 
adı
İnsanın xəstəliyə 
yoluxma yolları
İnsanın yoluxucu xəstəlikdən 
qorunma yolları
Qrip
Virus xəstəliyidir. 
Hava­damcı yolu ilə 
yayılır.
Şəxsi gigiyena qaydalarına 
əməl etməklə qorunmaq olar. 
Gigiyena qaydalarına ciddi 
riayət etmək, bayırdan gələndə, 
yeməkdən qabaq, xəstələrlə 
təmasdan dərhal sonra əlləri 
sabunla təmiz yumaq lazımdır. 
Rejim üzrə çimmək, dəyişəyi 
tez­tez dəyişmək, qoruyucu 
maskadan istifadə etmək 
(onları hər 4 saatdan bir 
dəyişmək), zəngin vitaminli 
qidalar qəbul etmək, fiziki 
aktivliyi artırmaq, təmiz 
havada olmaq vacibdir.
Viruslu hepatit 
(sarılıq və ya 
Botkin xəstəliyi
Su, qida vasitəsilə və 
gigiyena qaydaları 
pozulduqda yoluxur.
Taun
Siçan, siçovul və 
qansoran həşəratlar 
tərəfindən yoluxur.
Qoturluq
Qotur gənəsi 
vasitə silə yoluxur.
Yoluxucu xəstəliklərin əlamətləri və onlarla mübarizə üsulları
Yoluxucu 
xəstəliyin adı
Yoluxucu xəstəliyin 
nəticələri
Yoluxucu xəstəliyə tutulmuş in­
sanın xəstəliklə mübarizə üsulları
Qrip
Titrəmə, yüksək 
hərarət, öskürmə, 
boğaz ağrısı, 
ümumi zəiflik
Vitaminlərlə zəngin qidalar qəbul 
etmək, soyuqdan qorunmaq, qoru­
yucu maskadan istifadə etmək. 
Ota ğın havası tez­tez dəyişdirilmə­
li, nəm əsgi ilə otaq tez­tez silin­
məlidir.
Viruslu 
hepatit 
(sarılıq və 
ya Botkin 
xəstəliyi)
Ümumi zəiflik, 
iştahasızlıq, yüksək 
hərarət, dəri və 
gözün ağının saral­
ması, qaraciyər 
zədələnməsi
Yataq rejimi, pəhriz, fərdi gigiyena 
qaydalarına riayət etmək. Otağın 
havası tez­tez dəyişdirilməli, nəm 
əsgi ilə otaq tez­tez silinməlidir. 
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə