160
Görmә necә baş verir? Cisimdən gözə
düşən işıq şüaları onun optik sistemindən sı-
naraq keçir.
Nəticədə, tor təbəqəsində cismin
həqiqi, kiçildilmiş və tərsinə çevrilmiş xəyalı
alınır
(
b
). Cismin gözdən olan məsafəsi
dəyişildikdə belə, onun tor təbəqəsindəki xə-
yalı həmişə aydın görünür. Bunun səbəbi göz
büllurunun öz qabarıqlığını dəyişmək xas-
səsidir. Qabarıqlığın dəyişməsi onun əyrilik
radiusunun və fokus məsafəsinin – optik
qüvvəsinin dəyişməsi deməkdir.
Göz büllurunun optik qüvvәsinin
dәyişmәsi akkomodasiya adlanır.
Göz akkomodasiya nəticəsində uzaqda
və yaxında olan cisimləri görməyə ani
olaraq uyğunlaşır (latınca “akkomodasiya”
– “uyğunlaşma” deməkdir). Məsələn, göz
nisbətən yaxın cismə baxdıqda büllurun qabarıqlığı artır və ondan keçən işıq şüaları daha
çox sınır
(
c
). Nəticədə cismin tor təbəqəsindəki xəyalı da böyük alınır. Cisim gözdən
uzaqlaşdıqca büllurun qabarıqlığı azalır və onun tor təbəqəsində kiçildilmiş həqiqi xəyalı
alınır
(
d
). Deməli, gözün torunda cisimlərin xəyalı tərsinə alınır, lakin biz onları
düzünə görürük. Bu ona görə baş verir ki, görmə prosesində başqa hissiyyat orqanları
da iştirak edir. Belə ki, tor təbəqəsində alınan xəyalın təsiri ilə görmə sinirinin ucları
qıcıqlanır. Bu qıcıqlanma baş beyninin görmə hissəsinə ötürülür, orada isə qəbul
edilən vizual informasiyalar ani təhlil olunur: cismin ölçüsü, rəngi, işıqlanması, ona
qədərki məsafə qiymətləndirilir. Nəticədə, beyin ətraf aləmin görünən real mən-
zərəsini formalaşdırır. Deməli, göz beyinin görməsi üçün bir vasitədir.
Yaradıcı tәtbiqetmә
Büllurun akkomodasiyasının müəyyənləşdirilməsi.
Təchizat: ağ
kağız vərəq (ölçüləri 7
7 sm), marker, qələm.
İşin gedişi:
1. Vərəqin ortasında dəlik açın və onun ətrafında, perimetr boyunca qələmlə bir neçə
ixtiyari rəqəm, məsələn, “2 4 5 9 6”, lövhədə isə
markerlə ixtiyari bir söz, məsələn,
“linza” yazın.
2. Vərəqi qarşınızda elə yerləşdirin ki (məsələn, 25 sm məsafədə), perimetr boyunca
yazılan rəqəmlər aydın görünsün. Belə vəziyyətdə gözünüzün birini bağlayın, digər
gözünüzlə vərəqdəki dəlikdən lövhədə yazılan sözə baxın.
Bu zaman vərəqdəki
rəqəmlər və lövhədəki yazının necə görünməsinə diqqət edin.
Araşdırma_2_(b)__(c)_(d)'>Araşdırma
2
(b)
(c)
(d)
LAYİHƏ
3
161
• III fəsil •
İşıq hadisələri
•
1. Nə üçün gözə daxil olan işıq şüaları onun tor təbəqəsində fokuslanmalıdır?
2. Tor təbəqədə cismin hansı xəyalı alınır: mövhumi, yoxsa həqiqi?
3. Bəbəyin “vəzifəsi” nədir?
4. Gözün optik sistemini hansı elementlər təşkil edir?
5. Belə bir deyim var: “İnsan gözü ilə görmür, göz görmək üçün bir vasitədir”. Bu fikir doğ-
rudurmu?
3. Açıq gözünüzün nəzərini vərəqdəki rəqəmlərə yönəldin,
bu zaman, vərəqdəki
rəqəmlər və lövhədəki yazının hansı aydınlıqla görünməsinə diqqət edin.
Nəticəni müzakirə edin:
Vərəqdəki dəlikdən lövhədə yazılan sözə baxdıqda hansı yazını – rəqəmləri, yoxsa
sözü daha dəqiq və aydın gördünüz?
Nəzərinizi vərəqdəki yazıya yönəltdikdə hansı yazını daha dəqiq və aydın gördünüz?
Uzağa və yaxına baxdıqda göz bülluru formasını necə dəyişdi?
Araşdırma
2
•
İnsan gözünün quruluşu təsvirini iş vərəqinə köçürün və
nöqtələrin yerinə açar sözlərdəki uyğun sözü yazın.
Açar sözlər:
sklera
tor təbəqəsi
göz bəbəyi
buynuz
təbəqə
büllur
görmə siniri
əlvan təbəqə
şüşəyəbənzər
cisim
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
162
G
ÖRMƏ QÜSURLARI. EYNƏK
Qüsursuz gözün optik sisteminin fokusu tor təbəqəsi üzərində olur
(
a
). Belə göz
müxtəlif cisimləri gərginləşmədən və aydın görür.
O, uzaqda olan cisimlərə baxarkən yorulmur. La-
kin bir çox insanlar görmə qüsurundan əziyyət
çəkirlər. Belə qüsurlardan ikisi daha geniş yayıl-
mışdır. Bunlar
yaxıngörmә vә uzaqgörmәdir.
Yaxıngörmә. Yaxından görən gözün optik sis-
teminin fokusu tor təbəqəsində deyil, ondan qa-
baqda yerləşir. Buna görə də yaxıngörmə qüsuru
olan insan uzaqda ola cisimləri aydın görə bilmir. O,
hər hansı bir cismin kiçik hissələrini görə bilmək
üçün bu cismi gözünə yaxınlaşdırmalı olur.
Aparılan araşdırmalardan məlum olmuşdur ki, ya-
xından görən gözün optik qüvvəsi qüsursuz gözün
optik qüvvəsindən böyükdür. Görmədəki bu qüsuru
aradan qaldırmaq üçün gözün optik qüvvəsi azaldı-
lmalıdır. Səpici linzalı eynəklərin köməyi ilə
yaxıngörməni aradan qaldırmaq olur. Belə ki, optik
qüvvəsi “–” olan (məsələn: –2 dptr, – 2,5 dptr və s.)
linzalı eynək gözün optik qüvvəsini azaldır və
cismin xəyalı qüsursuz gözdə olduğu kimi – gözün
tor təbəqəsində alınır
(
b
).
3.16
Yəqin ki, müşahidə etmisiniz:
bəzi insanlar
hansısa yazını oxumaq istədikdə onu göz-
lərindən uzaqda tuturlar.
Belə insanlarda hansı görmə
qüsuru vardır?
Bəzi
insanlar isə əksinə, yazını oxumaq üçün
onu gözlərinə lap yaxınlaşdırırlar.
Bu insanların görməsində hansı
qüsur vardır?
(b)
(a)
Yaxıngörmə
Səpici linzalı
eynək
Fokus tor təbəqəsinin
üzərindədir
LAYİHƏ