56
Maqnit induksiya xәtlәri burulğanlıdır: bu xәtlәr hәmişә qapalıdır, onların nә
başlanğıcı, nә dә sonu var.
Aydındır ki, maqnit sahəsinin ixtiyari nöqtəsindən yalnız bir induksiya xətti ke-
çirmək olar, çünki maqnit sahəsinin induksiyası fəzanın ixtiyari nöqtəsində müəyyən
istiqamətə malikdir. Bu, o deməkdir ki, maqnit induksiya xətləri heç vaxt kəsişmir.
Maqnit induksiya xətlərinin mənzərəsini dəmir tozu (yonqarı) vasitəsilə daha ay-
dın görmək olur. Belə ki, sabit maqnit sahəsinə səpilən dəmir tozunun hər dənəciyi
kiçik maqnit əqrəbinə çevrilir, sahənin təsiri ilə induksiya xətləri boyunca səmtləşir.
Dəmir tozlarının yaratdığı bu mənzərə maqnit sahəsinin
induksiya xətlərinin əyani təsvirini verir
(
d
). Bu təsvir
“maqnit spektri” adlanır. Bəzi hallarda elə maqnit sahəsi
yaratmaq olur ki, onun maqnit induksiya xətləri bir-birinə
paralel olub, eyni sıxlıqda paylanır. Belə sahə
bircins
maqnit sahәsi adlanır. Bircins maqnit sahəsinə misal kimi
nalşəkilli maqnitin qolları arasındakı sahəni göstərmək
olar (bax:
c
).
Yaradıcı tәtbiqetmә
Maqnit induksiya xətlərinin mənzərəsinin alınması.
Təchizat: düz maqnit (2 əd.),
nalşəkilli maqnit, şüşə lövhə, dəmir tozu.
İşin gedişi: 1. Şüşə lövhəni iki kitab üzərində, düz maqniti isə lövhənin altında yerləşdirin.
Lövhənin səthinə dəmir tozu səpin
(
e
) və onun kənarını qələmlə döyəcləyin. Dəmir tozla-
rının yaratdığı “maqnit spektri”-ni müşahidə edin (bax:
d
). 2. Lövhənin altında iki düz maq-
nitin eyniadlı qütbləri olan uclarını, məsələn, iki şimal (N) qütbünü yerləşdirib təcrübəni
təkrarlayın və alınan “maqnit spektri”-ni əvvəlki təsvirlə müqayisə edin
(
f
). 3. Lövhənin altında
nalşəkilli maqnit yerləşdirib təcrübəni bir daha təkrarlayın və maqnit sahəsinin təsiri ilə
yaranan mənzərəni müşahidə edin
(
h
). 4. Hər üç təcrübədə dəmir tozlarının maqnit sahə-
sinin təsiri ilə əmələ gətirdikləri “maqnit spektri”-ni iş vərəqinə köçürün.
Nəticəni müzakirə edin:
Alınan “maqnit spektrləri” arasında nə kimi fərq müşahidə olunur?
“Maqnit spektrlərinin” formasında hansı qanunauyğunluqları müəyyənləşdirdiniz?
Araşdırma
2
•
İş vərəqində verilən açar sözlərinin mənasını şərh edin.
Açar sözlər: • Maqnit induksiyası • maqnit induksiyasının
istiqaməti • maqnit induksiya xətləri • maqnit spektri • bircins
maqnit sahəsi •
Nә öyrәndiniz
(d)
Maqnit
spektri
LAYİHƏ
2
57
• II fəsil •
Maqnit sahəsi
•
1. Maqnit induksiyasının istiqaməti olaraq nə qəbul edilmişdir?
2. Elektrik və maqnit sahələrinin qüvvə xarakteristikalarının müqayisəsini verin: onlarda oxşar
və fərqli cəhətlər hansılardır?
3. Maqnit induksiya xətlərinin formasına əsasən sabit maqnitlərin qütblərini təyin edin.
Y
ERİN MAQNİT SAHƏSİ
Öyrәndiklәrinizi yoxlayın
2.4
Kompas əqrəbinin qütblərinin Yer
kürəsinin Şimal və Cənub qütb-
lərinə doğru istiqamətlənməsinin
səbəbi nədir?
Yer kürəsinin bütün nöqtələrində
kompasın əqrəbi mütləq eyni isti-
qamətə səmtləşir?
Bilirsiniz ki, yaxınlıqda
maqnit xassəli cisimlər
olmadıqda ipək sapdan asılan düz maqnit və
ya kompasın
maqnit əqrəbi elə səmtləşir ki,
onların şimal qütbü həmişə Yerin coğrafi Şi-
mal qütbünə, cənub
qütbü isə Yerin coğrafi
Cənub qütbünə istiqamətlənmiş vəziyyət alır.
Kompas hazırlaya bilərsinizmi?
Təchizat: sabit maqnit, iynə, içərisində
su
olan şüşə qab, mantar, kompas.
İşin gedişi:
1. Mantarı suyun səthində yerləşdirin.
2. Maqniti 20-25 dəfə iynəyə sürtün.
Bu üsulla maqnitləndirdiyiniz iynəni
mantarın üzərində yerləşdirin. Siz
artıq “kompas” hazırladınız.
3. Kompas “əqrəbinin” mantarı necə hərəkətə gətirdiyini və uclarının səmtləşməsini
araşdırın
(
a
).
4. Kompas “əqrəbini” mantarla birlikdə fırladın. “Əqrəb” dayandıqdan
sonra onun
uclarının hansı istiqamətə yönəldiyinə diqqət edin.
Nəticəni müzakirə edin:
Hazırladığınız kompas “əqrəbinin” şimal və cənub qütblərini necə müəyyənləşdirmək olar?
Kompasın fırlatdığınız “əqrəbi” dayandıqdan sonra onun ucları hansı istiqaməti aldı?
Nə üçün?
Araşdırma
1
(a)
a
c
b
LAYİHƏ