50
Maqnitin neçә qütbü var vә onlar necә tәyin edilir?
Araşdırmadan məlum oldu ki, sapdan asılan maqnit hansı istiqamətdə fırladılma-
sına baxmayaraq, o, bütün hallarda eyni vəziyyət – şimal-cənub istiqamətini alır. Bu
onunla əlaqədardır ki, Yer kürəsi iki maqnit qütbünə malikdir (bax: §2.4). Ona görə
də Yerin Şimal coğrafi qütbünə istiqamətlənən maqnit qütbü şimal (
N
–
ingilis sözü
North), Yerin Cənub coğrafi qütbünə istiqamətlənən maqnit qütbü isə cənub (
S
–
ingilis sözü
South) adlandırıldı. Laboratoriya maqnitlərinin qütblərini fərqləndirmək
üçün onları, adətən, iki rənglə boyanır: şimal (
N
) tərəfi göy (və ya ağ), cənub (
S
)
tərəfi isə qırmızı. Rənglərin sərhədi maqnitin orta xəttinə uyğundur.
Yalnız bir qütbü olan maqnit mövcuddurmu? Maqnit ixtiyari istiqamətdə iki
(və ya daha çox) hissəyə bölünərsə, bu hissələr, hər biri –
şimal vә cәnub qütb-
lәrindәn ibarәt kiçik maqnitә çevrilәr (
e
). Bu o deməkdir ki, ixtiyari maqnit hər biri
iki qütbdən ibarət çoxlu sayda kiçik maqnitlərdən ibarətdir
(
f
).
Hәr bir maqnitin mütlәq iki qütbü olur: şimal (N) vә cәnub (S). Maqnitlәrin müx-
tәlifadlı qütblәri bir-birini cәzb edir, eyniadlı qütblәri isә bir-birini itәlәyir.
Maqnitin bu xassəsindən praktikada geniş istifadə olunur, məsələn,
maqnit әqrә-
bindә.
Maqnit әqrәbi – iki qütbə malik kiçik sabit maqnitdir. O, yüngül təbəqə poladdan
hazırlanır. Əqrəbin ortasında şüşədən yataq vardır. Bu yataq itiuclu milə söykənir,
onun sayəsində əqrəb üfüqi müstəvidə istənilən tərəfə asanlıqla dönür. Əqrəbin şimal
qütbü Yer kürəsinin Şimal, cənub qütbü isə Yerin Cənub coğrafi qütbünə doğru yö-
nəlir.
Kompasın əsas
hissəsi maqnit əqrəbidir (
g
).
Maqnitin qütblərinin təyin edilməsi.
Təchizat: dielektrik ştativ, ipək sap, düz maqnit.
İşin gedişi:
1.
Maqniti dielektrik ştativdən üfüqi vəziyyətdə elə asın ki, o, sap
ətrafında sərbəst fırlana bilsin (diqqət edin ki, maqnitin yaxınlığında
dəmir əşyalar olmasın). Bu zaman sapdan asılan maqnitin sükunət
vəziyyətində uclarının hansı istiqamətdə durduğuna diqqət edin.
2. Maqniti azacıq fırlatmaqla tarazlıqdan çıxarın və onun yenidən
sükunət halını aldığı vəziyyəti izləyin
(
d
).
Nəticəni müzakirə edin:
Sapdan asılan maqnit sükunət halında hansı vəziyyət alır: onun ucları
Yerin hansı qütbünə yönəlir?
Araşdırma
3
(e)
(f)
Cənub
Şimal
(d)
LAYİHƏ
2
51
• II fəsil •
Maqnit sahəsi
•
Maddәnin maqnit xassәsi temperaturdan necә
asılıdır?
Sabit maqniti müəyyən temperatura qədər qızdır-
dıqda o, maqnit xassəsini itirir.
Sabit maqnitlәrin maqnit xassәlәrini itirdiyi tempe-
ratur Küri nöqtәsi adlanır. Mәsәlәn, dәmir üçün Küri
nöqtәsi 769
C temperaturdur.
Qeyd edək ki, sabit maqnitlərin yuxarıda tanış olduğunuz bu xassələri müxtəlif
alimlər tərəfindən aparılan çoxsaylı araşdırmalar nəticəsində aşkarlanmışdır. On-
lardan biri – ingilis həkimi
Vilyam Hilbertdir.
1. Süni maqnitlər təbii maqnitlərdən nə ilə fərqlənir? Nümunə göstərin.
2. Maqnitlər arasında hansı xarakterli qarşılıqlı təsirlər ola bilər?
3. Bir qütblü maqnit almaq mümkündürmü?
4. Maqnitin qütbləri məlum olmadıqda, onları necə təyin etmək olar?
5. Sabit maqnitin əsas xassələrini sadalayın.
Yaradıcı tәtbiqetmә
Maqnitin qütbləri bir-birinə necə
təsir edir?
Təchizat: dielektrik ştativ,
iki düz
maqnit, ipək sap.
