2
53
• II fəsil •
Maqnit sahəsi
•
təsiri ilə maqnitlənən dəmir, polad və s. cisimlər. Ele-
mentar cərəyan müstəviləri nizamsız yerləşdikdə on-
ların yaratdığı elementar maqnit sahələri bir-birinin
təsirini kompensasiya edib neytrallaşdırır
(
c
). Belə
maddələr maqnit xassəsinə malik olmurlar, məsələn,
şüşə, rezin, taxta, plastmas və s.
Beləliklə, sükunətdə
olan elektrik yükləri öz ətraflarında elektrik sahəsi
yaratdıqları halda, bu yüklər istiqamətlənmiş hərə-
kətə gəldikdə həm elektrik, həm də maqnit sahəsi yaradır.
Maqnit sahәsi – hәrәkәtdә olan elektrik yüklәrinin yaratdığı materiya növüdür.
Elektrik sahəsi kimi, maqnit sahəsi də görünmür, onu maqnit xassəli cisimlərə
göstərdiyi təsirə əsasən aşkar etmək olur. Qeyd edək ki, elektrik sahəsini istənilən yük
yarada bilir və bu sahəyə gətirilən yükə təsiri ilə də aşkarlanır. Maqnit isə iki qütbə
malikdir və o, digər maqnitin eyni zamanda hər iki qütbü ilə qarşılıqlı təsirdə olur.
1. Naqildən cərəyan keçdikdə hansı fiziki sahə yaranır?
2. Amper fərziyyəsinin mahiyyəti nədən ibarətdir? Bu fərziyyəyə görə, maqnitlər qeyri-maq-
nitlərdən nə ilə fərqlənir?
3. Maqnit sahəsinin mənşəyi nədir? O, elektrik sahəsinin mənşəyindən nə ilə fərqlənir?
Yaradıcı tәtbiqetmә
Maqnit sahəsinin təsiri.
Təchizat: düz maqnit, maqnit əqrəb, şüşə çubuq, ipək parça.
İşin gedişi:
1. Şüşə çubuğu ipək parçaya sürtməklə
elektrikləndirib maqnit
əqrəbinə yaxınlaşdırın. Müşahidə etdiyiniz hadisənin səbəbi
üzərində düşünün
(
d
).
2. Düz maqnitin qütblərindən birini, məsələn, şimal qütbünü müəy-
yən məsafədən maqnit əqrəbinə yaxınlaşdırın
və baş verən ha-
disəni diqqətlə izləyin
(
e
).
Nəticəni müzakirə edin:
Elektriklənmiş çubuğu maqnit əqrəbinə yaxınlaşdırdıqda onlar ara-
sında qarşılıqlı təsir baş verdimi? Nə üçün?
Hansı maqnitin maqnit sahəsi digər maqnitə təsir göstərir: düz
maqnitin, yoxsa maqnit əqrəbin?
Maqnit sahəsinin maqnit cismə təsiri, elektrik sahəsinin elektrik
yükünə təsirindən nə ilə fərqlənir?
Araşdırma
2
•
İş vərəqində verilən açar sözlərinin mənasını şərh edin.
Nә öyrәndiniz
• maqnit sahəsi • dairəvi molekulyar cərəyanlar • Ersted təcrübəsi •
maqnit sahəsinin mənşəyi •
Açar sözlәr
Öyrәndiklәrinizi yoxlayın
(b)
(c)
(d)
(e)
LAYİHƏ
54
1. Şәkildә tәsvir olunan maqnit “dövrәsin-
dә” namәlum maqnitin qütblәrini tәyin
edin.
4. Maqnitlәnmiş mismarların 1, 2, 3 vә 4
hissәlәrindә maqnit qütblәrini tәyin
edin.
2. Dәmir çubuğun maqnitlәndiyini necә
tәyin etmәk olar: ipәk sapla, kompasla,
şüşә çubuqla, yoxsa dәmir tozu ilә?
3. Maqnit әqrәb düz maqnit yaxınlığına gәti-
rildikdә o, şәkildәki vәziyyәti alır. Düz
maqnitin qütblәrini tәyin edin.
5. İki iynә sapdan asılmışdır. Onlara maqnit
yaxınlışdırıb-uzaqlaşdırdıqda bir-birindәn
itәlәndilәr. Nә üçün?
