2
65
• II fəsil •
Maqnit sahəsi
•
Dairәvi cәrәyan üçün sağ әl qaydası: әgәr fikrәn
dairәvi cәrәyanın ixtiyari hissәsi sağ әllә elә tutu-
larsa ki, baş barmaq hәmin hissәdә cәrәyanın isti-
qamәtini göstәrsin, bu halda qalan dörd barmaq
hәmin hissәdә cәrәyanın maqnit sahә induksiya-
sının istiqamәtindә bükülmüş olacaqdır (
c
).
Dairәvi cәrәyan üçün sağ yivli burğu qay-
dası: burğunun dәstәyini dairәvi cәrәyan is-
tiqamәtindә burduqda burğunun irәlilәmә
hәrәkәtinin istiqamәti dairәvi cәrәyanın da-
xilindә maqnit sahәsinin induksiyasının isti-
qamәtini göstәrәcәkdir (
d
).
Dairәvi cәrәyan müstәvisindәn maqnit induksiya xәtlәrinin çıxdığı hissә, onun maqnit sahәsinin
şimal qütbü, induksiya xәtlәrinin daxıl olduğu hissә isә cәnub qütbüdür (
e
).
Cәrәyanlı sarğacın maqnit sahәsi.
Sarğac nәdir? Sarğac izolyasiyalı naqilin qalın karton və ya plastmas silindrik
bobin üzərinə onlarca dəfə sarınmasından alınır. Sarğacdakı naqilin sərbəst ucları
sıxaclara
birləşdirilir (
f
). Deməli, sarğaca qalın dairəvi naqil kimi baxmaq olar.
Cərəyanlı sarğacın maqnit induksiya xətlərinin mənzərəsini də dəmir tozu vasi-
təsilə asanlıqla müşahidə etmək olur. Bunun üçün sarğacın sadələşdirilmiş mode-
lindən istifadə etmək əlverişlidir: orqşüşə lövhə üzərində iki sıra deşik açıb onlardan
keçirilən naqil sadələşdirilmiş sarğacdır. Sarğacı sabit cərəyan mənbəyinə birləş-
dirdikdən sonra şüşə lövhə üzərinə səpilən dəmir tozu cərəyanlı sarğacın maqnit
sahəsinin induksiya xətlərinin mənzərəsini yaradır. Bu mənzərə sabit düz maqnitin
induksiya xətlərinə oxşayır
(
g
).
I
I
I
(c)
(d)
(e)
(f)
Sıxaclar
(g)
I
I
N
S
LAYİHƏ
66
Düz maqnitdə olduğu kimi, cərəyanlı sarğacın maqnit sahəsinin iki qütbü vardır:
şimal və cənub. Sarğacın qütbləri onun kənarlarında yerləşir. Cərəyanlı sarğacın
maqnit sahəsinin qütblərini də asanlıqla sağ əl, yaxud sağ yivli burğu qaydası ilə
təyin etmək olur:
Cәrәyanlı sarğac üçün sağ әl qaydası: sarğac
sağ әllә elә tutulur ki, bükülәn dörd barmaq sar-
ğılardakı cәrәyan istiqamәtindә olsun, bu halda
açılan baş barmaq sarğacın daxilindә maqnit
sahәsinin induksiya xәtlәrinin istiqamәtini gös-
tәrәcәk (
k
).
Cәrәyanlı sarğac üçün sağ yivli burğu qaydası:
burğunun dәstәyini sarğacdakı cәrәyan istiqa-
mәtindә burduqda, burğunun irәlilәmә hәrә-
kәtinin istiqamәti sarğacın daxilindә maqnit sa-
hәsinin induksiya xәtlәrinin istiqamәtini gös-
tәrir (
i
).
1. Cərəyanlı sarğacın maqnit spektri cərəyanlı düz naqilin
maqnit spektrindən nə ilə
fərqlənir?
2. Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası necə ifadə
olunur?
3. Cərəyanlı dairəvi naqilin və sarğacın maqnit sahəsinin qütb-
lərini necə dəyişmək olar?
4. Verilən şəklə əsasən dairəvi cərəyanın maqnit sahəsinin
qütblərini təyin edin.
