1
21
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
Q
AZLARDA ELEKTRİK CƏRƏYANI.
QEYRİ-MÜSTƏQİL BOŞALMA
Qaz adi şəraitdə dielektrikdir: qazı təşkil edən atom və molekullar neytraldır. Qaz
o zaman elektrik cərəyanını keçirən naqilə çevrilir ki, onda sərbəst yükdaşıyıcılar
yaransın.
1.4
Belə olan halda qazlarda hansı elek-
trik keçiriciliyindən danışmaq olar?
Qazlar hansı şəraitdə elektrik cərəya-
nını keçirə bilər?
Dərsin adını oxuduqda təəccüblənəcəksi-
niz: axı qazlar dielektrikdir. Dielektriklərdə
isə sərbəst yükdaşıyıcılar olmadığından
onlar elektrik cərəyanını keçirmir (bax:
səh.9).
Qazlar dielektrikdir!
Təchizat: elektrofor maşını,
müstəvi nümayiş kondensatoru, elektrometr, birləşdirici
naqillər.
İşin gedişi:
1. Müstəvi kondensatorun lövhələrindən birini elektrometrin çubuğuna,
digərini isə elek-
trometrin gövdəsindəki sıxaca birləşdirin (
a
).
2. Elektrofor maşını ilə lövhələri əksişarəli elektrik yükü ilə elektrikləndirin. Bu zaman
elektrometr lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir.
3. Lövhələri yaxınlaşdıraraq bir-birinə toxundurun və baş verən hadisəni izləyin.
4. Lövhələri aralayıb onlar arasında hava qatı saxlayın (hava kondensatoru yaradın) və
lövhələri yenə əksişarəli elektrik yükü ilə yükləndirin. Bu zaman elektrometr yenə
lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir.
Cihazlara toxunmadan bir
neçə dəqiqə elektrometr əqrəbinin vəziyyətini müşahidə edin.
Nəticəni müzakirə edin:
Elektriklənmiş lövhələri bir-birinə toxundurduqda nə üçün elektrometrin əqrəbi sıfır
bölgüsünə düşdü?
Hava kondensatorunun lövhələri uzun müddət yüklü olsa da, nə üçün boşalmadı –
elektrometr əqrəbinin vəziyyətində dəyişiklik baş vermədi?
Araşdırma
1
(a)
LAYİHƏ
22
Qazda iki üsulla sərbəst yükdaşıyıcılar yaratmaq olar:
1. Qaz molekullarını xarici tәsirlә ionlaşdırmaqla.
Qazın neytral atom vә molekullarını ionlaşdıran xarici tәsirlәr ionizator adlanır. Xarici
tәsirlәr olan yüksәk temperatur, şüalandırmaq, yüksәksürәtli zәrrәciklәrlә “bombar-
dman” etmәk vә s. ionizatordur.
2. Qaz mühitinә xaricdәn yüklü zәrrәciklәr (elektron, ion) daxil etmәklә.
Mәsәlәn, şamı yandırdıqda onun alovu havanı sәrbәst yükdaşıyıcılar olan müsbәt vә
mәnfi ionlarla tәchiz edir.
Xarici tәsirlә qaz necә ionlaşdırılır? Yüksək temperatura qədər qızdırılan qazın
atomları (və ya molekulları) elə böyük sürətə malik olur ki, onlar bir-biri ilə toqquş-
duqda elektrona və müsbət iona parçalanır
(
b
).
Bu prosesdə qazda mənfi ionlar da yaranır: neytral qaz atomları sərbəstləşmiş
elektronları özünə birləşdirərək mənfi iona çevrilir
(
c
). Beləliklə
qazın ionlaşması
baş verir. İonlaşmış qaz xarici elektrik sahəsinə gətirildikdə sərbəstləşmiş elektron-
lar, müsbət və mənfi ionlar nizamlı hərəkət alaraq qazın elektrik
keçiriciliyini təmin
edir.
Qazlardan elektrik cәrәyanının keçmәsi qaz boşalması adlanır. Qazlarda elektrik
cәrәyanı elektrik sahәsinin tәsiri altında elektronların, müsbәt vә mәnfi ionların nizamlı
hәrәkәtidir.
İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq
yenidən neytral atoma çevrilir. Bu proses
rekombinasiya adlanır.
Zərrəciklərinin
rekom-
binasiyası nəticəsində qaz yenidən dielektrikə çevrilir və xarici elektrik sahəsinin ol-
masına
baxmayaraq, qaz boşalması kəsilir.
İonlaşdırıcının tәsiri altında baş verәn qaz boşalması qeyri-müstәqil boşalma
adlanır.
(b)
(c)
LAYİHƏ
1
23
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
1. Qazlar adi şəraitdə nə üçün dielektrikdir?
2. Qazın ionlaşması nə deməkdir?
3. Qaz boşalması nədir?
4. Spirt lampası qazın elektrik keçiriciliyini necə təmin edir?
5. Qeyri-müstəqil qaz boşalması nəyə deyilir?
Yaradıcı tәtbiqetmә
Alovla qaz boşalması.
Təchizat: elektrofor maşını, müstəvi nümayiş kondensatoru, spirt lampası (və ya şam),
elektrometr, birləşdirici naqillər.
İşin gedişi:
1. Kondensatorun lövhələrini elektrometrə birləşdirin və onları elektrofor maşını ilə yük-
ləndirin.
2. Lövhələr arasındakı hava qatına spirt lampasının yanan alovunu daxil
edin və dərhal
oradan kənarlaşdırın. Hava qatının elektrik keçiriciliyinin necə dəyişdiyini izləyin (
d).
Nəticəni müzakirə edin:
Elektriklənmiş kondensator lövhələri arasındakı hava qatına lampa alovunu daxil etdikdə
nə müşahidə etdiniz?
Alovu mühitdən kənarlaşdırdıqda nə baş verdi? Nə üçün?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Qazlar adi halda ona görə dielektrikdir ki, ...
2. İonlaşmış qazda sərbəst yükdaşıyıcılar ...
3. Qaz boşalması – ...
4. Qeyri-müstəqil qaz boşalması – ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(d)
LAYİHƏ