6. Maqnitlәrin müxtәlifadlı vә eyniadlı
qütblәri bir-biri ilә hansı qarşılıqlı
tәsirdәdir?
A) Eyniadlı qütblər bir-birini cəzb edir,
müxtəlifadlı qütblər itələnir.
B) Həm eyniadlı, həm də müxtəlifadlı
qütblər itələnir.
C) Həm eyniadlı, həm də müxtəlifadlı
qütblər cəzb olunur.
D) Eyniadlı qütblər bir-birini itələyir,
müxtəlifadlı qütblər cəzb olunur.
E) Eyniadlı
qütblər bir-birinə təsir etmir,
müxtəlifadlı qütblər cəzb olunur.
M
AQNİT SAHƏSİNİN İNDUKSİYASI
Çalışma
2.1
2.3
Maqnit sahəsinin qüvvə
xarakteristikası elektrik
sahəsinin intensivliyindən
nə ilə fərqlənir?
O, hansı istiqamətə yönəlir,
bu istiqaməti necə
müəyyənləşdirmək olar?
Məlumdur ki, elektrik sahəsinin bu sahəyə gətirilən yükə
təsiri elektrik sahəsinin intensivliyi ilə müəyyən edilir.
Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyət olub, bu
sahədəki müsbət yükə təsir edən elektrik qüvvəsinin
istiqamətində yönəlir. Maqnit sahəsi də bu sahəyə
gətirilən maqnitə təsir göstərir, deməli, onun da qüvvə
xarakteristikası var.
LAYİHƏ
2
55
• II fəsil •
Maqnit sahəsi
•
Maqnit sahəsinin qüvvə xarakteristikası.
Maqnit sahәsinin qüvvә xarakteristikası
şәrti olaraq, maqnit sahәsinin induksiyası (vә ya maqnit induksiyası) qəbul edilmiş-
dir. O, hərfi ilə işarə edilir və maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya
maqnit xassəli cismə) təsirini xarakterizə edir. Maqnit induksiyası vektorial fiziki
kəmiyyətdir.
Maqnit sahәsinin induksiya vektorunun istiqamәti – bu sahәnin verilmiş nöq-
tәsindә yerlәşәn maqnit әqrәbinin şimal qütbünün yönәldiyi istiqamәtdәdir.
Maqnit induksiya xətləri. Bilirsiniz ki, maqnit sahəsi görünmür, lakin onun mənzə-
rəsini
maqnit induksiya xәtlәri (və ya maqnit qüvvə xətləri) ilə modelləşdirmək olur:
Maqnit induksiya xәtlәri maqnit sahәsinin elә xәtlәridir ki, bu xәtlәrin hәr bir
nöqtәsinә çәkilәn toxunan hәmin nöqtәdә maqnit induksiya vektoru ilә üst-üstә
düşür (
b
).
Maqnit sahəsində maqnit əqrəblərinin əmələ gətirdikləri “zəncirlər” maqnit in-
duksiya xətlərinin formasını verir. Maqnit induksiya xətləri maqnitin şimal qütbün-
dən çıxır və cənub qütbünə daxil olur. Maqnitin daxilində isə maqnit induksiya
xətləri davam edir və qapanır. Şəkildə düz və nalşəkilli maqnitlərin maqnit induksiya
xətlərinin
sxemi təsvir edilmişdir (
c
).
Maqnit sahəsinin təsir qüvvəsinin istiqamətini
müəyyənləşdirək.
Təchizat: düz maqnit, kiçik maqnit
əqrəbi (6-8 ədəd), taxta dayaq.
İşin gedişi:
1. Düz maqniti dayaq üzərində yerləşdirin
(diqqət edin ki, yaxınlıqda dəmir əşyalar
olmasın).
Maqnit əqrəblərini düz maq-
nitin sahəsində müxtəlif nöqtələrdə yer-
ləşdirin.
2. İş vərəqində əqrəblərin maqnit sahəsinin təsiri ilə aldıqları vəziyyəti
(
a
) qırıq xətlərlə təsvir
edin.
Nəticəni müzakirə edin:
Düz maqnitin sahəsində maqnit əqrəblərinin aldıqları vəziyyətdə hansı qanunauyğun-
luq müşahidə etdiniz?
Maqnit sahəsinin təsir qüvvəsinin istiqaməti haqqında nə kimi fərziyyəniz var?
Araşdırma
1
(b)
(c)
(a)
LAYİHƏ