Yaradıcı tәtbiqetmә
Məsələ.
Verilən sxemləri iş vərəqinə köçürün.
1. Cərəyanlı sarğacın maqnit induksiya xətlərini
çəkin, onların istiqamətini
göstərin və maqnit
sahəsinin qütblərini təyin edin
(
1
).
2. Sarğac üzərində elastik yaydan maqnit asılmışdır
(
2
). Dövrə
qapanarsa maqnit özünü necə aparacaqdır? Nə üçün?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Dairəvi cərəyanın maqnit sahəsi...
2. Cərəyanlı sarğac üçün sağ yivli burğu qaydası: ...
3. Cərəyanlı sarğac üçün sağ əl qaydası: ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(2)
(1)
(k)
(i)
N
S
I
I
I
I
N
S
LAYİHƏ
2
67
• II fəsil •
Maqnit sahəsi
•
E
LEKTROMAQNİT VƏ ONUN TƏTBİQLƏRİ
1820-ci ildə fransız alimi A.Amper cərəyanlı sarğacın maqnit sahələrini araşdı-
rarkən müəyyən edir ki, sarğacın maqnit təsiri ondakı cərəyan şiddətindən asılıdır:
cərəyan şiddəti artdıqda sarğacın maqnit təsiri də artır, elektrik cərəyanı kəsildikdə
isə o, maqnit xassəsini itirir. 1825-ci ildə ingilis ixtiraçısı U.Sterjen cərəyanlı sarğaca
dəmir içlik daxil etməklə onun maqnit təsirinin artdığını aşkarlayır.
2.7
Belə qurğularda güclü
maqnit təsirini yaradan
nədir və o, ani olaraq
necə maqnitsizləşdirilə
bilər?
Yəqin ki, baxdığınız
filmlərdə belə kadrlar diq-
qətinizi cəlb edib: qaldırıcı kran xüsusi maqnit
qurğusu vasitəsilə ağır dəmir cismi, məsələn,
avtomobili maqnitləndirərək qaldırır, lazım
olan yerdə isə maqnitsizləşdirərək boşaldır.
Deməli, dəmir cisimləri qaldıran qurğu lazım
olduqda güclü maqnit təsiri yarada bilir, lazım
olmadıqda isə maqnitsizləşdirir.
Cərəyanlı sarğacın maqnit təsiri nədən asılıdır?
Təchizat: dolaqlarının sayı müxtəlif olan iki sarğac, cərə-
yan mənbəyi, reostat, açar,
dəmir tozu, dəmir içlik, birləş-
dirici naqillər.
İşin gedişi:
1.
Cərəyan mənbəyi, reostat, sarğac və açardan ibarət ardıcıl
elektrik dövrəsi qurun.
2. Açarı qapayın, cərəyan keçən sarğacın ucunu dəmir tozuna
toxundurun (sarğacın ucundakı dəlik kağız yapışdırmaqla
qapanmalıdır). Sarğacı yuxarı qaldırın və baş verən
hadisəni
izləyin (
a
).
3. Reostatın sürgüsünü hərəkət etdirməklə sarğacdakı cə-
rəyanın şiddətini artırıb-azaldın. Bu zaman cərəyanlı sar-
ğacın maqnit təsirinin necə dəyişdiyini müşahidə edin.
4. Təcrübəni dolaqlarının sayı daha çox sarğacla təkrarlayın və
cərəyanlı sarğacın maqnit təsirinin necə dəyişdiyini izləyin.
5.Təcrübəni dəmir içlikli sarğaclarda təkrarlayın və onların
maqnit təsirini araşdırın
(
b
).
Nəticəni müzakirə edin:
Cərəyanlı sarğacın maqnit təsiri cərəyan şiddətindən, sarğacın dolaqlarının sayından və
dəmir içlikdən necə asılıdır?
Araşdırma
1
•
Elektromaqnitin və elektrik mühərrikinin ilk
ixtiraçısıdır.
Villiam Sterjen
(1783–1850)
İngilis fiziki və ixtiraçısı
(a)
(b)
LAYİHƏ