İşin gedişi:
Maqnitlərdən birini sapla ştativdən asın, digər maqnitin əvvəlcə,
müxtəlifadlı qütbünü, sonra isə eyniadlı qütbünü ona yaxınlaşdı-
rın. Hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
● Maqnitlərin eyniadlı və müxtəlifadlı qütbləri arasında hansı
qarşılıqlı təsir yarandı?
Araşdırma
4
•
O, 1600-cü ildə nəşr etdirdiyi “Maqnit, maqnit
cisimlər və böyük maqnit –Yer haqqında” adlı
kitabında sabit maqnitlərin xassələrini şərh
etmişdir.
Vilyam Hilbert
(1544-1603)
İngilis həkimi
•
Verilən açar sözlərdən istifadə edərək iş vərəqində sabit
maqnitin xassələrinə dair öyrəndiyiniz məlumatları yazın.
Nә öyrәndiniz
• sabit maqnit • maqnit qütbü • şimal maqnit qütbü • cənub maqnit
qütbü • birqütblü maqnit • Küri nöqtəsi • maqnitin orta xətti •
Açar sözlәr
Öyrәndiklәrinizi yoxlayın
(g)
LAYİHƏ
52
M
AQNİT SAHƏSİ. MAQNİT SAHƏSİNİN MƏNŞƏYİ
Sizin icra etdiyiniz bu araşdırmanı ilk dəfə 1820-ci ildə Danimarka alimi Hans
Ersted aparmışdır: dövrədə cərəyan olmadıqda maqnit əqrəbi Yerin Şimal və Cənub
qütblərinə doğru istiqamətlənir. Naqili əqrəbə paralel yerləşdirib dövrəni qapadıqda
maqnit əqrəb 90
dönərək cərəyanlı naqilə perpendikulyar vəziyyət alır. Dövrəni aç-
dıqda isə əqrəb yenidən başlanğıc vəziyyətinə qayıdır. Bununla da Ersted cərəyanlı
naqilin öz ətrafında maqnit sahəsi yaratdığını kəşf edir. Ersted təcrübəsinə əsasən,
fransız fiziki Andre Amper “dairəvi molekulyar cərəyanlar” fərziyyəsini irəli sürür.
Bu fərziyyəyə görə, təbiətdə maqnit sahəsini yaradan “maqnit yükü” mövcud deyil,
atom və molekullar daxilində dairəvi cərəyanlar mövcuddur. Sonralar müəyyən edildi
ki, elementar cərəyanlar atomdakı elektronların öz orbiti boyunca hərəkəti zamanı yara-
nır. Milyonlarla elementar cərəyanların dövr etdikləri müstəvilər bir-birinə nəzərən
nizamlı yerləşdikdə onların yaratdıqları elementar maqnit sahələri toplanır. Nəticədə
maddələr maqnit xassəsi kəsb edir
(
b
), məsələn, sabit maqnitlər və maqnit sahəsinin
2.2
• Maqnit sahəsi hansı xara-
kterlidir: cazibə, yoxsa
itələmə?
• Bəs maqnitlər və maqnit-
lənmiş cisimlər arasında
maqnit sahəsi necə
yaranır? Təbiətdə maqnit
sahəsinin mənşəyi olan
maqnit yükü varmı?
Məlumdur ki, cisimlər bir-birinə toxunmadan qarşılıqlı təsir
göstərə bilir. 7-ci sinifdə öyrəndiniz ki, kütləyə malik cisim-
lər toxunmadan qravitasiya sahəsi
vasitəsilə bir-birini cəzb
edir, 8-ci sinifdə isə öyrəndiniz ki, sükunətdə olan elektrik
yükləri müəyyən məsafədən bir-birinə ətraflarında yarat-
dıqları elektrik sahəsi vasitəsilə qarşılıqlı təsir göstərir. Bu
yüklər nizamlı və istiqamətlənmiş hərəkət etdikdə naqildə
elektrik cərəyanı olduqda o, maqnit təsiri yaradır. Deməli,
elektrik cərəyanı öz ətrafında nəinki elektrik, həm də
maqnit sahəsi yaradır.
Erstedin kəşfi
Təchizat: cərəyan mənbəyi, iti dayaq üzərində
olan maqnit əqrəbi, taxta altlıq (2 əd.), lampa,
açar və birləşdirici naqillər.
İşin gedişi:
1. Şəkildə təsvir olunduğu kimi elektrik dövrəsi
yığın. Açarın açıq halında maqnit əqrəbinin və-
ziyyətinə diqqət edin.
2. Açarı qapayın və dövrədən elektrik cərəyanının
keçməsi zamanı
baş verən hadisəni izləyin (
a
).
3. Dövrəni açın və maqnit əqrəbinin aldığı
vəziyyətə diqqət yetirin.
Nəticəni müzakirə edin:
Dövrənin açıq halında maqnit əqrəbinin şimal və cənub qütbləri hansı istiqamətə yönəl-
mişdir?
Dövrədən cərəyan keçdikdə maqnit əqrəbinin vəziyyətində nə kimi dəyişiklik müşahidə
olundu? Nə üçün?
Araşdırma
1
(a)
LAYİHƏ